Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-229/2024 10.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23 may 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 (007)- 1750/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bu günə olan 2150 manat alimenti tələbkara ödəməkdən imtina edir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Zərərçəkmiş şəxs yanında saxlanılmış, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinə əsasən indiyə qədər xx.xx.2024-cü il tarixli qəbzlə 250 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 600 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 250 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 150 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 150 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 200 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 100 manat, xx.xx.2024-cü il tarili qəbzlə 200 manat olmaqla cəmi 3250 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmiş, xx.xx.2024-cü il tarixli qəbzlə isə 2150 manat qalıq aliment borcundan 500 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Şəxs cəmi aliment borcu hazırda 1650 manat təşkil edir və o, həmin aliment borcunu tezliklə hissə-hissə ödəyəcəyini bildirmişdir. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Alimenti ödəməkdən heç vaxt imtina etməmiş və aliment borcunu ödəməyə çalışmışdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsi üzrə cəmi 3250 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmiş, xx.xx.2024-cü il tarixli qəbzlə isə 2150 manat qalıq aliment borcundan 500 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Onun aliment borcu hazırda 1650 manat təşkil edir və o, həmin aliment borcunu tezliklə hissə-hissə ödəyəcəkdir. Yaranmış borcu tam ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç yerdə işləmir, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur. Pensiya və hər hansı sosial müavinət almır. Tələb yönəldilə biləcək heç bir əmlakı yoxdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Zərərçəkmiş şəxs yanında saxlanılmışdır, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs evinə baxış keçirilmiş, baxış zamanı evdə və həyətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyulmuş əmlak və ya əşya aşkar olunmamışdır. İş materiallarından görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinə əsasən indiyə qədər xx.xx.2024-cü il tarixli qəbzlə 250 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 600 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 450 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 250 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 150 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 150 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 200 manat, xx.xx.2024-cü il tarixli qəbzlə 100 manat, xx.xx.2024-cü il tarili qəbzlə 200 manat olmaqla cəmi 3250 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu Şəxs tərəfindən 500 manat tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 1750/2023 nömrəli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələlərini yeinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, həmin icra sənədi üzrə müxtəlif vaxtlarda 3250 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Həmçinin Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra vərəqəsinin icrası ilə bağlı qalıq 2150 manat aliment borcundan 500 manatı tələbkara ödəmiş, qalan aliment borcunu da yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəxs müxtəlif vaxtlarda 3250 manatı tələbkara ödəməsi, həmçinin xx.xx.2024-cü il tarixli qəbzlə daha 500 manat aliment borcunu tələbkara ödəməsi onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1750/2023 nömrəli icra sənədinin icra edilməsinə yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. İcra işi materiallarından da görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, işləməsi, əmək haqqı, pensiya və ya digər sosial müavinət alması və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Şəxs məhkəmədə verdiyi izahatından görünür ki, onun sözügedən icra sənədi üzrə qalan borcu tam ödəməyə maddi imkanı yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur, pensiya və hər hansı sosial müavinət almır. İşdə bu halları təkzib edəcək, yəni Şəxs icra sənədinin birdəfəlik tam icrası ilə bağlı lazımi maddi vəsaitə və əmlaka malik olması, lakin məhkəmənin icra sənədini üzrsüz səbəbdən tam icra etməməsi barədə heç bir mötəbər sübut yoxdur. Belə olan halda Şəxs məhkəmənin sözügedən icra sənədini tam icra etməməsinin səbəbləri ilə bağlı bildirdiyi və icra işinin materialları ilə təsdiq olunan həmin hallar; yəni onun icra sənədinin tam icrasıyla bağlı lazımi pul vəsaitinə və tələb yönəldilə biləcək əmlaka malik olmaması əsasları üzrlü səbəb kimi qiymətləndirilməli və qəbul olunmalıdır. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin işləməməsi, tələb yönəldilə biləcək daşınmaz və daşınar əmalakının, banklarda əmanətlərinin və aylıq gəlirinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən tam icra etməməsini, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 4 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 24 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 24 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-229/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-229/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver