Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-223/2020 16.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi x1, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Talalar kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi x3 tərəfindən Şəxs12.07.2020-ci il tarixdə, saat 21 radələrində Balakən şəhəri R.Səmədov küçəsində yaşadığı evin həyətində yas mərasimi keçirərək koronovirus epidemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejiminin qaydalarını pozması əsası ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 13.07.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, onun bacısı qızı vəfat etdiyindən o, bacısının evinə hüzn məclisinə gəlmiş, bu zaman sosial məsafə saxlamış və qoruyucu maskadan istifadə etmişdir. Onun yaşadığı evin həyətində və evində hüzn məclisi keçirilməmiş və o, yas məclisi təşil etməmişdir. Bacısı qızının yas məclisi bacısının həyətində keçirilmiş və mərhumun valideynləri tərəfindən təşkil olunmuşdur. O, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmədiyi üçün barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi x3 izahatında Şəxs 12.07.2020-ci il tarixdə, saat 21- radələrində karantin rejimini pozduğunu, bunun polis şöbəsinin əməkdaşları tərəfindən aşkarlandığını və ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 13.07.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 12.07.2020-ci il tarixdə daxil olmuş məlumata əsasən R.Səmədov küçəsində yaşayan Şəxs bacısı qızı Rusiya Federasiyasında rəhmətə getdiyinə görə Lalə Şirinovanın nəşi həmin tarixdə Balakən rayonuna gəlməli və birbaşa Balakən rayonunda yerləşən qəbirstanlığa aparılıb dəfn olunmalı idi. Onlar, yəni Balakən Rayon Polis Şöbəsininin əməkdaşalrı səhər saatlarında həmin ünvana getmiş və xüsusi karantin rejimində olan qaydaları onlara bildirmiş və əgər nəş evə gələrsə, dua verilərsə, insanlar 10 nəfərdən artıq olarsa inzibati qaydada cərimələnəcəkləri izah edilmişdir. Lakin axşam saat 21 radələrində polis əməkdaşları R.Səmədov küçəsində yerləşən Şəxs bacısının evinə gedən zaman orada 30-40 nəfər adamın toplaşaraq, həmin evə yığılıb yas mərasimi keçirdiklərini görmüşlər. Polis əməkdaşları dərhal radiostansiya vasitəsi ilə Balakən Rayon Polis Şöbəsinə məruzə etmiş və onları köməyə çağırmışlar. Onlar həmin həyətə gedən zaman evdə nəşi görməş və oraya 30-40 nəfərin yığışaraq, xüsusi karantin rejimini pozduqları müəyyən edilmişdir. Şəxs bacısının evinin həyətinə yığılmış insanları çıxarması xahiş olunmuş, lakin o, buranın onun evi və həyəti olmadığını və ona görə insanları buradan çıxarmağa haqqının olmadığını bildirərək, hüznə gələn insanları oradan çıxarmamışdır. Bu əsasa görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 izahatına uyğun eyni məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli,178nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində 31 may 2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər müəyyən edilmiş, həmin qərarın 1.6-cı bəndinə əsasən dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 01 avqust 2020-ci il tarixədək uzadılmışdır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 iyul 2020-ci il tarixdə, saat 21:00-da yas mərasimini təşkil etməmiş və keçirməmişdir. Belə ki, 12 iyul 2020-ci il tarixdə, saat 21:00-da Şəxs bacısının evində keçirilən bacısı qızının yas mərasiminə gəlmiş, həmin yas mərasimi də onun evində və həyətində deyil, tamamilə başqa ünvanda yerləşən bacısının evində və həyətində olmuşdur. Həmin yas mərasimini də Şəxs təşkil etməmiş və keçirməmişdir. İş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 izahatlarından da görünür ki, 12.07.2020-ci il tarixdə, saat 21 radələrində Şəxs bacısının evinin həyətinə yığılmış insanları çıxarması xahiş olunmuş, lakin o, buranın onun evi və həyəti olmadığını və ona görə insanları buradan çıxarmağa haqqının olmadığını bildirərək, hüznə gələn insanları oradan çıxarmamışdır. Bu əsasa görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdəki sübutlardan birmənalı şəkildə görünür ki, Şəxs 12 iyul 2020-ci il tarixdə. Saat 21 radələrində karantin rejimini pozmamış, onun əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta tərkibi olmadığı halda Şəxs haqqında əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs 12 iyul 2020-ci il tarixdə, saat 21:00 radələrində, nə də başqa vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, onun həmin xətanı törətməkdlə təqsiri sübut olunmamışdır. Halbuki belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. . Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki iş üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Bu da başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x5 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x2 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x5 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x2 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-223/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-223/2020
16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver