Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-218/2020 15.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi x2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1, 510 və 535.1-ci maddələri ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi x4 tərəfindən Şəxs 12.07.2020-ci il tarixdə, saat 16:30 radələrində Qazma kəndində yas mərasimi təşkil edərək, koronovirus epidemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejiminin qaydalarını pozması, ictimai qaydanı pozması və həmin yerdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əsasları ilə Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə 12.07.2020-ci il tarixli, MN seriyalı 0476916, ******* və ******* №-li və nzibati xəta haqqında protokollar tərtib edilib, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, dayısı x1 dövlətinin Almata şəhərində vəfat etmişdir. Mərhum dayısının nəşi 12.07.2020-ci il tarixdə Balakən rayonunun Qazma kəndinə gətirilmişdir. Onlar dayısını dəfn etmək üçün Qazma kənd qəbirstanlığının qarşısına toplaşmışlar. Həmin vaxt oraya polislər gəlmiş və oraya toplaşmalarına irad tutaraq, «buraya toplaşmaq olmaz» demişlər. Onlar dağılışarkən, polis əməkdaşları ölünün yaxın qohumlarının dəfndə iştirak edə bildiklərini dedikdə, onun 72 yaşlı anası oraya yaxınlaşarkən mülki geyimdə olan polis əməkdaşı anasına qışqırmışdır. Həmin vaxt o, anasının mərhumun bacısı olduğunu və onuda buraxmalarını deyərək, hadisəni telefona çəkmək istəmiş, bu zaman polis əməkdaşları onu tutaraq, rayon polis şöbəsinə gətirmişlər. O, hadisə yerində polis əməkdaşlarına qarşı ucadan nalayiq sözlər işlətməmiş və onların hər hansı bir qanuni tələblərinə qarşı çıxmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi x4 izahatında Şəxs 12.07.2020-ci il tarixdə, saat 16.30 radələrində Qazma kəndində yas mərasimi təşkil edərək koronovirus epidemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejiminin qaydalarını pozduğunun, Qazma kəndi ərazisində ucadan nəlayiq sözlər işlətməklə ictimai qaydanı pozduğunun və həmin yerdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığının aşkarlandığını və ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 211.1, 510 və 535.1ci maddələri ilə 12.07.2020-ci il tarixli, 0476916, 0476915, ******* №-li nzibati xəta haqqında protokollar tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, 12 iyul 2020-ci il tarixdə, saat təxminən 16:30 radələrində Qazma kəndində Kazaxstan Respublikasındlan bir nəfərinin nəşinin gətirildiyi və həmin ölünün dəfn edilməsi ilə bağlı vətəndaşların Qazma kənd qəbirstanlığına yığışması barədə daxil olmuş məlumat əsasında bir neçə polis əməkdaşı ilə oraya getmişlər. Ölmuş şəxsin cənazəsini dəfn etmək üçün Qazma kəndi ərazisinə 10 nəfərdən çox, yəni 100-yə yaxın vətəndlaşların yığıldığını görmüşlər. Vətəndaşların sosial məsafə saxlaması üçün səsgücləndirici vasitəsilə rayon polis şöbəsininin əməkdaşlarını köməyə çağırmışlar. Rayon polis şöbəsinin əməkdaşları köməyə gəldikdən sonra onlar vətəndaşlara karantin rejimini pozduqlarını bildirmiş və sosial ara məsafələrini saxlamalarını istəmişlər. Lakin həmin vətəndaşlar onların göstərişlərinə məhəl qoymamış və el adəti ilə dəfn mərasimini həyata keçirəcəklərini demişlər.Orada olan şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətilərini davam etdirmişlər. Eyni zamanda orada olan Elməddin Rəslov orada ictimai qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətmiş, rəis müavininin qanuni tələblərinə tabe olmamışdır.Buna görə də onu rayon polis şöbəsinə gətirmiş və barəsində qanuni tədbir görülməsi üçün raportla şöbə rəhbərdliyinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2, x9, Şahid7, x7 və Şahid5 Məhəmməd oğlu Şahid4 ilə eyni məzmunlu izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş x8 izahatında göstərdi ki, 12. 07.2020-ci il tarixdə həmkəndiləlri Rusiya Federasiyasında yaşamış Ənvər Heydərovun dəfn mərasimində iştirak etmək üçün Qazma kəndi ərazisinə toplaşmışlar. Onlar dənfi müsəlman qaydasında həyata keçirmək istəmişlər. Həmin vaxt oraya polis əməkdaşları gəlmiş və yığılmış vətəndaşların oradan getmələrini və orada yalnız ölünün yaxın qohumlarının qalmasını bildirmişlər. Orada olan mülki geyimli polislər onlarla pis rəftar etmişlər. Şəxs anasına qarşı kobud rəftar edən polis əməkdaşlarına qarşı çıxmış, bəzi ifadələr işləmiş və polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş x11, Şahid8 və x5 da şahid x8 ilə eyni məzmunlu izahat verimş, onun izahatında göstərdiyi halları təsdiq etmişləri. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində, xırda xuliqanlığa görə İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir, onun əməli İXM-nin 211.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər üçün dörd min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xəta həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü madldəsinin tələbləri əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsinə kifayət etməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXMnin 34.3-cü maddəsinin tələbləri əsasında ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 112, 113-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 12 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-218/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-218/2020
15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver