Məhkəmə qərarları › İş №3(019)-217/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-217/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-217/2022 20.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X13 iştirakı ilə xx.xx.1993-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.10-da Balakən şəhəri H.Əliyev prospektində X1 təhqir edərək ictimai qaydanı pozması və həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması əsasları ilə bağlı Balakən RPŞ-nin İTB-nin sahə rəisi X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli, MN ******* №-li və xx.xx.2022-ci il tarixli, MN1372541 №-li, inzibati xəta haqqında protokollar tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 14.00-15.00 radələrində yaşadığı kənddə yeyib-içdikdən sonra Balakən şəhəri H.Əliyev prospektində tanışı X4 borc pul almaq üçün gəlmişdir. Belə ki, o, ilk öncə X7 zəng edərək ondan borca pul istəmiş, Vəsilə işlədiyi gözəllik salonuna gəlməyi, pulu götürməyi ona bildirmişdir. Salona gəldikdə isə X10 ona pul verməmiş, ona veriləcək pulunun olmadığını bildirmişdir. Bundan sonra, aralarında xırda mübahisə yaranmış, X7 hər hansı nalayiq ifadə işlətməmiş, ona xəsarət yetirməmiş, əsəbləşərək salonu tərk etmişdir. Təxminən bir neçə dəqiqə sonra salondan 150- 200 metr aralıda ona iki polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmədən patrul maşınına əyləşməyi, rayon polis şöbəsinə getməyi tələb etmişlər. Rayon polis şöbəsinə hansı səbəbdən getməli olduğunu soruşduqda, ona bu barədə hər hansı əsas bildirilməmiş, gecəni şöbədə keçirəcəyini, bu barədə onlara göstəriş olduğunu bildirmişlər. Bu hala etiraz etdiyində sonradan adını bildiyi polis nəfəri Fərid Əliyev onun boğazından tutaraq onu yerə çırpmış, həmin zaman ayağı sınmış və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra gözünü açdıqda xalası oğlu X14 başının üzərində görmüş, sonuncu onu sakitləşdirərək narahat olmamasını, onun yanında olduğunu bildirmişdir. Bundan sonra xalası oğlu onu patrul maşınına mindirmiş və polis şöbəsinə gətirilmişdir. Ayağında kəskin ağrılar olduğundan və tezliklə evə getmək istədiyindən polis şöbəsində etirafedici ərizə təqdim etmiş, əslində isə hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 izahatında göstərdi ki, o, Balakən şəhəri H.Əliyev prospektində yerləşən gözəllik salonunda işləyir. xx.xx.2022-ci il tarixində sat 14.00-15.00 radələrində gözəllik salonunda olmuşdur. Həmin vaxt onunla birlikdə işləyən qızın sevgilisi Şəxs həmin qızla onun arasında olan məsələdən agah olduğundan işlədiyi salona gələrək, onunla mübahisə yaratmış, təhqir etməyə başlamışdır. Mübahisə zamanı Hüseyin içkili vəziyyətdə olmuş və əlindəki telefonları onun başına vurmuşdur. Bu zaman o, tanışı olan polis əməkdaşı Talehə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Şəxs nalayiq ifadələr işlədərək salonu tərk etmişdir. Bir neçə dəqiqə sonra iki polis əməkdaşı salona gəlmiş, Şəxs getdiyi istiqaməti onlara göstərmişdir. Polislərdən qaçmaq istəyərkən Şəxs ayağını burxaraq yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra onu rayon polis şöbəsinə aparmışlar. Qeyd olunanları nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X17, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, İXM-nin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15.00 radələrində Balakən Rayon Polis Şöbəsinin MSY-nin rəisi Taleh ona zəng edərək H.Əliyev prospektində yerləşən Vəsilə gözəllik salonunda Hüseyin adlı şəxsin qadınları narahat etdiyini, nalayiq söyüşlər söydüyünü bildirmiş və həmin yerə getməsini xahiş etmişdir. PPXB-nin polis nəfəri polis kiçik-serjantı Şamil Omarov ilə birlikdə Vəsilə gözəllik salonuna getmiş, oraya daxil olduqları zaman X5 ağladığını görmüşdür. Vəsilə Hüseyinin yenicə salonu tərk etdiyini bildirmiş və getdiyi istiqaməti ona göstərmişdir. Bundan sonra, o, Şamil Omarov ilə birlikdə göstərilmiş istiqamətə getmiş, təxminən 150-200 metr aralıda Hüseyni görmüşlər. Onlar özlərini təqdim edərək Hüseyinə yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Hüseyin maşına əyləşməkdən imtina etmiş, həmin zaman ona qismən fiziki güc tətbiq etmişlər. Hüseyin qaçmaq istəyərkən onun ayağı burxulmuş, bu zaman onun qohumu hadisə yerinə gəlmişdir. Onlar Şəxs Balakən RPŞ-nə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X23 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15.00-16.00 radələrində Balakən Rayon Polis Şöbəsinin MSY-nin rəisi Taleh xidmət yoldaşı Fərid Əliyevə zəng edərək, Balakən şəhəri H.Əliyev prospektində yerləşən Vəsilə gözəllik salonunda Hüseyin adlı şəxsin qadınları narahat etdiyini, nalayiq söyüşlər söydüyünü bildirmiş və həmin yerə getməsini xahiş etmişdir. Adı çəkilən gözəllik salonuna getdikdə orada Vəsilə və digər xanımın olduğunu görmüş, Vəsilə Hüseyinin yenicə salonu tərk etdiyini bildirmiş və getdiyi istiqaməti göstərmişdir. Daha sonra o, Fərid Əliyevlə birlikdə Vəsilənin göstərdiyi istiqamətə getmişlər. Bu zaman əvvəlcədən tanıdığı Şəxs görmüş, onu polis şöbəsinə dəvət etmişlər. Hüseyin polis şöbəsinə getməkdən imtina etmiş, qaçmaq istəyərkən ayağı burxulmuşdur. Daha sonra hadisə yerinə Hüseyinin qohumu gəlmiş, Hüseyin sərxoş olduğundan onu silkələyərək, sakit olmasını bildirmişdir. Bundan sonra onlar Şəxs Balakən RPŞ-nə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15.00 radələrində dostu Məhəmmədlə birlikdə Gəncə şəhərinə gedərkən rayonun H.Əliyev prospektində yerləşən Nərmin şadlıq sarayının yanında xalası oğlu Şəxs polis əməkdaşları ilə söhbət etdiyini görmüş, məsələni aydınlaşdırmaq üçün idarə etdiyi avtomobili saxlayaraq onlara tərəf getmişdir. Onlara çatmağa 10-15 metr məsafə qaldığı zaman sonradan adını bildiyi polis nəfəri X28 Çonpuzu boğazından tutaraq yerə çırpmış və onu döyməyə başlamışdır. Bu zaman o, qaçaraq onları bir-birindən uzaqlaşdırmış, xalası oğlunun üzərinə uzanaraq onu zərbələrdən qorumağa çalışmışdır. Şəxs həmin vaxtı huşsuz vəziyyətdə olmuş, onun üzünə sillə vuraraq onu ayıltmağa çalışmışdır. Polis əməkdaşlarına irad bildirdikdən sonra Şəxs mütləq şəkildə polis şöbəsinə getməli olması bildirilmiş, bundan sonra özü Şəxs patrul maşınına mindirmiş, onun polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15.00 radələrində dostu İlkinlə birlikdə Gəncə şəhərinə gedərkən rayonun H.Əliyev prospektində yerləşən Nərmin şadlıq sarayının yaxınlığında İlkin xalası oğlu Hüseyni polis əməkdaşlarının yanında görərək idarə etdiyi avtomobili dayandırmış, onlara tərəf getmişdir. Özü də İlkinin arxasıyca getmiş, Hüseyin və polis əməkdaşlarına çatmağa təxminən 20 metr qalmış, sonradan adını bildiyi polis nəfəri X25 boğazından tutaraq yerə çırpmış və onun ayaqlarına zərbələr endirməyə başlamışdır. Bu zaman İlkin onlara müdaxilə edərək xalası oğlunun üzərinə uzanmış, onu zərbələrdən qorumağa çalışmış, daha sonra Hüseyini patrul maşınına mindirərək polis şöbəsinə yola salmışdır. Həmin vaxtı Hüseyin hər hansı söyüş, nalayiq ifadələrdən istifadə etməmiş, polis əməkdaşlarının tələblərinə yerinə yetirmişdir. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 iyun 2022-ci il tarixdə, saat 18.00-da inzibati qaydada tutulmuş və 13 iyun 2022-ci il tarixdə, saat 11.00-də azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 85 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yoxlama zamanı Şəxs 1.334 promoli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X12 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində hər hansı hərəkəti ilə ictimai qaydanı pozmamış; nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan, ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməmiş, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər etməmiş, kiminsə ünvanına söyüş söyməmiş, cəmiyyətdə hökm sürən əxlaq və birgəyaşayış qaydalarını pozmamış, onun niyyətinin buna yönəlməsi müəyyən olunmamışdır. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində cəmiyyətin hər hansı şəxsinin qanuni mənafeyinin toxunulmazlığına təhlükə yarartmamış, cəmiyyətdə hökm sürən əxlaq və birgəyaşayış qaydalarına hörmətsizlik nümayiş etdirməmiş, onun niyyəti heç də xırdla xuliqanlığın törədilməsinə yönəlməmiş, yəni xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində Şəxs ictimai qaydanı pozmasının nədə ifadə olunması müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, 17.10 radələrində Balakən şəhəri H.Əliyev prospektində X1 təhqir etməsini polis əməkdaşları görməmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 15.00 radələrində Balakən Rayon Polis Şöbəsinin MSY-nin rəisi Taleh onlara zəng edərək hadisə barədə məlumat vermiş, onlar adı çəkilən salona gəldikləri zaman Şəxs orada olmamışdır. Göründüyü kimi, Şəxs hərəkətlərinin ictimai qaydanı pozmağa yönəlməsi (inzibati xətanın obyektiv tərəfi), bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi və onun niyyətinin xırda xuliqanlığın törədilməsinə yönəlməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. Məhkəmə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatını polis şöbəsində verdiyi ərizəsi ilə ziddiyyət təşkil etməsini, iş materialları ilə öz təsdiqini tapmamasını nəzərə alaraq mötəbər sübut hesab etmir. Belə ki, X2 Hüseyin Osman oğlunun xx.xx.2022-ci il tarixdə, saat 17.10-da Balakən şəhəri H.Əliyev prospektində onu söyüb təhqir edərkən polis əməkdaşlarının onu nizam intizama dəvət etdiyini bildirsə də, şahid ifadələri ilə bu hal təkzib olunmuş, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16.00-da Şəxs polis əməkdaşları tərəfindən artıq polis şöbəsinə aparılmışdır. Bundan əlavə, X10 hadisənin xx.xx.2022-ci il tarixdə, saat 17.10-da baş verməsini ərizəsində göstərsə də, məhkəmə iclasında həmin hadisənin xx.xx.2022-ci il tarixdə, saat 15.00-da baş verməsini, hadisə barədə polis şöbəsinin növbətçi hissəsinə məlumat verdiyini bildirmiş, xx.xx.2022-ci il tarixdə, saat 17.10-da Şəxs gözəllik salonunda Vəsilə Atayevanı söyməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində, nə də başqa vaxt ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (İXM-nin 8-ci maddəsi) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Qanun normasının mənasından həmçinin görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməsi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Bu maddə üzrə məsuliyyətin yaranması üçün zəruri hallardan biri də polis işçisinin tələblərinin qanuni olması, yəni qanunda nəzərdə tutulmasıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı və ictimai asayişi pozmamış, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yaratmamış, həmçinin ictimai yerdə müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən vəziyyətdə olmamışdır. İşdəki sübutlarla onun həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində qeyri-qanuni hərəkətlərə yol verməsi, həmçinin polis əməkdaşlarının ona hansı qanuni tələblər irəli sürməsi və X15 hansı hərəkətləri ilə onların bu qanuni tələblərinə qəsdən tabe olmaması, bu qəsdin nədə ifadə olunması müəyyən olunmamışdır. Şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 16.00-da polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, o, polis əməkdaşları zamanı ünsiyyətdə olduğu zaman ictimai qayda və ictimai asayişi pozacaq hərəkətlərə yol verməmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs hərəkətlərinin polis işçisinin qanuni tələblərinə tabe olmamasına yönəlməsi (inzibati xətanın obyektiv tərəfi) və bunu qəsdən etməsi, yəni özünün əməlinin hüquqazidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi (inzibati xətanın subyektiv tərəfi) iş materialları ilə sübuta yetirilmir. İş materiallarından görünür ki, Şəxs tərəfindən protokolda qeyd olunan tarixdə-11 iyun 2022-ci il tarixdə saat 17.10-da ictimai asayişin pozulması halı baş verməmiş, iğtişaş yaradılmamış, cinayət törədilməmiş, kiminsə sağlamlığı, yaxud mənəviyyatının əleyhinə, digər şəxslərin nüfuzu və hüquqları təleyhinə hər hansı hərəkət edilməmiş, hər hansı gizli əldə edilmiş məlumatlar açıqlanmamış, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinə yönəlmiş bir hadisə baş verməmiş, onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi və subyektiv tərəfi, həmçinin obyektiv tərəfin vacib elementi kimi polis işçisinin tələblərinin qanuni olması halı mövcud olmadığı üçün, onun əməlində həmin inzibati xətanın tərkibi də yoxdur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayan vəzifəli şəxs tərəfindən də bunun əksini, yəni Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17.10 radələrində, nə də başqa vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsində təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X20 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X16 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, 109.2, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Balakən rayon Vəkil Bürosunun vəkili X20 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar