Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-224/2025 04.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, 2 azyaşlı uşağı olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Tülü kəndində yaşayaş X1 yaşadığı evin həyətində anası X5 döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 məhkəmə iclasında bildirmişdir ki, Balakən rayonu Tülü kənd sakini X7 xx.xx.2025-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, Şəxs onu yaşadığı evin həyətində döyərək xəsarət yetirdiyini bildirmişdir. Həmin müraciət RPŞ-nin TB-də araşdırılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxs X7 ilə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində qonşuluqdakı evdə Elçinin bir neçə nəfər kənd sakinləri ilə yeyib-içdiyi zaman o, oraya getmiş, Elçinə əsəbiləşərək evə gəlməsini bildirmişdir. Evə qayıtdıqdan təxminən 30 dəqiqə sonra Elçin sərxoş vəziyyətdə evə gəlmiş, ona “sən kimsən ki, mənim arxamca gəlirsən” demiş və həyətdə aralarında mübahisə yaranmışdır. Mübahisə zaman Elçin onun boynundan tutaraq yerə yıxmış, başına bir neçə dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi, həmçinin gələcəkdə baş verə biləcək hər hansı bir hadisənin vaxtında qarşısının alınması məqsədilə Şəxs, X6 və X7 ilə profilaktiki söhbətlərin aparılması üçün Balakən RPŞ-nnin X4 göndərilməsi qərara alınmışdır. Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli 77 saylı ekspert rəyində göstərilmişdir ki, X3 müəyyən edilmiş xəsarətlər - sol dizinin iç səthində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Azərbaycan Respublikası İXM-in: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin hallarını, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmalarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Müdafiəçi Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-224/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-224/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver