Məhkəmə qərarları › İş №3(019)-219/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-219/2025

31.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-219/2025 31.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, FİN nömrəsi xxxxxxx, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 16 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. O alimenti ödəməmiş, onun 1850 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşagıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 16 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində alimenti iddiaçı X1 ödəməlidir. Şəxs alimenti ödəməmiş,hazırda onun 1850 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Balakən rayon Polis Şöbəsinin əməkdaşları bu gün saat 05:00 radələrində onu saxlamışlar və Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)- 765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 16 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Beş gün olar ki, iş tapmışdır. Bundan sonra çalışıb hər ay 250 manat ödəyəcəkdir. Bu gün saat 5 radələrində onu saxlamışlar və İcra Şöbəsinə gətirmişlər. Barəsində yüngül tənbeh tətbiq edilməsi xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Lakin Şəxs aliment borcundan hazıra kimi heç bir ödəniş etməmişdir. Şəxs şikayətçidir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən 16 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh Şəxs hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmişdir. İşdə olan 01 aprel 2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını,onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Şəxs polis əməkdaşları tərəfindən 31 may 2025-ci il tarixdə saat 05 radələrində saxlanmasını nəzərə alaraq hesab edirəm ki, inzibati həbs müddətinin əvvəli 31 may 2025-ci il tarixdən saat 05:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 31 may 2025-ci il saat 05:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar