Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-215/2022 07.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: ünvan 2 ünvanında yerləşən hüquqi şəxs Şəxsnə (VÖEN:**********) məxsus aptekdə əczaçı olmayan şəxs dərman buraxılışında çalışmışdır. Hüquqi şəxs Şəxsn (VÖEN:**********) sözügedən inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs Şəxs müdiridir. 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Şəxsnə məxsus aptekdə yoxlama aparılmış, aptekdə sertifikasiyadan keçməmiş, yəni əczaçı hesab olunmayan şəxsin dərman buraxılışında çalışması aşkar olunmuşdur. Onun bundan məlumatı olmamışdır. Yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 17 may 2022-ci il tarixli 205 nömrəli Pərakəndə satış X1 üzrə (növbəti) yoxlama aktından görünür ki, yoxlama zamanı ünvan 3 ünvanında yerləşən hüquqi şəxs Şəxsnə (VÖEN:**********) məxsus aptekdə əczaçılıq ixtisasına malik olmayan şəxsin dərman buraxılışında çalışdığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 04 iyul 2016-cı il tarixli 089812 nömrəli lisenziyadan görünür ki, ünvan 4 ünvanında yerləşən Şəxsnə (VÖEN:**********) müddətsiz dərman vasitələrinin pərakəndə satışını həyata keçirməyə icazə verilmişdir. İşdə olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli X3 görünür ki, Şəxs (VÖEN:**********) ilə Nümayəndə arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxsnə (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Hüquqi şəxs Şəxs (VÖEN:**********) törətdiyi xətanın xarakterini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinsin, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-215/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-215/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver