Məhkəmə qərarları › İş №3(019)-230/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-230/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-230/2020 21.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, 04.11.1980-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Qullar kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddələrilə icraatı başlanmış inzibati xətalar haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 11.05.2020-ci il tarixdə, saat 18 radələrində Balakən rayonu Gərəkli kəndində keçmiş qaynanası Zərərçəkmiş şəxs1 sağ qoluna vuraraq, ona qəsdən sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, həmçinin 13.06.2020-ci il tarixdə, saat 19 radələrində keçimiş arvadı Zərərçəkmiş şəxs2 evində Zərərçəkmiş şəxs2 döyərək, ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 20 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* №-li və 20 iyul 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin 20 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* №-li və 20 iyul 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar üzrə işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 11.05.2020-ci il tarixdə, saat 18 radələrində uşaqlarını görmək üçün Balakən rayonu Gərəkli kəndində yaşayan qaynanasının evinə gəlmişdir. Qaynanası Səlbinas onu qızı Aylinlə görüşməyə qoymamışdır. Ona görə də aralarında mübahşisə baş vermişdir. Mübahisə zamanı o, qaynanası Səlbinasın qolundan vurmuşdur. Həmçinin 13.06.2020-ci il tarixdə, saat 19 radələrində keçimiş arvadı Zərərçəkmiş şəxs2 evində Zərərçəkmiş şəxs2 bir neçə dəfə boğazından və bədəninin digər yerlərindən vuraraq, ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Buna səbəb Elnarənin uşaqlara baxmaması və ona qarşı laqeyd münasibəti olmuşdur. Bundan əvvəl də Zərərçəkmiş şəxs2 döydüyünə görə İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 11 may 2020-ci il tarixdə, saat 18 radələrində qızının əri Şəxs onun yaşadığı evin qabağına gəlmişdir. O, nəvəsi Aylin Taralova ilə qohumlarıgildən gələn zaman Şəxs yolda görmüşdür. Aydın onu görən kimi onu və qızı Elnarəni təhqir etməyə başlamış, sonra isə üstünə hücum çəkərək, onun qolundan yumruqla vurmağa başlamışdır. Sonra Aydın qızını, yəni nəvəsi Aylinə özü ilə getməsini bildirmiş, Aylin isə onunla getmək istəməmişdir. O, Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərimşdir ki, 11 may 2020-ci il tarixdə, saat 18 radələrində keçmiş əri Şəxs yaşadıqları evin qabağına gəlmiş, bu zaman anası Səlminas qızı Aylin Taralova ilə qohumlarıgildən qayıtmışlar. Aydın anasını və onu təhqir etməyə başlamış, sonra isə anası Səlminasın üstünə hücum çəkərək, onun qolundan yumruqla vurmağa başlamışdır. 13.06.2020-ci il tarixdə, saat 19 radələrində keçimiş əri Şəxs onun yaşadığı evə gəlmiş və ona boğmağa başlamış, sonra isə bir neçə dəfə boğazından və bədəninin digər yerlərindən vuraraq, ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Buna səbəb Aydının onun uşaqlara baxmaması və ona qarşı laqeyd münasibəti barədə narazılığı olmuşdur. O da həmin vaxt Aydına xəsarət yetirmişdir. Şəxs ona göz verib, işıq vermir. Şəxs bundan əvvəl onu döydüyünə görə İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. O, Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanılmış HK-1- 259 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 14.05.2020-ci il tarixli, 110 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər-sağ saidində qançır, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11.05.2020-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 15.06.2020-ci il tarixli, 145 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-sol boyunun orta 1/3-nin ön yan səthində, sağ çənəaltında, döş qəfəsinin sağ 3-4-cu qabırğa səviyyəsində, sol bazunun orta 1/3-nin bayır səthində, sol saidində qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13.06.2020-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 14.05.2020-ci il tarixli, 3 (019)- 163/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4. 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni xətanı təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirilən halların olmamasını və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni xətanı təkrar törətməsi kimi məsuliyyəti ağırlaşdırılan halı nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinin tələbləri qaydasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Bu inzibati həbsin başlanğıcı hazırki qərarın elan olunduğu 21 iyul 2020-ci il tarixdən, saat 10.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxsgöstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x2 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x1 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SWİFT kod: Müxbir hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinin tələbləri qaydasında 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin; həmin inzibati həbs müddətinin əvvəli 21 iyul 2020-ci il tarixdən saat 10.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil x2 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x1 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SWİFT kod: Müxbir hesabına 12 manat köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar