Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-221/2025 03.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, FİN-xxxxxxx, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndiində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli, 03 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 05 iyun 2020-ci il tarixdən başlayaraq 05 iyun 2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci ildə tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla cəmi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. O alimenti ödəməmiş, onun 10200 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşagıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli 03 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 05 iyun 2020-ci il tarixdən başlayaraq 05 iyun 2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci ildə tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla cəmi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. Şəxs alimenti ödəməmiş,hazırda onun 10200 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir.Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli 03 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 05 iyun 2020-ci il tarixdən başlayaraq 05 iyun 2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci ildə tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla cəmi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. O, 2018-ci ildən Türkiyə Respublikasında yaşayır. Bu səbəbdən aliment ödəməli olmasından məlumatı olmamışdır. Həmçinin tələbkar uşaqlarını ona göstərmir. O, həmin qərardan şikayətçidir. O, hazırda alimenti ödəyə bilmir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli 03 iyul 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 05 iyun 2020ci il tarixdən başlayaraq 05 iyun 2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci ildə tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla cəmi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimenti ona ödəməlidir.Lakin Şəxs aliment borcundan hazıra kimi heç bir ödəniş etməmişdir. Şəxs məhkəmə qərarından xəbəri olmaması barədə göstərdikləri yalandır. Bu barədə onun ailə üzvülərinə məlumat verilmişdir. Hətta o, uşağın xarici ölkəyə aparılmasından ötrü etibarnamə almaq üçün Şəxs müraciət etmiş, lakin o və ailə üzvüləri etibarnamə verilməyəcəyini bildirmişlər. Şəxs şikayətçidir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli 03 iyul 2020-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs 05 iyun 2020-ci il tarixdən başlayaraq 05 iyun 2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci ildə tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 466/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmişdir. İşdə olan 06 avqust 20222-ci il tarixli aktdan görünür ki, icra məmurları Akif Mahmudov, Vidadi Musayev və baş mütəxəssis X4 Rayon Məhkəməsinin 2(019)-466/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs yaşadığı evə baxış keçirtmişlər, baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs Türkiyədə yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrindən görünür ki, Şəxs xx.xx.2018-ci ildə anadan olmuş Uhud və 13 dekabr 2020-ci ildə anadan olmuş Eymen adlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,500(beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-221/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-221/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver