Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-218/2025 02.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, X3 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ seriyalı 25796014 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi təqsirli bilinib 600 manat miqdarında inzibati cərimə edilmişdir. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, eyni zamanda vəsatət verərək inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin üzrlü hesab edərək bərpa edilməsi və yaşadığı yer Balakən rayonu, Qullar kəndi olduğundan yaşayış yeri üzrə Balakən rayon məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun şikayəti 30 may 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. X1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus “DAF” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rusiya Federasiyasından “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasına daxil olaraq Yevlax rayonuna getmək məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolu ilə hərəkətdə olduğu zaman Xızı rayonu, Giləzi kəndi ərazisində elektron tərəzini keçdikdən sonra ona 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə EQ 25796014 nömrəli qərarlı inzibati protokol tərtib edildiyi məlum olmuşdur. Elektron tərəzidə ümümi çəki 42570 kq çəki hesablamışdır. Çəki limiti isə 40000 kq-dır. Əslində isə yük ilə birlikdə ona məxsus avtomobilin çəkisi 39200 kq olmuşdur. Avtomobilin sənədində qoşqunun yüksüz kütləsi 10000 kq, yəhərli dartıcının isə çəkisi 7500 kq olaraq qeyd edilmişdir. Avtomobildə olan günəbaxan yağından ibarət yükün ümumi çəkisi isə 21705 kq olmuşdur. Qeyd edilən göstəricilər toplandıqda ümumi çəki 39205 kq təşkil edir. Yükün çəkisinə dair müvafiq sənəddə dəçəkinin 21705 kq olduğu qeyd edilmişdir.Ona görə də Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş inzibati protokol və qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Bu səbəbdən o birbaşa avtomobillə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə getmiş, avtomobilin çəkisinin yenidən yoxlanmasını tələb etmiş, agentliyin əməkdaşları isə araşdırılacağını bildirmiş, ondan ərizə almaqla kifayətlənmişlər. Lakin agentlik tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli cavabda qeyd edilən tərtib etdikləri qərarlı inzibati protokolun düzgünlüyünü əsaslandırmağa çalışmışlar. Çünki yuxarıda qeyd etdiyi ona məxsus iriqabaritli və və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamışdır. Yuxarıda qeyd etdiyi kimi o xx.xx.2025-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ərizə ilə müraciət etmiş, onlar tərəfindən məsələnin müsbət həll olunacağını düşünmüş, AYNA tərəfindən işin araşdırılması nəticəsinə dair cavab məktubunu gözləmişdir. AYNA-ya müraciət etdikdən sonra sürücü işlədiyindən yük daşıdığı avtomobillə Rusiya Federasiyasına getmiş, xx.xx.2025-ci il tarixdə AYNA tərəfindən ünvanına göndərilmiş məktubu Gərəkli kənd poçt şöbəsindən almış, dərhal da Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Xızı rayon məhkəməsi inzibati tənbeh vermə haqqında qərardan şikayət müddətinin buraxıldığını əsas gətirərək şikayəti geri qaytarmış, şikayət verilməsi müddətinin bərpa olunması barədə vəsatətlə yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onun ilkin olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməyi və Rusiya Fedeasiyasında olmağı inzibati tənbeh vermə barədə qərardan şikayət müddətinin ötürülməsinə səbəb olmuşdur. Vəsatət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə baxışının təxirə salınaraq iştirakına şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib hesab edir ki, X1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə X3 barəsində Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən EQ seriyalı 25796014 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar qəbul ediləndən bir gün sonra o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ərizə ilə müraciət etmişdir. Bundan sonra şikayətlə Xızı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(019)-41/2025 nömrəli qərardadından məlum olur ki, o, xx.xx.2025-ci il tarixdə EQ seriyalı 25796014 nömrəli qərardan şikayəti poçt şöbəsinə təqdim etmişdir. Xızı Rayon Məhkəməsi şikayəti geri qaytarmış, şikayət verilməsi müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2025-ci il tarixdə isə o, Balakən Rayon Məhkəməsinə müraciət etmiş, lakin şikayətə qərar əlavə olunmadığından işə baxmağa hazırlanması zamanı geri qaytarılması qərara alınmışdır. Daha sonra X3 xx.xx.2025-ci il tarixdə poçt şöbəsinə təqdim etməklə yenidən Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ seriyalı 25796014 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar verilməsini xahiş etmişdir. X2 Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ seriyalı 25796014 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qərardan 20 gün müddətində şikayət vermək hüququ izah edilmiş, o isə bir gün sonra - xx.xx.2025-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, 01 ay 18 gün sonra - xx.xx.2025-ci il tarixdə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. X3 tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, onun ilkin olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməyi üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə olan halda X1 Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ seriyalı 25796014 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən, vəsatət rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X1 Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ seriyalı 25796014 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-218/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-218/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver