Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-221/2020 07.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə X4 Balakən RPŞ-nin İTB-nin 042455 nömrəli, xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarının ləğv edilməsi, X6 tətbiq edilmiş 800 (səkkiz yüz) manat cərimənin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İXM-nin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Azərbaycan Respublikası İXM-nin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındlan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. İş materiallarından görünür ki, X1 RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarından həmin qərarın ona rəsmi qaydada verildiyi vaxtdan-xx.xx.2020-ci il tarixdən on gün müddətində (xx.xx.2020-ci il tarixdə poçta təqdim etməklə) şikayət vermiş və bununla bağlı qanunun tələblərini gözləmişdir. Ona görə də onun şikayətinə baxılması qanunidir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X11 şikayətini onunla əsaslandırmışdır ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarına əsasən X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 800 manat cərimə tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, guya "Balakən rayon, Katex kənd sakini X6 məxsus it qonşusu Mixanayeva Sonanın sağ qolunu dişləyərək, sağlamlığına yüngül xəsarət yetirmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərar barədə onun məlumatı olmamış, barəsində qərar qəbul edilərkən onun izahatı alınmamış, ona ümumiyyətlə xəbər verilməmişdir. Qərarın mövcudluğundan Balakən rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuşdur. Həmin qərar ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Yuxarıda qeyd olunan halların heç biri həqiqəti əks etdirmir, tərəfindən bu və ya digər şəkildə heç bir inzibati xəta törədilməmişdir. Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş-leytenantı X14 tərəfindən xx.xx.2017-ci il tarixli, AZA 042455 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, guya "Balakən rayonu Katex kənd sakini X6 məxsus it qonşusu Mikanayeva Sonanın sağ qolunu dişləyərək, sağlamlığına yüngül xəsarət yetirmişdir”. Bu fakt vətəndaş Mikanayeva Sonanın ərizəsi ilə təsdiq edilmişdir. Göründüyü kimi, iş materiallarında onun tərəfindən inzibati xəta hadisəsinin törədilməsinə dair yalnız bir ‘"fakt" mövcuddur ki. o da iş dişləyən şəxsin- Mikanayeva Sonanın ərizəsidir. Həmin ərizə mötəbər sübut kimi qiymətləndirilə bilməz, həmin ərizə əsasında birtərəfli qaydada heç bir araşdırma aparılmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilə, inzibati tənbeh vermə haqqında qərarı qəbul edilə bilməzdi. Halbuki həmin protokol əsasında Balakən RPŞ-nin İTB-nin sahə rəisinin 042455 nömrəli, xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Bundan əlavə, sözügedən itin ona məxsus olmasına dair hər hansı sübut, itin pasportu da mövcud deyildir. Belə olan halda, hansı əsasla itin məhz ona məxsus olması tamamilə absurd haldır. Göründüyü kimi, ona törətdiyi inzibati xətaya görə əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsinə əsasən 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq olunmuşdur. Sözügedən qərar tamamilə əsassızdır və ləğv edilməlidir. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, inzibati xəta törədilməmişdir. O, Balakən rayonu, Katex kəndində yaşadığından, vəsatətlə müraciət edərək, hazırki işə Balakən Rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X11 və Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) nümayəndəsi məhkəmə iclasına üzrlü səbəb olmadan gəlməmişlər. Ona görə də hazırki işə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 və Balakən RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağrılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. İş materiallarından görünür ki, Balakən rayonu Katex kənd sakini X10 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdə həmkəndlisi X7 məxsus itin onu dişləməsini qeyd etmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis baş leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı X2 özünə məxsus iti cilovsuz, buruntaqsız açıq vəziyyətdə məhəlləyə buraxmasına görə itin xx.xx.2017-ci il tarixdə X21 üstünə cumaraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül xəsarət yetirməyə aid xəsarətlər yetirməsi faktının izahatlara və ekspert rəyinə əsasən toplanmış materialda tam olaraq öz təsdiqini tapması qənatəinə gəlinərək, X22 Balakən RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və X25 göndərilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsinə (itlərin cilovsuz, buruntaqsız ümumi məhəllələrdə, küçələrdə gəzdirilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına) əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 436 №-li rəyindən görünür ki, X23 müəyyən edilmiş xəsarətlər-sağ bazunun 1/3-də üç ədəd çapıqlar hər hansı bir yaraların nəticəsi olub bərk küt əşyanın (əşyaların) sıyırması-çıxması təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2017-ci ildə it dişlərinin təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Məhkəmənin soruğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, X11 işin təhqiqatı zamanı verdiyi izahatında onun itinin xx.xx.2017-ci il tarixdə X13 əlini dişlədiyini və maddi imkanı yaxşı olmadığı üçün öznün və həyat yoldaşının Sona Mikanayevanın onlardan tələb etdiyi qolunun müalicəsinə xərclədiyi 200 manatın ödənilməsinə kömək edə bilməyəcəklərini bildirmişdir. Eyni zamanda X6 məxsus itin cilovsuz və buruntaqsuz vəziyyətdə məhəllədə gəzərkən xx.xx.2017-ci il tarixdə X13 əlini dişlədiyini və ona xəsarət yetirdiyini X29 və X18 izahatları ilə tam təsdiq olunmuşdur. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərtib etdiyi xx.xx.2017-ci il tarixli, AZA seriyalı, 042455 №-li inzibati xəta haqqında protokoldan görünür ki, Balakən rayonu Katex kənd sakini X6 məxsus itin qonşusu X13 qolunu dişləyərək, sağlamlığına yüngül xəsarət yetirdiyinə görə X11 barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanmış, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin ona izah olunmasını və protokolun surətini almasını X11 imzası ilə təsdiq etmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarından görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsində bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət müəyyən edilmiş, həmin maddənin sanksiyasında səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İş matertiallarından görünür ki, Balakən rayonu Katex kənd sakini X10 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdə həmkəndlisi X6 məxsus itin onu dişləməsini qeyd etmiş, onun ərizəsi əsasında polis şöbəsində təhqiqat aparılmış, Balakən RPŞ-nin İTQ-nun təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərar qəbul edilərək, həmin qərarla araşdırma zamanı X3 özünə məxsus iti cilovsuz, buruntaqsız açıq vəziyyətdə məhəlləyə buraxmasına görə itin xx.xx.2017-ci il tarixdə X21 üstünə cumaraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül xəsarət yetirməyə aid xəsarətlər yetirməsi faktının izahatlara və ekspert rəyinə əsasən toplanmış materialda tam olaraq öz təsdiqini tapması qənaətinə gəlinərək, X22 Balakən RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsinə (itlərin cilovsuz, buruntaqsız ümumi məhəllələrdə, küçələrdə gəzdirilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına) əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmiş, bundan sonra Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X14 tərəfindən xx.xx.2017ci il tarixli, AZA seriyalı, 042455 №-li inzibati xəta haqqında protokol tərtib edilməklə, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmuş və protokolun surəti X7 təqdim edilmiş, Elşan Allahverdiyev həmin protokolu imzalamış, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarı ilə X12 Azərbaycan Respublikası İXMnin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X4 şikayətdə qeyd etdiyi onun tərəfindən inzibati xətanın törədilməməsi, X22 ərizəsi əsasında heç bir araşdırmanın aparılmaması, izahatının alınmaması, araşdırma aparılamadan barəsində inzibati xəta haqqında protokolun tərtib olunması və inzibati tənbehin verilməsi, sözügedən itin ona məxsus olmaması, itin ona məxsus olması barədə hər hansı sübutun, itin pasportunun mövcud olmaması barədə əsaslar iş materialları ilə tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Balakən RPŞ-nin TQ tərəfindən iş üzrə araşdırma aparılmış, həmin araşdırma zamanı X4 da izahatı alınmış və X11 işin təhqiqatı zamanı verdiyi izahatında onun itinin xx.xx.2017-ci il tarixdə X13 əlini dişləməsini, yəni X26 dişləyən itin ona məxsus olduğunu bildirmiş, həmçinin maddi imkanı yaxşı olmadığı üçün özünün və həyat yoldaşının Sona Mikanayevanın onlardan tələb etdiyi qolunun müalicəsinə xərclədiyi 200 manatın ödənilməsinə kömək edə bilməyəcəklərini qeyd etmiş, X6 məxsus itin cilovsuz və buruntaqsız vəziyyətdə ümumi məhəllədə xx.xx.2017-ci il tarixdə X13 əlini dişlədiyi və ona yüngül bədən xəsarəti yetirdiyi X5 izahatı ilə yanaşı, X29 və X18 izahatları və məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 436 №-li rəyi ilə tam təsdiq olunmuşdur. Məhz iş üzrə ətraflı araşdırma aparıldıqdan sonra xx xxxxxx 2017ci il tarixli cinayət işinin başlanması rədd edilmiş və X11 barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanmış və xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Elşən Allahverdiyev həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Engel və başqaları Niderlanda qarşı məhkəmə işində Avropa Məhkəməsi, «Engel meyarları»nı müəyyən etmişdir ki, həmin meyarlara görə inzibati xəta haqqında iş də cinayət ittihamına bərabər sayılmışdır. Bu meyarlar aşağıdakılardır: 1) əməlin daxili qanunvericilikdə təsnifləşdirilməsi; 2) inzibati xətanın xarakteri; 3) nəzərdə tutulan və təyin olunacaq tənbehin (cəzanın) ağırlığı. Bu xüsusda 2-ci və 3-cü Engel meyarlarına görə İXM-nin 290.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta üzrə icraatı cinayət ittihamına bərabər saymaqla, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (bundan sonra Azərbaycan Respublikası CPM) qanunun analogiyasının qadağan olunmamasını nəzərə alıb, həmin analogiyanı hazırki işə tətbiq etməklə Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarla muüəyyən olunmuş halları hazırki iş üzrə preyudisial hal, yəni sübut edilmiş hal hesab etmək olar. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında sözügedən xx xxxxxx 2017-ci il tarixli qərarla birmənalı şəkildə X6 məxsus itin gilovsuz və buruntaqsız vəziyyətdə ümumi məhəllədə xx.xx.2017-ci il tarixdə Balakən rayonu Katex kənd sakini X13 əlini dişləməsi və onun sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi müəyyən olunur. Həmin qərar və bu qərarla müəyyən olunmuş hal da Elşan Allahverdiyev barəsində İXM-nin 290.3-cü maddəsilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və bununla da inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərar ləğv olunmamışdır, həmin qərarla müəyyən edilmiş hallar sübut edilmiş hallar hesab edilməklə hazırki məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, həmin şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarı dəyişdirilmədən saxlanılmalı, X4 verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 inzibati tənbeh vermə haqqında xx.xx.2017-ci il tarixli, 042455 №-li qərarı dəyişdirilmədən saxlanılsın; X4 şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-221/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-221/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver