Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-222/2024 20.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X4 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB) sahə rəisi X6, zərərçəkmiş şəxs X2, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Balakən Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində kiçik tibb bacısı işləyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 17.20-də Balakən rayonu Talalar kənd sakini X2 yaşadığı evin həyətində aralarında yaranmış mübahisə nəticəsində X1 yolmaqla və ona hər iki bazuda qançır olmaqla dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirib qəsdən fiziki ağrı yetirmişdir. Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 may 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilmiş, hazırda zərərçəkmiş şəxs X5 ilə barışdığını, X2 ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə saat 17.20-də Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında yaranmış mübahisə zamanı onu döyüb ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdiyini və qəsdən fiziki ağrı yetirdiyini təsdiq etmiş, hazırda Şəxs ilə barışdığını, Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını göstərərək, Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 90 və 91 nömrəli rəyindən görünür ki, X3 müəyyən edilmiş xəsarətlər-sağ bazunun yuxarı 1/3-də bayır səthdə 02 ədəd, sol bazunun yuxarı 1/3-də bayır səthdə 01 ədəd qançırlar- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətlərdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Hənifə kənd sakini Şəxs və rayonunu Talalar kənd sakini X2 DİN-nin «102» xidmətindən daxil olmuş telefon məlumatları, Balakən Rayon Polis Şöbəsinə qarşılıqlı ərizə ilə müraciətləri əsasında toplanmış NK-1-239 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş; qərarın surətinin Balakəni rayonu Hənifə kənd sakini Şəxs və rayonun Talalar kənd sakini X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və fiziki ağrı yetirmə) maddəsinin tərkib əlamətləri olduğundan onların qeydə edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən Rayon Polis X4 Bölməsinə göndərilməsi, Şəxs məxsus sağ qulağından açılıb düşərək naməlum şəraitdə itən bir ədəd qızıl sırğanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qəbul olunmuş qərarının surətinin Balakəni Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinə göndərilməsi qərara alınmış, qərarın surəti maraqlı tərəflərə göndərilməklə, onlara qərardan narazı qaldıqları halda rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxs X5 ilə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını və ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, Şəxs barəsində hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X5 ilə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxs X5 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 114-115 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-222/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-222/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver