Məhkəmə qərarları › İş №3(019)-229/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-229/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-229/2020 21.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı x3, tərcüməçi x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, 30.09.1979-cu ildə Gürcüstanın Laqodexi rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Gürcüstanın Laqodexi rayonunun Tsereteli küçəsi, ev 1 ünvanında yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 25.02.2020-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş İdarəsinin «Mazımçay» gömrük postunda idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF» dövlət nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən üzərinə keçirilmiş baxış zamanı onun gödəkçəsinin içəri sol cibində olan qara rəngli portmanenin içərisində 1 bükümdə 0,72 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bu barədə Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahərəisi, polis baş leytenantı x5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16.07.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Khutsisvili Zaza Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Gürcüstanın Laqodexi rayonunda anadan olmuşdur və Laqodexi rayonunun Tsereteli küçəsi, ev 1 ünvanında yaşayır. Heç yerdə işləmir. 2018-ci ildə «Mersedes Benz» markalı, FE899EF qeydiyyat nişanlı minik avtomobili almışdır. Azərbaycanda yanacaq Gürcüstandan nisbətən ucuz olduğundan, ayda üç dəfə idarə etdiyi «Mersedes-Benz» markalı, FNE899EF qeydiyyat nişanlı avtomobili ilə Balakən rayonuna gəlib, yanacaq doldurub, geri qayıdır. 25 fevral 2020-ci il tarixdə yanacaq doldurmaq məqsədilə idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonuna gəlmək üçün yola çıxmış, həmin gün saat 11-23 radələrində «Mazımçay gömrük postuna çatmışdır. Posta daxil olmuş, maşını minik avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamışdır. Bir nəfər gömrük əməkdaşı ona yaxınlaşıb gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olub-olmadığını soruşmuş, o, cavabında hər hansı bir predmetin olmadığını, yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra iki nəfər gömrük əməkdaşı avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı avtomobilində qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra gömrükcü onun üzərində şəxsi yoxlama keçirəcəyini deyərək, otağa dəvət etmişdir. Yoxlama başlamazdan əvvəl ona üzərində gömrük nəzarətinə təqdim edilməli malların təqdim olunması təklif edilmişdir. O da cibindəki mobil telefonu, gödəkçəsinin sol cibində olan bir ədəd portmaneni və siqaret qutularını çıxarıb, stolun üzərinə qoymuşdur. Portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülünün aşkar edildiyi və kağız bükülünü açıb baxarkən içərisində marixuana olduğu ona bildirilmişdir. O, həmin portmane cibində bundan əvvəl dəfələrlə Gürcüstan-Azərbaycan sərhədini «Mazımçay» gömrük postunda keçmiş, həmin portmanedə narkotik vasitə aşkar olunmamışdır. Bu dəfə portmanedə narkotik vasitənin aşkar olunması onu təəccübləndirmişdir. Belə ki, onun portmanesində hər hansı narkotik vasitə olmamışdır və orada aşkar olunması göstərilən narkotik vasitə-qurudulmuş marixuananın oradan necə çıxması ona məlum deyildir. Həmin qurudulmuş marixuana ona məxsus olmamışdır. Həmin hadisə 2020-ci il fevral ayının 25-də baş vermişdir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, 25 fevral 2020-ci il tarixdə, xidmətdə olduğu zaman giriş minik nəqliyyat vasitələrinə baxış keçirilməsi ona həvalə olunmuşdur. Xidmətdə olduğu vaxt 25 fevral 2020-ci il tarixdə, saat 11:23 radələrində Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olan “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, Gürcüstan vətəndaşı Khutsisvili Zaza ilə üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə şifahi sorğu-sual aparılmış, Khutsisvili Zaza üzərində və avtomobildə qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra maşına instruktor-kinoloq Şahid2 ilə birlikdə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra Gürcüstan vətəndaşı Khutsisvili Zaza üzərində şəxsi yoxlama aparılması məqsədi ilə şəxsi yoxlama otağına dəvət olunmuş və onlar hər iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama başlamazdan əvvəl Khutsisvili Zaza ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və o isə üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üzərinə qoymuşdur. Portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Onlar aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinın “Mazımçay” gömrük postunda instruktorkinoloq vəzifəsində işləyir. Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün 20.02.2020-ci il tarixdə, saat 11:23 radələrində Gürcüstan vətandaşı Khutsisvili Zaza idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olaraq, nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olubolmaması barədə sorğu-sual aparmışdır. Khutsisvili Zaza isə üzərində və avtomobilində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra “Mazımçay” gömrük postunun müfəttişi Şahid1 ilə birlikdə Khutsisvili Zazanın idarə etdiyi “Mercedes- Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük baxışı keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra o, Gürcüstan vətəndaşı Khutsisvili Zazanı üzərində şəxsi yoxlama aparılması məqsədilə şəxsi yoxlama otağına dəvət edərək, iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama başlamazdan əvvəl Khutsisvili Zaza ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğusual aparılmış və Khutsisvili Zaza üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üzərinə qoymuşdur. Portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izhatında göstərmişdir ki, 25 fevral 2020-ci il tarixdə, saat 11:45 radələrində gömrük postunun qarşısında dayanarkən, bir nəfər gömrük işçisi ona və burada fəhləlik edən Fizuli adlı bir nəfərə yaxınlaşıb, “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da razılaşaraq, birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı ona və Fizuli Hudulova hal şahidi kimi hüquqlarını və vəzifələrini izah etmişdir. Burada adı və soyadı sonradan məlum olan Gürcüstan vətəndaşı Khutsisvili Zazanın idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və maşından qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra Gürcüstan vətəndaşı Khutsisvili Zaza üzərində şəxsi yoxlama aparılması məqsədilə şəxsi yoxlama otağına dəvət olunmuş və onların iştirakı ilə onun üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama başlamazdan əvvəl Khutsisvili Zaza ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və o, üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üzərinə qoymuşdur. Portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilərək, bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş x4 da ifadəsində Şahid3 hazırki iş üzrə verdiyi izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda tərtib edilmiş 25.02.2020-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Şəxs üzərinə keçirilmiş baxış zamanı gödəkçəsinin içəri sol cibində olan bir ədəd qara rəngli portmanenin içərisindən bir ədəd kağız bükülüdə olmaqla kəskin iyli, marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd bükülü “Qosmetr BTE-3000” markalı tərəzidə çəkilmiş və çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 fevral 2020-ci il tarixli, 134 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi” sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisindəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükümündə, təmiz çəkisi 0,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,72 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 0,70 qram. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 03.04.2020-ci il tarixli, 870 №-li rəyindən görünür ki, Khutsisvili Zazada çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 16 may 2020-ci il tarixli qərarından görünür ki, Khutsisvili Zazaya 26 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış; Khutsisvili Zazanın əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Khutsisvili Zazanın əməllərində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu üçün cinayət işinin materiallarından onun barəsində inzibati icraat qaydasında material ayrılaraq baxılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmiş, 25 fevral 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda Khutsisvili Zazanın üzərində keçirilmiş baxış zamanı gödəkçəsinin içəri sol cibində olan bir ədəd qara rəngli portmanenin içərisindən aşkar edilərək götürülmüş, ilkin tədqiqat zamanı çəkisi 0,72 qram olmuş, aparılmış tədqiqatlardan sonra qalığı 0,70 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi 29 fevral 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş idarəsinin maddi sübutların saxlanc otağına saxlanmaq üçün təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, Khutsisvili Zaza 25 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 13.05.2020-ci il tarixli qərarı ilə Khutsisvili Zazanın həbsdə saxlanılma müddəti 25 iyul 2020-ci il tarixədək uzadılmış, Balakən Rayon Məhkəməsinin 01.07.2020ci il tarixli qərarı ilə Khutsisvili Zazanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmiş və Khutsisvili Zaza məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 77.1, 77.2 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 78.1 və 78.2-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.1, 79.2 və 79.3-cü maddələrinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir; zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir; mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 80.1, 80.2 və 80.3-cü maddələrinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir; sənədlər yazılı və ya igər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur; icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdəki sübutlarla, o cümlədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin müstəntiqinin 16 may 2020-ci il tarixli qərarı və Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinin 16 iyul 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolu ilə Khutsısvılı Zazanın 25.02.2020-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş İdarəsinin «Mazımçay» gömrük postunda idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF» dövlət nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən üzərinə keçirilmiş baxış zamanı onun gödəkçəsinin içəri sol cibində olan qara rəngli portmanenin içərisində 1 bükümdə 0,72 qram narkotik vasitə qurudulmuş marixuananın aşkarlaniması ilə gömrük nəzarətindən gizli keçirməklə əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olduğu müəyyən edilmiş və həmin əmələ görə Khutsisvili Zaza barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə hazırki iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Khutsısvılı Zazanın 25.02.2020-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş İdarəsinin «Mazımçay» gömrük postunda idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF» dövlət nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən üzərinə keçirilmiş baxış zamanı gödəkçəsinin içəri sol cibində olan qara rəngli portmanenin içərisirndə 1 bükümdə 0,72 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanmaqla gömrük nəzarətindən gizli keçirməsi, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olması tam qaydada sübut olunur. Lakin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Khutsisvili Zaza tərəfindən Azəröbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan sözügedən inzibati xəta 25 fevral 2020-ci il tarixdə törədilmiş, lakin onun haqqında İXM-nin 206-cı maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraat 16 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə həmin 16 iyul 2020-ci il tarixdə, yəni göstərilən xətanın törədilməsindən 3 ay keçdikdən sonra (4 ay 21 gün sonra) başlanmışdır. Bununla da inzibati xətanın törədildiyi gündən İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş (İXM-nin 38.1-ci maddəsi) 3 aylıq müddət ötürülmüşdür. Bu da şəxs haqqında inzibati ixəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Khutsisvili Zazanın Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, Khutsisvili Zazanın barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, Azərbaycan Respublikası İXM-nin 206cı maddəsilə inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Khutsisvili Zazanın hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Khutsisvili Zazaya göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x6 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət x2 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53,105, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati məsuliyyətə cəlb olunma müddətinin keçməsi əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Khutsisvili Zaza Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x6 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SWİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət x2 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SWİFT kod: Müxbir hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar