Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-230/2025 11.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Azəriqaz" İB-də çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Balakən şəhəri M.Hüseynzadə küçəsində ictimai qaydanı pozan zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X13, xx.xx.2025-ci il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini, inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə içki qəbul etmiş qonşuları zəng edərək avtomaşın ilə onları evə aparmalarını xahiş etmişlər. O da idarə etdiyi avtomaşınla qonşularını evə gətirib geri siqaret almaq üçün rayona mərkəzinə gəlmişdir. Saat 00:30 radələrində Balakən şəhəri, S.Vurğun küçəsində yol ayrıcını gözləmədən avtomobili idarə etdiyi üçün Balakən RPŞ-nin DYPB-nin əməkdaşları onu saxla işarəsi verib saxladılar. Bildirmişlər ki, sərxoşluqla bağlı testdən keçmək lazımdır. O da dostlarını çağırmışdır. Alkotesterə inanmadığı üçün imtina etmişdir, polis əməkdaşı ona maşının sağ oturacağına keçməsini bildirmiş, lakin o keçməmiş, tibbi müayinəyə keçmək istədiyini bildirmiş, bir müddət etiraz etdikdən sonra xəstəxanaya getmişlər. Xəstəxanada yoxlanılan zaman bir neçə dəfə alkotesterə üfürdükdən sonra 1.17 promilli sərxoşluğunun olması məlum olmuşdur. Bir neçə gün əvvəl içki qəbul etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Mansur Yekəyev BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmət aparan zaman Opel Comba markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol ayrıcını gözləmədən avtomobili idarə etdiyi üçün tərəflərindən saxlanıldı. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və törətdiyi inzibati xətanı ona izah etmişlər. Bu zaman sürücü avtomobildən yerə düşərək “məni tanımadınız, qayda pozmamışam” ifadələr işlətməyə başladı. Şəxsdən spirtli içki qoxusu gəldiyi üçün onu Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmaq istəsələr də, o, buna etiraz etmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, “sür, get” deyərək qanuni tələblərə qəsdən tabe olmamışdır. Buna görə də onlar köməyə PPXBnin əməkdaşlarını çağırmış və şəxsi xəstəxanaya aparmışlar. Müayinə zamanı şəxsdə sərxoşluq olması faktı müəyyən olunmuşdur. Daha sonra sürücünü xidməti avtomobilə mindirib özlərilə birlikdə Balakən RPŞ-yə gəlmişlər. RPŞ-də həmin şəxsin Balakən rayonu Qazma kənd sakini Şəxs olduğu və onun spirtli içkinin təsiri altında olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Hikmət Qabil oğlunun izahatına oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışları ilə birlikdə spirtli içki qəbul etmişlər, evə getmək istədikləri üçün ayıq sürücü kimi qonşuları Şəxs çağırmışlar. Saat 23:30-da Nurlan onları olduqları yerdən götürmüş, evə aparıb qayıdarkən özünə siqaret almaq üçün getmiş, yolda onu polis əməkdaşları saxlamışlar. Nurlan onlara zəng vurmuş, onlar Nurlanın yanın gəlmişlər. Polis əməkdaşları Nurlana içkili olduğunu bildirmişlər, Nurlan xəstəxanaya getmək istədiyini bildirmişdir. Birlikdə xəstəxanaya getmişlər, alkotester cəhdlərində 7-8-ci yoxlanışdan sonra dərəcəsi 0.1-0.2-dən 1.7 promilə kimi artmışdır. Tabesizlik maşın saxlanılan yerdə olmamışdır. Nurlanla polis əməkdaşları arasında hər hansı bir mübahisə olmamışdır, o, özü polis əməkdaşlarına etirazını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X16 da X10 izahatına oxşar izahat vermişdir. İş materiallarında olan 01 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, polis əməkdaşının Şəxs sərxoşluq vəziyyətinin yoxlanılması tələbinə o, bir neçə dəfə “yoxlasın, apar get maşını” kimi ifadələrlə cavab vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X14 adlı uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək - üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İşin hallarını, tərəflərin, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs özünü təqsirli bilməməsi, polis əməkdaşlarının tələbinə tabe olmasını bildirməsi özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində üç azyaşlı uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-230/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-230/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver