Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-214/2021 03.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə X1 Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 15.03.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam haqqında qərarından verdiyi şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X6 məhkəməyə şikayət ərizəsi verərək, Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən barəsində MN ******* nömrəli protokol əsasında tətbiq edilmiş AZA ******* saylı İXM-nin 211.2-ci maddəsinə əsasən 100 AZN məbləğində tətbiq edilən inzibati cərimə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 məhkəməyə ərizə verərək, şikayətini dəqiqləşdirərək, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 15.03.2021-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 14.03.2021-ci il tarixində saat 17:50 radələrində Balakən şəhəri, Ə.Ansuxskiy küçəsində işi ilə bağlı yoldaşlarla söhbətləşdiyi zaman, içərisində polis əməkdaşları olan ** AP *** dövlət nişanlı qara rəngli avtomobil yanlarından keçərək təqribən 100 metr kənarlaşandan sonra, geri dönərək, onlara yaxınlaşaraq, avtomobilin qabaq oturacağında əyləşən polis geyimli polkovnik-leytenant rütbəli bir şəxs düşərək, onun üzündəki qoruyucu maskaya qəfil əl ataraq cırıb çıxatrdıqdan sonra, digərlərinin də maskalarını çıxartmağa cəhdlər göstərərək, PPX-nin əməkdaşlarını çağıraraq, onlara cərimə tətbiq etmələrini tələb etmişdir. Həmin şəxsin hansı səbəbdən və nə üçün onlara qarşı qərəzli hərəkətlər etməsinin səbəbini başa düşməmişlər. Həmin polis zabitinin özünün üzərində qoruyucu maska olmadığı halda, onların üzərinə qəfil basqı edərək, özünü təqdim etmədən, polisə yaraşmayan hərəkətlər edərək, onlar-ağsaqqallara qarşı kobudluq etdikdən sonra Post Patrul Xidmətini çağıraraq, hər üçünsə cərimə tətbiq etmələrini tapşırmışdır. Onlar onun qanunsuz hərəkətlərinə öz etirazını bildirəndə, gəldiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Sonradan hər üçünə ayrıayrılıqda olaraq cərimə olunması barədə əvvəl protocol, sonra isə qərar təqdim edilmişdir. Həmin şəxsi araşdıranda məlum olmuşdur ki, o, Balakən Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Elxan adlı polis zabitidir. Buna görə də Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 15.03.2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, 14.03.2021-ci il tarixdə, saat 17.50 radələrində Balakən şəhəri Ə.Ansuxskiy küçəsində o,X3 və X6 da daxil olmaqla 3 nəfər küçədə söhbət etmiş və bu zaman hamısı tibbi qoruyucu maskada olmuşlar. Həmin vaxt X6 da tibbi qoruyucu maskada olmuş və heç bir karantin rejimi qaydalarını və tibbi maskadan istifadə qaydalarını pozmamışdır. Həmin vaxt bir polis əməkdaşı avtomaşından düşərək, onlara yaxınlaşmış, X1 üzündəki qoruyucu maskaya qəfil əl ataraq, cırıb çıxatrdıqdan sonra, digərlərinin də maskalarını çıxartmağa cəhdlər göstərərək, PPX-nin əməkdaşlarını çağıraraq, onlara cərimə tətbiq etmələrini tələb etmişdir. Lakin polis əməkdaşı X6 barəsində heç bir protokol tərtib etməmiş, onun inzibati xəta törətməsini bildirməmiş, Ramazan Şindiyevin hüquqlarını izah etməmişdir. Sonradan onların hər üçünə ayrı-ayrılıqda olaraq cərimə olunması barədə protokol, sonra isə qərar təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi və şahidi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi ilə 15 mart 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib etdiyi 15 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X1 15.03.2021-ci il tarixdə, günorta (saat 12-18) Balakən şəhərində mərkəzi küçədə tibbi qoruyucudan istifadə etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Şikayətə əlavə olunmuş Balakən RPŞ-nin İTB-nin sahə rəisi X2 15.03.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 15.03.2021-ci il tarixdə Balakən şəhərində mərkəzi küçədə tibbi qoruyucudan istifadə etməməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X6 barəsində 15 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onun həmin gün günorta (saat 12-18) küçədə qoruyucu maska taxmaması əsas göstərilməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə tərtib olunmuş, bu zaman inzibati xəta haqqında protokolda X4 istinad olunan həmin inzibati xətanın törədildiyi yer, vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatı göstərilməmiş, inzibati xəta haqqında protokolun surəti X4 təqdim edilməmiş, X4 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, həmin protokol X6 tərəfindən imzalanmamış, bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İXM-nin 100.1.4,100.1.7, 100.1.10, 100.2, 1003 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, X1 şikayət ərizəsindən və məhkəmədə verdiyi izahatından görünür ki, o, 15 mart 2021-ci il tarixdə Balakən şəhərində küçədə olmuş, bu zaman tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etmiş, hər hansı hüquqpozmalara yol verməmişdir. Bu hal şahidlər X5 izahatları ilə də təsdiq olunur. İşdəki sübutlarla X1 həmin vaxt, yəni 15.03.2021-ci il tarixdə, günorta (saat 12-18) sanitariya-gigiyena və karantin rejimlərini pozması və tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etməməsi müəyyən olunmamışdır. Göstərilənlər də X1 15 mart 2021-ci il tarixdə, günorta (saat 12-18) Balakən şəhərində küçədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, yəni 15 mart 2021-ci il tarixdə, günorta (saat 12-18) Balakən şəhərində küçədə X1 aid olunan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermədiyini, inzibati xəta hadisəsinin olmadığını göstərir. Bu hal isə şəxs haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən X1 15 mart 2021-ci il tarixdə, günorta (saat 12-18) Balakən şəhərində küçədə açıq yerdə qoruyucu maska taxmaması və ya karantin rejimi qaydalarını pozması və bununla da ona aid Azərbaycan Respublikası İXM-nin İXMnin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi və həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmyə təqdim etməmiş, həmin vaxt inzibati xəta hadisəsinin baş verməsini və Ramazan Şindiyevin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Lakin işin bütün faktiki halları araşdırılmadan, gəlinən nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, qanun norması düzgün tətbiq edilmədən Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən 15 mart 2021-ci il tarixli, AZA1016237 saylı inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də sözügedən 15 mart 2021-ci il tarixli qərar ləğv olunmalı və inzibati xəta hadisəsi olmadığı üçün X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X1 şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı 15 mart 2021-ci il tarixli, AZA1016237 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 şikayəti təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı 15 mart 2021-ci il tarixli, AZA1016237 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-214/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-214/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver