Məhkəmə qərarları › İş №3(019)-223/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-223/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-223/2024 20.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi vəzifəsini müvəqqəti icra edən,polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, evli, orta təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 07 aprel 2024-cü il tarixdə saat 17:20 radələrində Balakən rayonunun Talalar kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında baş vermiş mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs qızının saçını yolmaqla ona qəsdən fiziki ağrı yetirmiş və hər iki bazuda qançır olmaqla dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Nümayəndə məhkəmə iclasında göstərdi ki, 17 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı xx.xx.1967-ci ildə anadan olmuş Balakən rayonunun Talalar kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü ildə saat 17:20 radələrində özünə məxsus evin pəncərəsindən qonşusu Günellə söhbət edən zaman küçəyə avtomobil gəlmiş, tanımadığı iki qadının avtomobildən düşərək onlara gəlmişdir.Həyətdə ona məlum olmuşdur ki, həmin şəxslər Zərərçəkmiş şəxs, qızı Telli Həsənovadır. Onların adını eşitsə də əvvəllər onları görməmiş, onları tanımağının səbəbkarı isə oğlu Azərdir. Azər ona Tellini sevdiyini demiş, Telli iki dəfə ailəli olub boşandığı üçün Azərə onunla ailə qurmağına narazı olduğunu bildirmişdir. O,Mahirə ilə Tellini normal qarşılamışdır. Mahirə ona Tellinin hamilə, Azərin uşağın atası olduğunu bildirmiş, əlində olan kağızı göstərib USM-in nəticəsi olduğunu demişdir. Mahirəyə “məni heç nə maraqlandırmır, nə qızı, nə də uşağı istəyirəm, özünüz nə bilirsiniz onu da edin” demişdir. Mahirə bu işlərin, uşağın axırı necə olacağını soruşmuş, ona demişdir ki, uşağın atası Azər deyil, Azərlə Telli xx.xx.2024cü ildən ayrılıblar, Bakı şəhərində süni mayalanma etdirib, uşağı Azərin üstünə atırsınız. Onlar söhbət edən zaman həyat yoldaşı Fərhad və qonşusu Günel həyətə daxil olmuşlar. Mahirə ilə Telli həyətə gələn zaman Azərlə Fərhad evdə olmamış,Azər Fərhadın saçını kəsdirmək üçün onu kənddəki bərbərxanaya aparmışdır. Fərhad onların yanından keçən zaman Mahirə ilə Telliyə salam vermiş, “xoş gəldiniz” deyib, 3-4 metr kənarda dayanmışdır. Günel isə Azərin avtomobillə həyətə daxil olması üçün darvazanı açmağa getmişdir. Mahirə qəfildən onun saçına əl atmış, əlləri ilə saçını yolmuş, Mahirənin saçını buraxmadığını görüb, o da əlləri ilə Mahirənin saçından tutmuş, qarşılıqlı olaraq birbirlərinin saçını yolmuşlar. Günel, Fərhad onları ayırmağa çalışmış, Mahirə əli ilə Fərhadı itələmiş, Fərhad səndələyib geri getmiş, sağ əli divara sürtülmüş xəsarət almışdır. Fərhad iki dəfə baş-beyin əməliyyatı keçirdiyi üçün xəstədir çətinliklə ayaq üstə dayanır, çətinliklə hərəkət edir. Günel Azərin avtomobillə həyətə daxil olması üçün həyət darvazasını açmağa getmiş, Mahirə ilə bir-birlərinin saçını buraxıb kənardan söz mübahisəsi etmişdir. Azər avtomobillə həyətə daxil olmuş, avtomobildən yerə düşən zaman Telli ona, “mənə sahib çıxmadın, uşağına sahib çıx demiş”, Mahirə ilə Telli Azəri təhqir etmişlər. Azər onlara tərəf gedəndə Günel onun qarşısına dayanmış, Azərə onlara tərəf getməyə imkan verməmiş, Azərlə Mahirənin arasında 2-3 metr məsafə olmuşdur. Mahirə ilə Tellini həyətdən küçəyə, yola çıxartmış, həyətin kiçik əl qapısının yanında Mahirə yenidən onun saçına əl atmış, saçını yolmuş, Günel onları ayırmış, Mahirə ilə Tellini çətinliklə həyətindən küçəyə çıxartmış, sonra Günelin telefonu vasitəsi ilə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs qızı ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı izahatında göstərdi ki,X4 onun doğma qızıdır. 2023-cü ilin dekabr ayında X3 onun iş yerinə gəlmiş, qızı Telli ilə bir-birlərini sevdiklərini, ailə qurmaq istədiyini bildirmişdir. Azərə Tellinin iki dəfə ailəli olub, ayrıldığını, bu barədə məlumatı olub-olmadığını demiş, Azər bu barədə məlumatlı olduğunu, Tellini həyat yoldaşı kimi qəbul etdiyini, valideyinlərini elçi göndərəcəyini bildirmiş,lakin elçi gəlməmişlər. xx.xx.2024-cü ildə Telli ilə Azər onlardan xəbərsiz ailə qurmaq məqsədi ilə qoşulub qaçmışlar. Həyat yoldaşı X1 yaşadığı ünvana getmiş, onun valideyinləri ilə söhbət etmiş, Azərin anası Maral oğlunun subay, Tellinin iki dəfə ailəli olub ayrılıdığını, bu səbəbdən onların ailə qurmağına narazı olduğunu bildirmişdir.Tofiq ondan Tellini geri verməyi tələb etmiş, X8 harada olduğunu bilmədiyini,yerlərini öyrənib Tellini geri qaytaracaqlarını demişdir.Azər anasının fikri ilə razılaşmamış, Telli ilə ailə qurduğunu, onu həyat yoldaşı kimi qəbul edib saxlayacağını bildirmişdir. xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərlə Telli ər- arvad kimi qeyri rəsmi birlikdə ünvan 3 ünvanında kirayədə yaşamışlar. Onlar bir-birlərini sevib ailə qurduqları üçün həmin vaxt şikayət etməmişdir.xx.xx.2024-cü ildə Azər Telli ilə yaşadığı evdən ona demədən gedərək bir daha geri qayıtmamış, istifadəsində olan telefonu isə söndürmüşdür. Tellinin yaşadığı ünvana getmiş, onu öz evinə aparmışdır. Azərin hərəkətləri Telliyə pis təsir etmiş, xx.xx.2024-cü ildə səhər saatlarında Telli yaşadıqları evdə qazı açaraq intihar etməyə cəhd etmiş, “102” ximətinə məlumat vermiş, Balakən RPŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Muradov tərəfindən araşdırma aparılmışdsr. Məlumatı əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Balakən RPŞ- dən Balakən rayon prokurorluğuna göndərilmişdir. Fevral ayının ikinci ongünlüyündə Telli ona hamilə olduğunu bildirmiş, bu barədə Azərə mobil telefonla votsap vasitəsi ilə məlumat vermişdir. Tellinin deməsinə görə Azər ona telefon vasitəsi ilə hamilə olduğunu subut etmək üçün hər hansı bir sənəd göstərməyi, anası ilə danışıb onu razı salacağını bildirmişdir. Telli telefon vasitəsi ilə Azərə hamilə olması ilə əlaqədar xx.xx.2024-cü ildə USM-dən keçdiyini, həmin sənədi telefon vasitəsi ilə ona göndərə biləcəyini demiş, Azər uşağın onun olmadığını, gələcəkdə bu barədə test verəcəyini bildirmişdir. Telli bunları ona danışandan sonra xx.xx.2024-cü ildə saat 17:20 radələrində Telli ilə birlikdə Azərin yaşadığı ünvana onun anası Maralla söhbət etməyə getmişdir. Maral onları normal qarşılamış həyətdə söhbət etmişlər. Maral bir ana kimi bu evliliyə narazı olduğunu, “uşaq varsa, Telli hamilədirsə özünüz bilrsiniz, istəsəniz uşağı dünyaya gətirər, istəsəniz gətirməz” demişdir. Həmin vaxt həyətdə onlardan başqa əlavə heç kim olmamışdır. Söhbət edən zaman Azər idarə etdiyi VAZ 2106 markalı avtomobillə gəlmiş, həyət qapısını onun adını bilmədiyi qonşusu qadın açmış, Azərin atası Fərhad avtomobildən düşüb həyətə daxil olmuş, onlara xoş gəldin deyib, 5-6 metr kənarda dayanmışdır. Azər avtomobili əsəbi vəziyyətdə idarə edərək həyətə daxil olmuş, ona tərəf sürmüş kənara çəkilmişdir. Azər avtomobildən düşmüş onun üzərinə gəlmiş, əlləri ilə saçından tutub dartmış, saçını yolmuş, onun, ailə üzvülərinin ünvanına nalayiq söyüşlər söyüb təhqir etmişdir. Həmin vaxt Maral da onun saçını yolmuşdur. Telli ilə birlikdə həyətdən yola çıxmış “102” xidmətinə zəng etmiş, Balakən RPŞ-nin əməkdaşları gəlmiş, onları RPŞ-yə dəvət etmişlər. Həmin vaxt səs-küy yaransa da, evin həyətinə, yanlarına qonşulardan, kənar şəxslərdən heç kimin gəlməmiş, hadisə ümumilikdə 5-6 dəqiqə davam etmişdir. Hazırda Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur.İşin icraatına xitam verilməsini xahiş edir. İşdə olan 17 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətində görünür ki, Balakən rayonu Hənifə kənd sakinləri Zərərçəkmiş şəxs qızının və Talalar kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş telefon məlumatları, Balakən rayon Polis Şöbəsinə qarşılıqlı ərizə ilə müraciətləri əsasında toplanılmış HK-1-239 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs qızının və rayonun Talalar kənd sakini Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə və fiziki ağrı yetirmə) maddəsinin tərkib əlamətləri olduğundan onların qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün Balakən Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan 12 aprel 2024-cü il tarixli 89 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki; - Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: 1.Vət.Zərərçəkmiş şəxs qızında müəyyən edilmiş xəsarətlər - sağ bazunun orta 1/3-nin bayır səthində 01 ədəd, sol bazunun orta 1/3-də üst səthdə 01 ədəd qançırlar- kut əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Zərərçəkmiş şəxs qızının 20 may 2024-cü il tarixli ərizəsində göstərilmişdir ki, Şəxs ilə barışmışdır. Ondan şikayəti yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.9-cu maddələrinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, Zərərçəkmiş şəxs qızının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan işin icraatına zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar