Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-225/2025 19.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 03 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, 00500-00673/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixində rəsmiləşdirdiyi gömrük bəyannaməsi (**********1378) üzrə “orta damarcığı çıxarılmayan gündə qurudulmuş yarpaq tütün” yükünün Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 52043 ABŞ dolları (88474 manat, kurs: 1 dollar = 1,7 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 89 ABŞ dollar (151.3 manat,kurs: 1 dollar= 1.7 AZN) "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Bununla da, “TABAK-2008’’ MMC-nin ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 89 ABŞ dolları (151.3 manat.kurs: 1 dollar = 1.7 AZN) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, “TABAK-2008" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, 00500-00671/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixində rəsmiləşdirdiyi gömrük bəyannaməsi (**********7736) üzrə “orta damarcığı çıxarılmayan odda qurudulmuş yarpaq tütün” yükünün Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 51124 ABŞ dolları (86910 manat, kurs: 1 dollar = 1,7 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 82 ABŞ dolları (139.40 manat,kurs: 1 dollar= 1.7 AZN) "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Bununla da, “TABAK-2008’’ MMC-nin ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 82 ABŞ dollar (139.40 manat, kurs: 1 dollar= 1.7 AZN) valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, “TABAK-2008" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə baxılmasının yeri və müddəti haqqında lazımi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********1378 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 52043 ABŞ dolları yük X2 xx.xx.2024-cü il tarixdə bəyan edilərək rəsmiləşdirilmişdir. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan bildirişdən görünür ki, Şəxs MMC (VÖEN **********) **********1378 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdikləri malların müqabilində 89 USD ekvivalentində olan vəsaitin bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli çıxarış edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixində rəsmiləşdirilən gömrük bəyannaməsi (**********7736) üzrə “orta damarcığı çıxarılmayan odda qurudulmuş yarpaq tütün” yükünün Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 520343 ABŞ dolları (88474 manat, kurs: 1 dollar = 1,7 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 89 ABŞ dolları (151.3 manat,kurs: 1 dollar= 1.7 AZN) vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməməsi faktı ilə bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar hal-hazıradək MMC-nin müvəkkil bank hesabına nə qədər köçürmə edildiyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sisteminə (VAİS) baxış keçirilmiş və sistemdən çıxarış edilmişdir. Çıxarışa əsasən, "xxxx" MMC tərəfindən **********1378 nömrəli bəyannamə üzrə ixrac olunmuş malların müqabilində qaytarılmalı olan 52043 ABŞ dolları vəsaitdən 89 ABŞ dolları vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi məlum olmuşdur. **********7736 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 51124 ABŞ dolları olan yük X2 xx.xx.2024-cü il tarixdə bəyan edilərək rəsmiləşdirilmişdir. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan bildirişdən görünür ki, Şəxs MMC (VÖEN **********) **********7736 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində 82 USD ekvivalentində olan vəsaitin bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli çıxarış edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixində rəsmiləşdirilən gömrük bəyannaməsi (**********7736) üzrə “orta damarcığı çıxarılmayan odda qurudulmuş yarpaq tütün” yükünün Yunanıstan Respublikasına ixrac etdiyi ümumi dəyəri 51124 ABŞ dolları (86910 manat, kurs: 1 dollar = 1,7 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 82 ABŞ dollar (139.40 manat, kurs: 1 dollar = 1.7 AZN) vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməməsi faktı ilə bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar hal-hazıradək MMC-nin müvəkkil bank hesabına nə qədər köçürmə edildiyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sisteminə (VAİS) baxış keçirilmiş və sistemdən çıxarış edilmişdir. Çıxarışa əsasən, "xxxx" MMC tərəfindən **********7736 nömrəli bəyannamə üzrə ixrac olunmuş malların müqabilində qaytarılmalı olan 51124 ABŞ dolları vəsaitdən 82 ABŞ dolları vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi məlum olmuşdur. xx.xx.2025-ci il tarixli X1 verdiyi izahatdan görünür ki, o, "xxxx" MMC-də mühasib kimi çalışır. Bildirmişdir ki, idxalatçı şirkətə ixrac etdikləri malların müqabilində ölkəyə qaytarılmalı olan pul vəsaiti həmin şirkətin müvəkkil bankı vasitəsilə deyil, üçüncü bank vasitəsilə onların müvəkkil banka köçürülür. Bu səbəbdən qalıq olan həmin 89 dollar və 82 dollar vəsait üçüncü bank tərəfindən tutulan müvafiq komissiya haqqıdır. İş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən qərara alınmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"-nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə hüquqi şəxs "xxxx" MMC tərəfindən İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə tərəfindən aşkar edilməmişdir. "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək "xxxx" MMC barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin – 171 ABŞ dollarının 30 (otuz) faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin - 171 ABŞ dollarının 30 (otuz) faizi, yəni 51.30 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-225/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-225/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver