Məhkəmə qərarları › İş №3(019)-234/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-234/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-234/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası, Rizə ili, Ardeşen ilçəsi, Derebaş kəndində daimi qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:54 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, 53K4625/53K4626 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkənnəqliyyat vasitəsinin kabinəsinin çöl hissəsinin sağ yan dolabında zəncirlərin altında gömrük orqanına bəyan edilməmiş 9 blok (90 qutu) ədəd üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlər aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 11000-1086/20 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:54 radələrində idarə etdiyi “Mercedes Benz” markalı 53K4625/53K4626 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkənnəqliyyat vasitəsinin kabinəsinin çöl hissəsinin sağ yan dolabında zəncirlərin altında gömrük orqanına bəyan edilməmiş 9 blok (90 qutu) üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlərin aşkar edilməsi, iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardad, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol, xx xxxx 2020-ci il tarixli, 08-Ş №-li Ekspertiza Aktı və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Mazımçay Gömrük postunun rəisi vəzifəsini müvəqqəti icra edən X1 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovnik-leytenantı Arif Mehdiyevə yazdığı xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:54 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, 53K4625/53K4626 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkənnəqliyyat vasitəsinin kabinəsinin çöl hissəsinin sağ yan dolabında zəncirlərin altında gömrük orqanına bəyan edilməmiş 9 blok (90 qutu) üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlər aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:54 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, 53K4625/53K4626 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkənnəqliyyat vasitəsinin kabinəsinin çöl hissəsinin sağ yan dolabında zəncirlərin altında gömrük orqanına bəyan edilməmiş 9 blok (90 qutu) üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlər aşkar olunaraq, götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 08-Ş nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim edilmiş 90 ədəd üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlərin qiyməti 450 manatdır. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx xxxx 2020-ci il tarixdə verilmiş 08-Ş nömrəli №-li ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İXM-nin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun əməli İXM-nin 482.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Ona görə də hesab edirəm ki, iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdətəqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsində saxlanılan 9 blok (90 qutu) üzərində “MARLBORO edge” markalanma yazısı olan siqaretlər müsadirə edilsin; iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar