Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-233/2021 27.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, X1 Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarına xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X2 vəsatətlə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması barədə Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. X2 vəsatətini onunla əsaslandırmışdır ki, o, yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində EQ-6077478 saylı qərar yazılmış, lakin həmin qərar üzrə yazılmış inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Cəriməni ödəmədiyi üçün Balakən rayon PŞ-nin DYPB-si tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarı ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, etdiyi inzibati xətaya görə barəsində yazılan 07.04.2021-ci il tarixli, EQ-6077478 nömrəli inzibati qərara əsasən tətbiq edilən cəriməni tam ödəmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarına xitam verilməsini xahiş edir. İnzibati məsuliyyətə cəlb olunmuş X2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən X1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdarılmışdır. İşdə olan 19.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, X2 tərəfindən 07.04.2021-ci il tarixli, EQ-6077478 nömrəli inzibati xəta haqqında qərarın cəriməsi 19.10.2021-ci il tarixdə dəbbə pulu ilə birlikdə (cəmi 80 manat) tam şəkildə ödənilmişdir. Vəsatətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 07.04.2021-ci il tarixli, EQ-6077478 nömrəli qərar ilə təyin edilmiş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Cəriməni ödəmədiyi üçün Balakən rayon PŞ-nin DYPB-si tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 23.09.2021ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, etdiyi inzibati xətaya görə barəsində olan 07.04.2021-ci il tarixli, EQ ******* saylı qərar üzrə cəriməni və dəbbə pulunu-cəmi 80 manatı 19.10.2021-ci il tarixdə tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərar onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin hallarını, hüquq normalarını nəzərə alaraq hesab edirəm ki, vəsatət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarına xitam verilməli, X2 həmin inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53,105.1, 109.2, 114, 128-130 və 152.5-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Vəsatət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 3(019)-233/2021 nömrəli qərarına xitam verilsin. İnzibati məsuliyyətə cəlb olunmuş X2 həmin inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-233/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-233/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver