Məhkəmə qərarları › İş №3(019)-225/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-225/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-225/2022 24.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 138, məhəllə 1023 olan (VÖEN **********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 11 iyun 2022-cı ıl tarixində Ukrayna Respublikasında qeydiyyatda olan DC "Electrolux LLC şirkətindən Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan ABC- TELECOM” Məhdud Məsuliyyəti Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımçay” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra 'HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərim gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayət sənədi olan ınvoysda göstərilən malların siyahısı ilə monitordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayət sənədlərində göstərilən mallara uyğun olmayan predmetlərın olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də "Mazımçay” gömrük postunun terminalında "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasıtəsındəki yüklərə baxış keçirildi. Baxış zamanı müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan kağız qutularda qablaşdırılmış 3 ədəd üzərində "LİVERANİ ” markalanma yazıları olan maye nasosları aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-1829/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 11 iyun 2022-cı ıl tarixində Ukrayna Respublikasında qeydiyyatda olan DC "Electrolux LLC şirkətindən Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan ABC- TELECOM” Məhdud Məsuliyyəti Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan kağız qutularda qablaşdırılmış 3 ədəd üzərində "LİVERANİ ” markalanma yazıları olan maye nasoslarının aşkar edilməsi iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin rəisinin xx.xx.2022ci il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 16 iyun 2022-ci il tarixli qərardad, barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğusual edilməsi haqqında 14 iyun 2022-ci il tarixli protokol, 16 iyun 2022-ci il tarixli, 05-Ş №-li Ekspertiza Aktı və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Mazımçay Gömrük postunun rəisi X2 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Azər Leysanova yazdığı xx.xx.2022ci il tarixli raportdan görünür ki, 11 iyun 2022-cı ıl tarixində Ukrayna Respublikasında qeydiyyatda olan DC "Electrolux LLC şirkətindən Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan ABC-TELECOM” Məhdud Məsuliyyəti Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımçay” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərim gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayiət sənədi olan ınvoysda göstərilən malların siyahısı ilə monitordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayət sənədlərində göstərilən mallara uyğun olmayan predmetlərın olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də, "Mazımçay” gömrük postunun terminalında "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasıtəsındəki yüklərə baxış keçirildi. Baxış zamanı müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan kağız qutularda qablaşdırılmış 3 ədəd üzərində "LİVERANİ ” markalanma yazıları olan maye nasosları aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli yoxlama və götürmə haqqında haqqında protokoldan görünür ki, 11 iyun 2022-cı ıl tarixində Ukrayna Respublikasında qeydiyyatda olan DC "Electrolux LLC şirkətindən Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan ABC-TELECOM” Məhdud Məsuliyyəti Cəmiyyətinin ünvanına idxal olunan yükü gətirən Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi "DAF” markalı, 99BL383/99ZA132 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan kağız qutularda qablaşdırılmış 3 ədəd üzərində "LİVERANİ ” markalanma yazıları olan maye nasosları aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş 05-Ş nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “LİVERANİ; Code65398021; Made in İtaly” markalanma yazısı olan mayeni dövr etdirmək üçün 3 ədəd nasos 1350 manatdır. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 16 iyun 2022-ci il tarixdə verilmiş 05-Ş nömrəli №-li ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 3 ədəd üzərində "LİVERANİ ” markalanma yazıları olan maye nasosları müsadirə edilsin; iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar