Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-234/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1968-ci ildə Türkiyə Respublikasının İğdır vilayətində anadan olan, Türkiyə Respublikası, İğdır vilayəti, Aralık ilçəsi, Gödekli kəndi ünvanında qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikasından tranzit keçməklə idarə etdiyi “MERCEDES-BENZ” markalı, 76AL056/76AZ007 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yataq yerinin alt tərəfdən sol hissəsinin plastik üzlüyünün kəsilərək düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan ümumilikdə 40 qutu “Marlboro touch gray” markalı siqareti Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat İdarəsinin rəisi X1 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, Azər Leysanova yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 76AL056/76AZ007 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Mazımcay” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Türkiyə Respublikasının vətəndaşı Şəxs üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını bildirmişdir. Sonra “Lyama” ləqəbli kinoloji xidmət itini tətbiq etməklə Türkiyə Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 76AL056/76AZ007 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı avtomobilin kabinasında yataq yerinin alt tərəfdən sol hissəsinin plastik üzlüyünün kəsilərək saxlanc yeri düzəldildiyi müəyyən olunmuş və qeyd olunan saxlanc yerindən 40 qutu “Marlboro touch gray” markalı siqaret aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. xx.xx.2022-ci il tarixdə “Mazımçay” gömrük postunda Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES-BENZ” markalı, 76AL056/76AZ007 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yataq yerinin alt tərəfdən sol hissəsinin plastik üzlüyünün kəsilərək düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan ümumilikdə 40 qutu “Marlboro touch gray” markalı siqaretin aşkar olunması xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlaması haqqında protokolda, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında və xx.xx.2022-ci il tarixli, 11000-1907/220 №-li inzibati xəta haqqında protokolda və digər iş materiallarında öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 11000-1907/22 saylı iş üzrə 07-Ş nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Marlboro touch grav” markalı siqaretlərin 1 (bir) qutusunun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 5,00 (beş) manat, ümumilikdə 40 (qırx) qutusunun isə 200,00 (iki yüz) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının xx.xx.2022-ci il tarixli,07-Ş nömrəli məktubundan görünür ki, iş üzrə ekspertiza dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə,hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan 40 qutu “Marlboro touch gray” markalı siqaret müsadirə edilsin; iş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-234/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-234/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver