Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-214/2024 21.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi Rüstəmov (Fərəcov) Pərvin Kamal oğlunun iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1 və 482.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 22 mart 2024-cü il tarixində, saat 20:50 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun adına idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Çolak Yusufun idarə etdiyi “Mercedes-benz” markalı, 54HU347/54HU348 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin VAİS-də qeydiyyatı zamanı gömrük nəzarət forması qırmızı dəhliz çıxması səbəbindən yük nəqliyyat vasitəsinin yük yerinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün 8.5” LCD yazı lövhəsi, bundan başqa mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd ediləndən artıq sayda, yəni gömrük nəzarətinə düzgün bəyan edilməyən 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla ümumilikdə 120 ədəd üzərində “aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla ümumilikdə 480 ədəd taxta hədəf pulqabı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 13 may 2024-cü il tarixli, 00500-00331/24/01 və 13 may 2024-cü il tarixli, 00500-00331/24/02 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 bildirdi ki, 22 mart 2024-cü il tarixində, saat 20:50 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun adına idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Çolak Yusufun idarə etdiyi “Mercedes-benz” markalı, 54HU347/54HU348 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin VAİS-də qeydiyyatı zamanı gömrük nəzarət forması qırmızı dəhliz çıxması səbəbindən yük nəqliyyat vasitəsinin yük yerinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün 8.5” LCD yazı lövhəsi, bundan başqa mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd ediləndən artıq sayda yəni, gömrük nəzarətinə düzgün bəyan edilməyən 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla ümumilikdə 120 ədəd üzərində “aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla ümumilikdə 480 ədəd taxta hədəf pulqabı aşkar edilmişdir. İş üzrə qanuni və ədalətli qərarın çıxarılmasını xahiş edir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 22 mart 2024-cü il tarixində, saat 20:50 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun adına idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Çolak Yusufun idarə etdiyi “Mercedes-benz” markalı, 54HU347/54HU348 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin VAİS-də qeydiyyatı zamanı gömrük nəzarət forması qırmızı dəhliz çıxması səbəbindən yük nəqliyyat vasitəsinin yük yerinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlamasının həyata keçirilməsi, gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün 8.5” LCD yazı lövhəsi, bundan başqa mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd ediləndən artıq sayda yəni, gömrük nəzarətinə düzgün bəyan edilməyən 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla ümumilikdə 120 ədəd üzərində “aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla ümumilikdə 480 ədəd taxta hədəf pulqabının aşkar edilməsi iş materiallarında olan Mazımqara gömrük postunun rəisinin xx.xx.2024-cü il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokol, xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi,əlavə vərəqlər, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad, inzibati xəta haqqında protokollar, barəsində icraat aparılan şəxsin 18 aprel 2024-cü il tarixli izahatı, 24 aprel 2024-cü il tarixli, 9/2424 №-li ekspert rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan “Mazımqara” gömrük postunun rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti kapitanı X3 Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Elçin Rüstəmova yazdığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 22 mart 2024-cü il tarixində, saat 20:50 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun adına idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Çolak Yusufun idarə etdiyi “Mercedes-benz” markalı, 54HU347/54HU348 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin VAİS-də qeydiyyatı zamanı gömrük nəzarət forması qırmızı dəhliz çıxması səbəbindən yük nəqliyyat vasitəsinin yük yerinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün «8.5» LCD yazı lövhəsi, bundan başqa mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd ediləndən artıq sayda, yəni gömrük nəzarətinə düzgün bəyan edilməyən 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla ümumilikdə 120 ədəd üzərində “aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla ümumilikdə 480 ədəd taxta hədəf pulqabı aşkar edilmişdir. Akşar edilmiş hüquqpozma predmetləri protokol əsasında götürülmüşdür. İş materiallarında olan 23 mart 2024-cü il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, 22 mart 2024-cü il tarixində, saat 20:50 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan və Türkiyə Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun adına idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı Çolak Yusufun idarə etdiyi “Mercedes-benz” markalı, 54HU347/54HU348 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yüklərin içərisindən mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün «8.5» LCD yazı lövhəsi, bundan başqa mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən qısa idxal bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd ediləndən artıq sayda, yəni gömrük nəzarətinə düzgün bəyan edilməyən 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla ümumilikdə 120 ədəd üzərində "aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla, ümumilikdə 480 ədəd taxta hədəf pulqabı aşkar edilmişdir. Aşkar olunmuş hüquqpozma predmetləri bu protokol əsasında götürülmüş və saxlanılması üçün “Mazımqara” gömrük postunun anbarına yerləşdirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2424 nömrəli rəyindən görünür ki, təqdim edilmiş malların xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 28020,00 manat müəyyən edilir (20000 miqdarında AYSEL bel lastiklərinin ümumi qiyməti 12000,00 manat, 2000 miqdarında 8.5 LCD yazı lövhəsinin ümumi qiyməti 12000,0 manat, 120 miqdarda silindr formalı metal pulqabının ümumi qiyməti 180,0 manat və 480 miqdarda taxta hədəf pulqabının ümumi qiyməti 3840,0 manat). Ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun əməli Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-cı maddələrilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-cı maddələri ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-cı maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddir və ona görə də İXM-nin 34.1. 34.2 və 34.3-cü maddələrii tətbiq edilməklə Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu barəsində İXM-nin 482.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.21-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən onun barəsində daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehi tətbiq olunmalıdır. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Rüstəmov (Fərəcov) Ənvər İlqar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş X1 aid aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun anbarında saxlanılan 20 (iyirmi) kisə, hər kisədə 1000 (bir min) bağlama olmaqla, ümumilikdə 20000 (iyirmi min) bağlama “AYSEL bel lastikleri” markalı paltar üçün bel rezini və 20 (iyirmi) ədəd karton qutu, hər qutuda 100 ədəd olmaqla ümumilikdə 2000 (iki min) ədəd uşaq üçün «8.5» LCD yazı lövhəsi, 3 ədəd karton qutu, hər qutuda 40 ədəd olmaqla, ümumilikdə 120 ədəd üzərində “aray” markalanma yazısı olan silindr formalı metal pulqabı və 8 ədəd karton qutu, hər qutuda 60 ədəd olmaqla ümumilikdə 480 ədəd taxta hədəf pulqabı müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-214/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-214/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver