Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-231/2020 21.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs Təlhət oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, 07.08.1992-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, natamam orta təhsilli, subay, Balakən rayonu Kərpic zavodunda işləyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 13.06.2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonunun Gərəkli kəndində Zərərçəkmiş şəxs Təlhət oğlunun sifət nahiyyəsinə cırmaqlayaraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 20 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində iki azyaşlı uşaqları ilə birlikdə anası x1 ilə birlikdə yaşayır. 2010cu ildə Balakən rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs Təlhət oğlu ilə ailə həyatı qurmuş və həmin evlilikdən onların iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs boşanmışdır. 13.06.2020-ci il tarixdə, saat 19 radələrində o, evdə olan zaman Aydın onlara gəlmiş, onu çölə çağırıb telefon nömrəsini dəyişdirib, onunla yenidən barışıb bir ailə kimi olmalarını istəmişdir. O, Aydına rədd cavabı vermiş, Aydın səs-küy salmış və bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Aydın onu nalayiq sözlərlə söyüb təhqir etimişdir. Həmin vaxt o, 102 xidmətinə zəng vurub Aydının onu təhqir etidiyini bildirmişdir. Bundan sonra Aydın bir az da qızışıb onun boğazından tutmuş, onu boğmuş sifətinə və əlinə bir neçə sillə vurmuşdur. O da Aydının sifətini cırmaqlamışdır. Himayəsində iki azyaşlı uşaq vardır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təlhət oğlu izahatında göstərdi ki, o, 2010-cu ildə Balakən rayonunun Gərəkli kənd sakini x2 ilə evlənmişdir və həmin evlilikdən onların iki övldı vardır. Elnarə ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. 13 iyun 2020-ci il tarixdə, saat 19 radələrində o, Elnarəyə zəng edərək, Elnarəyə barışmalarını və uşaqları birlikdə baxmalarını təklif etmiş, lakin Elnarə ona kobud cavab verərək telefonu söndürmüşdür. Buna görə o, Elnarəgilə getmiş və nəyə görə belə hərəkət etdiyini soruşduqda aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Elnarə onun üzünü cırmaqlayıb onun üstünə hücum edən zaman o, Elnarənin boğazından tutub kənara itələmişdir. O, Elnarəni döyməmişdir. Bundan sonra Elnarə 102 xidmətinə zəng etmişdir. Buna görə də o, polis şöbəsinə gələrək Elnarə barəsində şikayət etmişdir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16.06.2020-ci il tarixli qərarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs Təlhət oğlunun qarşılıqlı şikayətləri əsasında toplanılmış HK-1-364 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Şəxs və Zərərçəkmiş şəxs Təlhət oğluna göndərilmiş, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs Təlhət oğlunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 15.06.2020-ci il tarixli, 146 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Təlhət oğlunda müəyyən edilmiş xəsarətlır- sol göz altında, sağ boyunda, sol aşağı sifətində, sol bazunun ön orta səthində sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13.06.2020-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən Rayon Qeyiyyat Şöbəsi tərəfindən 18 avqust 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 717760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x4 12 oktyabr 2010-cu ildə anadan olmuş, atası Zərərçəkmiş şəxs Təlhət oğlu, anası x2 yazılmışdır. İşdə olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 iyun 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 894846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 16 mart 2012-ci ildə anadan olmuş, atası Zərərçəkmiş şəxs Təlhət oğlu, anası x2 yazılmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağın olması və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-231/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-231/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver