Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-228/2020 27.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası, Artvin vilayəti, Hopa şəhəri, Yıldıran apartmanı, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Türkiyə Respublikasının vətəndaşı Yıİdıran Orhan Kazım oğlu xx.xx.2020-ci il tarixdəidarə etdiyi “Mersedes Benz” markalı, 08K7120/08K7121 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında əşyaların arxasında gömrük orqanına bəyan edilməmiş 4 qutu-hər qutuda 2 konvalyut olmaqla üzərində «CRESTOR® rosuvastatin; 10 mg; 28 Tablet», 2 qutu-hər qutuda 10 konvalyut olmaqla üzərində «DİAFORMİN®»; metrformin HCİ 1000mg; 100 Tablet»; 3 qutu hər qutuda 4 konvalyut olmaqla üzərində «MİCARDİS PLUS® 80/12,5 mg»28 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «NEM® ARTRO 18,36g; 30 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «CORASPİN®; 100mg; 30 Tablet; 3 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «SİNORETİK®; Fort;20/25 mg;30 Tablet, markalanma yazıları qeyd edilmiş dərman preparatları aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 11000-1068/20 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan QƏBGİ «Mazımçay» gömruk postunun rəisi vəzifəsini müvəqqəti icra edən x1 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə yazdığı xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes Benz” markalı, 08K7120/08K7121 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında əşyaların arxasında gömrük orqanına bəyan edilməmiş 4 qutu-hər qutuda 2 konvalyut olmaqla üzərində «CRESTOR® rosuvastatin;10 mg; 28 Tablet», 2 qutu-hər qutuda 10 konvalyut olmaqla üzərində «DİAFORMİN®»; metrformin HCİ 1000mg; 100 Tablet»; 3 qutu hər qutuda 4 konvalyut olmaqla üzərində «MİCARDİS PLUS® 80/12,5 mg»28 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «NEM®ARTRO 18,36g; 30 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «CORASPİN®; 100mg; 30 Tablet; 3 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «SİNORETİK®; Fort;20/25 mg;30 Tablet, markalanma yazısı olan dərman preparatları aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes Benz” markalı 08K7120/08K7121 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən yük nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında əşyaların arxasıneda gömrük orqanına bəyan edilməmimş 4 qutu-hər qutuda 2 konvalyut olmaqla üzərində «CRESTOR® rosuvastatin;10 mg; 28 Tablet», 2 qutu-hər qutuda 10 konvalyut olmaqla üzərində «DİAFORMİN®»; metrformin HCİ 1000mg; 100 Tablet»; 3 qutu hər qutuda 4 konvalyut olmaqla üzərində «MİCARDİS PLUS® 80/12,5 mg»28 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «NEM®ARTRO 18,36g; 30 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «CORASPİN®; 100mg; 30 Tablet; 3 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «SİNORETİK®; Fort;20/25 mg;30 Tablet, markalanma yazıları qeyd edilmiş dərman preparatları aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 06 nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim edilmiş dərman preparatları olan - 4 qutu «CRESTOR®» 72 manat, 2 qutu «DİAFORMİN®» 26 manat, 2 qutu «MİCARDİS PLUS®» 57 manat, 2 qutu «NEM®ARTRO» 50 manat, 2 «CORASPİN®» 13,20 manat, 3 qutu «SİNORETİK®” 64 manat-cəmi 283,00 manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsində göstərilmişdir ki, bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun əməli İXM-nin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxsbarəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Qərb ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda saxlanılan 4 qutu-hər qutuda 2 konvalyut olmaqla üzərində «CRESTOR® rosuvastatin; 10 mg; 28 Tablet», 2 qutu-hər qutuda 10 konvalyut olmaqla üzərində «DİAFORMİN®»; metrformin HCİ 1000mg; 100 Tablet»; 3 qutu hər qutuda 4 konvalyut olmaqla üzərində «MİCARDİS PLUS® 80/12,5 mg»28 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «NEM®ARTRO 18,36g; 30 Tablet; 2 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «CORASPİN®; 100mg; 30 Tablet; 3 qutu-hər qutuda 3 konvalyut olmaqla üzərində «SİNORETİK®; Fort;20/25 mg;30 Tablet, markalanma yazısı olan dərman preparatları müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-228/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-228/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver