Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-224/2024 05.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, hüquqi ünvanı ünvan 1-AQRO» MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixində rəsmiləşdirdiyi gömrük bəyannaməsi (**********7806) üzrə “odda qurudulan yarpaq tütün (orta damarı çıxarılmayan.doğranmamış)” yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 26250 ABŞ dolları (44625 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 10050 ABŞ dolları ( 17085 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) “TES-AQRO" MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Bununla əlaqədar hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00500-00352/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 bildirdi ki, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-ci il tarixində rəsmiləşdirdiyi **********7806 nömrəli gömrük bəyannaməsi üzrə “odda qurudulan yarpaq tütün (orta damarı çıxarılmayan.doğranmamış)” yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 26250 ABŞ dolları (44625 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 10050 ABŞ dolları (17085 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin "xxxx" MMC- nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Rəsmi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" MMC- nin nümayəndəsi Balakən Gömrük İdarəsinə gəlməmiş və bunun səbəbləri barədə hər hansı sənəd təqdim etməmişdir. İş üzrə qanuni və ədalətli qərarın çıxarılmasını xahiş edir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********7806 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə ixrac olunmuş orta damarı çıxarılmayan doğranmamış tütün yarpığı yükünün müqabilində qaytarılmalı olan 10050 ABŞ dolları (17085 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) məbləğində vəsaitin müvəkkili bank hesabına köçürülməməklə xaricdən qaytarılmaması xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, Balakən gömrük postunun Rəsmiləşdirmə mərkəzinin rəisinin xx.xx.2024-ci il tarixli raportu, xx.xx.2024-cü il tarixli, 00500-00352/24 nömrəli inzibati xəta haqqında protokol və sair işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, həmin sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə xx.xx.2023-cü il tarixdə **********7806 saylı gömrük bəyənnaməsi ilə dəyəri 26250 ABŞ dolları olan “odda qurudulan yarpaq tütün (orta damarı çıxarılmayan.doğranmamış)” yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 10050 ABŞ dolları məbləğində valyuta vəsaiti cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, "xxxx" MMC 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də "xxxx" MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, sözügedən “odda qurudulan yarpaq tütün (orta damarı çıxarılmayan.doğranmamış)” yükü gömrük orqanında bəyan olunmuş və xaricə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-nin göndərdiyi malın dəyərini təşkil edən 10050 ABŞ dolları valyuta məbləği xarici şirkət tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi "xxxx" MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC göndərdiyi malın dəyərini təşkil edən 10050 ABŞ dolları valyuta məbləğinin xarici şirkət tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməməsində "xxxx" MMC-nin təqsirinin olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarına əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC təqsirli bilindiyi İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-10050 ABŞ dolları dəyərinin otuz faizi- 3015 ABŞ dolları (10050 ABŞ dollarının 30 %-i=3015 ABŞ dolları) məbləğində cərimə edilsin: həmin 3015 ABŞ dolları cərimə ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Azərbaycan Respublikasının Dövldət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-224/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-224/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver