Məhkəmə qərarları › İş №3(019)-216/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-216/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-216/2022 08.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi , inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərərçəkmiş şəxsin hüquq varisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Talalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərifov X7 Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli 24 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən 10324 manat məbləğində pulu tələbkara ödəməlidir. Şəxs üzürsüz səbəbdən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Şərifov X7 Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli 24 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən 10724.30 manat məbləğində pulu X2 ödəməlidir. O, cəmi 400 manat ödəniş etmiş, onun 10324 manat borcu vardır. Cavabdeh Şəxs icra sənədinə əsasən Mehman Cabbarova olan borcunu ödəməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o borcu qərəzli olaraq ödəmir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquq varisi X3 məhkəmə iclasında göstərdi ki, Şərifov X7 Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli 24 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən 10724.30 manat məbləğində pulu mərhum əri Cabbarov Mehman Məhəmmədiyə oğluna ödəməlidir. O, cəmi 400 manat ödəniş etmiş, onun 10324 manat borcu vardır. Cavabdeh Şəxs icra sənədi üzrə olan borcunu ödəməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o borcu qərəzli olaraq ödəmir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli 24 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən 10724.30 manat məbləğində pulu X2 ödəməlidir. O, 2018-ci ilin avqust ayında tələbkara 400 manat ödəmişdir. İşsiz olduğuna və maddi imkanı olmadığına görə pulu ödəyə bilməmişdir. Tələbkara olan borcunu ödəməkdən imtina etmir. O, hissə-hissə borcunu ödəmək istəyir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli 24.01.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10724.30 manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdıran halların olmamasını,eyni zamanda onun borcu ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar