Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-222/2023 07.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə **********4412 saylı gömrük bəyannaməsi əsasında Balakən gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş “fındıq ləpəsi” yükünün müqabilində qaytarılmalı olan 119320 ABŞ dolları (202844 manat, kurs 1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitin 60,87 ABŞ dolları (103.497) məbləğində vəsaiti MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Səlahiyyətli orqanın protokolunda həmçinin göstərilmişdir ki, Qərb Ərazi Bas Gömrük İdarəsi Balakən gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 34/020/004701 saylı raportda hüquqi şəxs-Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri, Orta Kalitnikovskava küçəsi, bina 28, mənzil 8 ünvanında qeydiyyatda olan “ARVİAİ” şirkətinə ümumilikdə 119320 ABS dolları (202844 manat, kurs: 1 ABS dollar =1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükünün xx.xx.2022-ci il tarixli, **********4412 saylı gömrük bəyannaməsi üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləsdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunduğu və həmin yükün müqabilində qaytarılmalı olan vəsaitdən 60.87 ABS dolları (103.479 manat, kurs: 1 ABS dollar -1,70 AZN) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi bildirilmişdir.Faktla bağlı xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə inzibati xəta haqqında is üzrə icraat başlanılmışdır.Araşdırma zamanı məlum olmuşdur ki, 'Şəxs MMC tərəfindən xx.xx.2022-ci tarixli, **********4412 saylı gömrük bəyannaməsi üzrə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləsdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuş 119320 ABŞ dolları (202844 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükünün müqabilində 119259.13 AB$ dolları (202740,52 AZN) məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin olunmuş, lakin 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsaitin isə MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin olunmamışdır.Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4412 saylı gömrük bəyannaməsi üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuş 119320 ABŞ dolları (202844 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükünün müqabilində qaytarılmalı olan vəsaitdən Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməyən vəsaitin məbləği 20000 (iyirmi min) manatdan az, yəni 103,48 AZN olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMCnin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında yaşayır. 2011-ci ildə təsis edilmiş və Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan “Khan-EL MMC-də menecer vəzifəsində çalışır. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti istiqaməti Qəbələ, Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. xx.xx.2021-ci il tarixdə Rusiya Federasiya Moskva şəhəri, Orta Kalitnikovskaya küçəsi, bina 28, mənzil 8 ünvanında qeydiyyatda olan “ARVİAİ” şirkəti ilə Şəxs MMC arasında bağlanmış RVİ-KHA- 111121 saylı müqavilə əsasında ümumilikdə 119320 ABŞ dolları (202844 manat, kurs: 1 ABŞ dolla 1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükü xx.xx.2022-ci il tarif **********4412 saylı gömrük bəyannaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuşdur. Həmin yükün müqabilində qaytarılmalı olan vəsaitin böyük hissəsi, yəni 119259,13 ABŞ dolları (202740,52 AZN) məbləğində vəsait “Khan-EL MMC-nin "xxxx" ASC-nin Zaqatala filialındakı müvəkkil bank hesabına köçürülmüşdür. Köçürülməmiş qalan 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsait isə, “ARVİAİ” şirkəti ilə Şəxs MMC-nin hesabına bank vasitəsilə edilən köçürmələr zamanı bank tərəfindən tutulan əməliyyat haqqılardır. Buna görə də həmin məbləğ MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarından görünür ki, hüquqi şəxs-Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri, Orta Kalitnikovskava küçəsi, bina 28, mənzil 8 ünvanında qeydiyyatda olan “ARVİAİ” şirkətinə ümumilikdə 119320 ABS dolları (202844 manat, kurs: 1 ABS dollar =1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükünün xx.xx.2022-ci il tarixli, **********4412 saylı gömrük bəyannaməsi üzrə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac olunmuşdur. İxrac olunmuş 119320 ABŞ dolları (202844 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) dəyərində və 19000 kq. çəkidə “fındıq ləpəsi” yükünün müqabilində 119259.13 AB$ dolları (202740,52 AZN) məbləğində vəsait Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüş, lakin 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsait MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir.Hüquqi şəxs “KHAN-EL “ MMC-nin nümayəndəsi X1 izahatından aydın olur ki, köçürülməmiş qalan 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsait köçürmələr zamanı bank tərəfindən əməliyyat haqqı olaraq tutulmuşdur.Buna görə də həmin məbləğ MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş "az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa", bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması”nda əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Qeyd edilməlidir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir, inzibatı xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində Şəxs MMC-nin (VÖEN:**********) təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlirəm ki, xaricdən valyutanın geri qaytarılmamasının səbəbi, köçürülməmiş qalan 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsaitin köçürmələr zamanı bank tərəfindən əməliyyat haqqı olaraq tutulmasıdır.Xaricdən valyutanın geri qaytarılmaması Şəxs MMC-dən asılı deyildir. Hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur.Ümumiyyətlə 60,87 ABŞ dolları (103,48 AZN) məbləğində vəsaitin köçürülməməsində Şəxs MMC-nin təqsirini təsdiq edən sübut təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dıspozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir kı, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC--nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs KHAN-EL” MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM Hüquqi şəxs “KHAN-EL “ MMC-nin barəsində inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-222/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-222/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver