Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-226/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidməti Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndəsi-direktoru Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 və onun müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 iştirakları ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət X7 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən baxılan inzibati xətalar haqqında 02514 saylı protokola əsasən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli 02 saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 məhkəmə iclasında şikayətini müdafiə edərək, göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən onun barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixdə 02 saylı qərar tərtib olunmuşdur. Yaşadığı Balakən şəhəri ərazisində avtomobili ilə hərəkətdə olarkən Zaqatala Dövlət Təbiət qoruğunun əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobilini saxlayaraq, avtomobilində olan ov silahını zorla götürmüşlər. Daha sonra ona silah geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis Şöbəsi tərəfindən ov silahlarının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün xx xxxxxxx 2007-ci il tarixdə 278 saylı şəhadətnamə verilmişdir. Protokol hüquq pozuntuları ilə çıxarıldığından inzibati tənbeh verilməsi haqqında qərar ləğv olunmalıdır. Belə ki, protokola baxış keçirildikdə müəyyən olunur ki, protokol yalnız idarənin əməkdaşları tərəfindən tərtib olunmuşdur, hadisə ilə bağlı nə şahid ifadələrinə, nə də hal şahidlərinin ifadələrinə rast gəlinmir. Ancaq qanunun müddəasına əsasən şəxsi axtarış və əşyaların götürülməsində hal şahidlərinin iştirakı məcburidir. Protokolda qeyd olunur ki, onu ov edərkən qoruq ərazisində saxlamışlar. Ancaq protokolda qeyd olunanlar tamamilə yanlışdır. Qoruq ərazisində saxlanılmağını təsdiq edən heç bir sübut yoxdur. Eyni zamanda vəkil sorğusu ilə əldə olunmuş məlumatlarda qəbzdəki yazı və imza ona məxsus deyildir. Belə bir qəbz onun tərəfindən icra olunmamışdır. xx xxxxxx 2017-ci il tarixli 02514 saylı protokol yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə tərtib olunduğundan ləğv olunmalıdır. Eyni zamanda bildirir ki, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş protokola xx xxxxxx 2017-ci il tarixdə baxılması ilə bağlı onu xəbərdar etmiş, lakin həmin protokol saxta tərtib edildiyinə görə həmin iclasda iştirak etməmişdir. Üç gün sonra Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları onun 1000 (bir min) manat cərimə olunmasını bildirmişlər. Təxminən bir ay sonra Zaqatala Dövlət Təbiət Qoruğunun onun barəsində 1000 manat İnzibati tənbeh tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı iş yeri üzrə Balakən rayon 51 saylı X11 göndərilmişdir. Lakin o, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının hərəkətlərindən müxtəlif orqanlara şikayətlər göndərmiş, buna görə də həmin qərar icra olunmamışdır. 2020-ci ilin fevral ayında icra məmuru Zaqatala Dövlət Təbiət Qoruğunun onun barəsində 1000 manat İnzibati tənbeh tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarını icra edilməsi üçün iş yeri üzrə Balakən rayon 51 saylı X11 təklif göndərmişdir. Bundan sonra o, Balakən rayon İcra və Probasiya Şöbəsinə getmiş, orada ona izah etmişlər ki, onun barəsində icra olunmayan inzibati qərar vardır, əgər narazıdırsa, həmin qərarı məhkəmə qaydasında mübahisələndirsin. Bundan sonra keyfiyyətli hüquqi yardım almaq üçün vəkilə müraciət etmiş, vəkili onun barəsində aparılmış inzibati icraat materiallarının surətini sorğu vasitəsi ilə Zaqatala Dövlət Təbiət Qoruğundan almış, həmin materiallarla tanış olduqdan sonra hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidməti Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndəsi-direktoru Nümayəndə2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidməti Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru işləyir. xx xxxxxx 2017-ci il tarixdə xidməti ərazidə qanunsuz ov etmə, ağac kəsmə və sair halların qarşısının alınması məqsədi ilə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Balakən rayonu Katex kəndinin kənarındakı alma bağının üst tərəfindəki qoruğa məxsus Akasiya meşəsində iki nəfərin əllərində ov silahı ilə ov etmələrini aşkar etmişlər. Onlar həmin qanunsuz ov edən şəxslərin şəxsiyyətlərini müəyyən etmək və onları saxlatmaq istəsələr də, həmin şəxslər əməkdaşların qanuni tələblərinə məhəl qoymayaraq, qaranlıqdan istifadə etməklə ərazidən uzaqlaşaraq, köhnə fermaya tərəf hərəkət etmiş, qoruq əməkdaşları həmin şəxsləri təqib etmiş, onlar özlərində olan silahları və digər ov əşyalarını kolluğa atmışılar. Qoruq əməkdaşları bir qədər gözlədikdən sonra həmin şəxslər atdıqları tüfəng və ov əşyalarını götürüb, fermaya doğru hərəkət etmiş və özlərinə məxsus Oka markalı, ** BD *** dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən uzaqlaşmağa çalışmışlar. Onlar əllərində olan qoşalülə ov tüfənglərini, bellərindəki ov çantalarını və digər ov ləvazimatlarını qoruq əməkdaşlarına təqdim etməkdən imtina etmişlər. Qoruq əməkdaşları bu barədə qoruğun rəhbərliyinə məlumat vermiş, özü və müavini hadisə yerinə gələrək, onların iki ədəd ov silahını götürmüşlər. Həmin vaxt onların Katex kənd sakini X9 və X12 olmalarını müəyyən etmişlər. xx xxxxxx 2017-ci ildə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokol tərtib edilərkən X9 izahat verməkdən və inzibati protokolla tanış olmaqdan imtina etmişdir. xx xxxxxx 2017-ci il tarixdə X5 inzabati xəta haqqında protokola xx xxxxxx 2020-ci il tarxdə baxılması ilə bağlı məktub göndərilmişdir. İlqar Nəbiyev xx xxxxxx 2020-ci il tarixdə inzabati xəta haqqında protokola baxılması ilə bağlı iclasda iştirak etməmiş, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İlqar Nəbiyevin barəsində çıxarılmış xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərar həmin tarixdə onun yaşadığı ünvana göndərilmişdir. X3 götürülmüş qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı özünə məxsus olduğuna görə xx xxxxxx 2017-ci il tarixdə ona qaytarılmışdır.X1 rayon 51 saylı X10 sürücü işlədiyinə görə Zaqatala Dövlət Təbiət Qoruğunun onun barəsində 1000 manat İnzibati tənbeh tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı iş yeri üzrə Balakən rayon 51 saylı X11 göndərilmişdir. Lakin o, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının hərəkətlərindən müxtəlif orqanlara şikayətlər göndərmiş, buna görə də həmin qərar icra olunmamışdır. xx xxx 2017-ci ildə xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərar məcburi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin qeyrimüəyyən səbəblərə görə qərarın icrası təmin edilməmişdir. Bundan sonra bir neçə dəfə sözügedən qərarın icra vəziyyəti ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişlər. Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarı xx xxxxxx 2019-cu ildə Zaqatala Dövlət Təbiət Qoruğuna daxil olmuşdur. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Hikmət Darçınovun xx xxxxxx 2020-ci il tarixli 175078/2019-46-4 saylı təklifinə əsasən X4 hər ay əmək haqqından icra sənədi üzrə 1000 manat pul ödənilədək 50% tutularaq tələbkara ödənilməsi və bu barədə Balakən rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi Balakən rayon 51 saylı X11 həvalə edilmişdir. Bundan sonra İlqar Nəbiyev vəkili vasitəsi ilə onun barəsində aparılmış inzibati icraat materiallarının surətini sorğu vasitəsi ilə Zaqatala Dövlət Təbiət Qoruğundan almış, həmin materiallarla tanış olduqdan sonra hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. X4 Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarından şikayət vermək üçün müddəti ötürmüşdür. Qeyd edilənləri və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsini nəzərə alaraq, şikayətin təmin olunmamasını xahiş etdi. İşdə olan xx xxxxxx 2017-ci il tarixli 02514 nömrəli protokolun surətindən görünür ki, xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini pozaraq qoruq ərazisində özünə məxsus müvafiq qeydiyyatı olan qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanıldığına görə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 242-ci və 272.3-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru Nümayəndə2 xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini pozaraq qoruq ərazisində özünə məxsus müvafiq qeydiyyatı olan qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanıldığına görə X9 Azərbaycan Respublikası İXM-nin 242-ci və 272.3-cü maddələrilə inzibati xəta törətdiyinə görə 1000 (bir min) manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətini X5 göndərmişdir. İşdə olan qəbzin surətindən görünür ki, X3 götürülmüş qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı özünə məxsus olduğuna görə xx xxxxxx 2017-ci il tarixdə ona qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 42 nömrəli məktubundan görünür ki, Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli inzibati tənbeh vermə haqqında qərarı X4 iş yeri üzrə Balakən rayon 51 saylı X11 göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə borclu X3 1000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Hikmət Darçınovun xx xxxxxx 2020-ci il tarixli 175078/2019-46-4 saylı təklifinin surətindən görünür ki, X4 hər ay əmək haqqından icra sənədi üzrə 1000 manat pul ödənilədək 50% tutularaq tələbkara ödənilməsi və bu barədə Balakən rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi Balakən rayon 51 saylı X11 həvalə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini, barəsində şikayət olunan təşkilatın nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini pozaraq qoruq ərazisində özünə məxsus müvafiq qeydiyyatı olan qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanıldığına görə xx xxxxxx 2017-ci ildə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmiş və bununla da inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx xxxxxx 2017-ci il tarixdə X5 inzabati xəta haqqında protokola xx xxxxxx 2020-ci il tarxdə baxılması ilə bağlı məktub göndərilmişdir. İlqar Nəbiyev xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokola baxılması ilə bağlı iclasda iştirak etməmiş, inzibati tənbeh vermə haqqında sözügedən qərarla X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İlqar Nəbiyevin barəsində çıxarılmış xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərar həmin tarixdə onun yaşadığı ünvana göndərilmiş, X3 götürülmüş qoşalülə xx xxxxxxxx 65216 nömrəli ov silahı özünə məxsus olduğuna görə xx xxxxxx 2017-ci il tarixdə ona qaytarılmışdır.X1 rayon 51 saylı X10 sürücü işlədiyinə görə Zaqatala Dövlət Təbiət Qoruğunun onun barəsində 1000 manat İnzibati tənbeh tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı iş yeri üzrə Balakən rayon 51 saylı X11 göndərilmişdir. Lakin o, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının hərəkətlərindən müxtəlif orqanlara şikayətlər göndərmiş, buna görə də həmin qərar icra olunmamışdır. xx xxx 2017-ci il tarixdə xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərar məcburi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Hikmət Darçınovun xx xxxxxx 2020-ci il tarixli 175078/2019-46-4 saylı təklifinə əsasən X4 hər ay əmək haqqından icra sənədi üzrə 1000 manat pulun 50%-nin tutularaq tələbkara ödənilməsi və bu barədə Balakən rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi Balakən rayon 51 saylı X11 həvalə edilmişdir. Bundan sonra İlqar Nəbiyev vəkili vasitəsi ilə onun barəsində aparılmış inzibati iş üzrə icraat materiallarının surətini sorğu vasitəsilə Zaqatala Dövlət Təbiət Qoruğundan almış, həmin materiallarla tanış olduqdan sonra hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarının surəti X5 təqdim edilmiş, lakin o, qanunla müəyyən edilmiş müddətdə sözügedən qərardan şikayət verməmişdir. BeləlikləNəbiyev X6 Dövlət Təbiət Qoruğunun xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarından şikayət vermək üçün müddəti ötürmüş və həmin müddətin bərpası üçün məhkəməyə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındlan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. İş materiallarılı ilə, o cümlədən X4özünün məhkəməyə verdiyi izahatı, eyni zamanda barəsində şikayət olunan orqanın nümayəndəsinin verdiyi izahat əsasında təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət X7 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, 02 saylı qərarı həmin qərarın qəbul edildiyi gündən 3 gün sonra-xx xxxxxx 2017-ci ildə X5 təqdim edilmişdir. X9 həmin qərarı mübahisələndirməmiş, əksinə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları barəsində müxtəlif təşkilatlara şikayətlər etmişdir. Bununla da X9 qanunla müəyyən edilmiş müddətdə inzibati xəta haqqında qərardan şikayət vermə müddətini ötürmüş, həmçinin həmin müddətin bərpa edilməsi üçün vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 ona istinad olunan İnzibati Xətalar Məcəlləsinin göstərilən maddəsilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, həmin şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət X7 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, X4 verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət X7 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 02 saylı qərarı dəyişdirilmədən saxlanılsın; X4 şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-226/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-226/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver