Məhkəmə qərarları › İş №3(019)-231/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-231/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-231/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası, Artvin vilayəti, Arhavi ilçəsi, Cümhuriyyət məhəlləsi, ev 28, mənzil 2 ünvanında daimi pasport qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən avtomaşının kabinasında yataq yerinin üzərinə sərilmiş yorğanın altından gömrük orqanına bəyan olunmayan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlər aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-1880/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən avtomaşının kabinasında yataq yerinin üzərinə sərilmiş yorğanın altından gömrük orqanına bəyan olunmayan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlərin aşkar edilməsi iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli raportu, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol, xx.xx.2022-ci il tarixli təhvil-təslim edilməsi haqqında akt, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 18 iyun 2022-ci il tarixli qərardad, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 18 iyun 2022-ci il tarixli protokol, xx.xx.2022-ci il tarixli, 06-Ş №-li Ekspertiza Aktı və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi X3 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Azər Leysanova yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından Rusiya Federasiyasına yük aparan və xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası istiqamətindən Mazımçay gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra “Lessi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə Şəxs idarə etdiyi “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərinə sərilmiş yorğanın altından gömrük orqanına bəyan olunmayan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlər aşkar olunaraq protokol əsasında götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən avtomaşının kabinasında yataq yerinin üzərinə sərilmiş yorğanın altından gömrük orqanına bəyan olunmayan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlər aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes- Benz” markalı, 08K1301/08AAT825 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən avtomaşının kabinasında yataq yerinin üzərinə sərilmiş yorğanın altından aşkar edilmiş gömrük orqanına bəyan olunmayan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlər akt əsasında Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 06-Ş nömrəli ekspertiza aktından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “LARK” markalı siqaretlərin 1 (bir) qutusunun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 3,00 (üç) manat, ümumilikdə 70 (yetmiş) qutusunun isə 210,00 (iki yüz on) manatdır. Qeyd: Malların adları, sayı, ölçü vahidi təqdim edilən sənədə əsasən götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixdə verilmiş 06-Ş nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Onun əməli İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə düzgün tövsif edilmişdir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində saxlanılan 70 (yetmiş) qutu “LARK” markalı siqaretlər müsadirə edilsin; iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar