Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-235/2025 30.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Azərbaycan Respublikasının X4 X2 nümayəndələri Nümayəndə2 və X8 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin direktoru X10 (hüquqi ünvan: ünvan 1ycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə 16 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin vəzifəli şəxsi X13 barəsində tətbiq olunmuş xx.xx.2022-ci il tarixli MN1126273 nömrəli qərarla qəbul edilmiş inzibati cərimə məbləği dövlət nəfinə ödənilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X4 X2 nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikası X4 Bakı regional bölməsi tərəfindən aparılmış nəzarət tədbirləri zamanı aşkarlanan inzibati xəta faktı əsasında Şəxs MMC-nin direktoru X13 barəsində 2000 (iki min) manat məbləğində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimə qərarı qəbul edilmişdir. Ödənişin xx.xx.2025-ci il tarixədək icra olunması, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsini əsas tutaraq işə götürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün müvafiq məhkəmə orqanına göndərilməsinə dair Şəxs MMC-nin direktoru X6 xx.xx.2025-ci il tarixli 3-44-1/2-2-3589/25 nömrəli məktub ünvanlanmış,lakin məbləğin dövlət nəfinə ödənilməsi təmin edilməmişdir.Buna görə də Şəxs MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə 16 may 2025-ci il tarixli, inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının X4 X2 nümayəndəsi X14 digər Nümayəndə2 ilə eynu məzmunlu izahat verərək inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X10 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin direktoru X5 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Şöbəsi tərəfindən Balakən Rayon icra Hakimiyyətinə ünvanlanmış 02 may 2025-ci il tarixli 3-44-1/2-2-4116/25 nömrəli məktubda göstərilmişdir: Şəxs MMC-nin vəzifəli şəxsi, vətəndaş X13 barəsində Azərbaycan Respublikası X4 Bakı regional bölməsi tərəfindən aparılmış nəzarət tədbiri zamanı aşkar olunan inzibati xəta faktı əsasında inzibati icraat başlanılaraq, barəsində 2000 manat məbləğində inzibati cərimə qərarı qəbul edilmişdir. Cərimə məbləği borclu tərəfindən dövlət nəfinə könüllü olaraq ödənilmədiyindən İXM 529.1-1 maddəsi əsasında ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin direktoru X6 məbləğin dövlət nəfinə ödənilməsi,əks təqdirdə barəsində inzibati icraata başlanılmasına dair məktub ünvanlanmışdır. Lakin, regional bölmədən vəzifəli şəxsə inzibati aktlara dair xx.xx.2025-ci il tarixli 3-44-1/2-2-3589/25 nömrəli və xx.xx.2025-ci il tarixli 3-14-1/2-2-4068/25 nömrəli ünvanlanmış məktubların Azərexpresspoçt vasitəsilə çatdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən, xx.xx.2025-ci il tarixli 3-44-1/2-2-3589/25 nömrəli və xx.xx.2025- ci il tarixli 3-44-1/2-2- 4068/25 nömrəli məktubların surətləri Şəxs MMC-nin direktoru X6 çatdırılması məqsədilə Sizə göndərilir və icraya dair məlumatların Agentliyin Bakı regional bölməsinə verilməsi Sizdən xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Şöbəsi tərəfindən Şəxs MMC-nin direktoru X6 ünvanlanmış 01 may 2025-ci il tarixli 3-44-1/2-2-406-8/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlama barədə bildirişdə göstərilmişdir: “Azərbaycan Respublikası X4 Bakı regional bölməsi tərəfindən aparılmış nəzarət tədbirləri zamanı aşkarlanan inzibati xəta faktı əsasında Şəxs MMC-nin direktoru X13 barəsində 2000 (iki min) manat məbləğində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimə qərarı qəbul edilmişdir.Ödənişin xx.xx.2025-ci il tarixədək icra olunması, əks halda Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəni əsas tutaraq işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəmə orqanına göndərilməsinə dair Sizə xx.xx.2025-ci il tarixli 3-44-1/2-2-3589/25 nömrəli məktub ünvanlansa da, lakin məbləğin dövlət nəfinə ödənilməsi təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin Məcəllənin 100.1-ci və 100.2-ci maddələrinin tələblərini nəzərə alınaraq 15 may 2025-ci il tarix saat 10:00-da Bakı şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının X4 Bakı regional bölməsinə gəlməyiniz zəruridir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Agentliyi Bakı Regional Şöbəsi tərəfindən Şəxs MMC-nin direktoru X6 ünvanlanmış 22 aprel 2025-ci il tarixli 3-44-1/2-3589/25 nömrəli məktubda göstərilmişdir:“X19" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası X4 Bakı regional bölməsinə edilmiş müraciətləri əsasında ölkəyə idxal olunan qida məhsul partiyalarına qəbul olunmuş qərarların icra vəziyyəti ilə bağlı aparılmış nəzarət tədbirləri zamanı aşkar olunan nöqsanlar əsasında vəzifəli şəxs X13 barəsində inzibati cərimə qərarı qəbul edilmişdir. Lakin, qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli cərimə qərarının icrası bu günədək borclu tərəfindən təmin edilməmişdir.Odur ki, qərarların surəti xx.xx.2025-ci il tarixədək icra olunması məqsədilə Sizə göndərilir və nəticəsi barədə Agentliyin Bakı regional bölməsinə məlumat verməyiniz xahiş olunur.Nəzərinizə çatdırırıq ki, qeyd olunan müddət ərzində sözügedən qərarın icrası təmin olunmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsinə əsasən işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəkdir.Məlumat üçün bildiririk ki, həmin maddənin sanksiyasına əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar işəgötürən şəxs tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşdə olan və məhkəmə iclasındla tədqiq edilmiş 25 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin qərarla vəzifəli şəxs X1 Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinə ünvanlanmış 14 may 2025-ci il tarixli 90 nömrəli məktubda göstərilmişdir ki, Sizin 02 may 2025-ci il tarixli 3-44-1/2-2-4116/25 nömrəli məktub ünvan 7 ünvanında qeydiyyatda olan X5 qardaşı, həmin ünvanda qeydiyyatda olan və yaşayan X7 14 may 2025-ci il tarixində tərəfimizdən təqdim edildi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinə ünvanlanmış 19 may 2025-ci il tarixli 5-36/2-424/2025 nömrəli məktubda göstərilmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin direktoru X6 ünvanladığınız məktub 14 may 2025-ci il tarixində vətəndaşın qardaşı X7 çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 529.1-1-ci maddəsinə görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 150.1- ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.2-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1-ci maddəsinə görə fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2-ci maddəsinə görə hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 150.6-cı maddəsinə görə inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. İş materiallarından görünür ki,Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki,Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin vəzifəli şəxsi X13 barəsində tətbiq olunmuş xx.xx.2022-ci il tarixli MN1126273 nömrəli qərarla qəbul edilmiş inzibati cərimə məbləği dövlət nəfinə ödənilməmişdir. İnzibati xəta haqqında materiala Şəxs MMC-in hüquqi ünvanı,X5 həmin MMC-nin direktoru olması, şəxsiyyətinə dair , həmçinin X9 həmin müəssisədə işləməsi barədə heç bir sübut əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə görə Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə görə sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə görə sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. xx.xx.2022-ci il tarixli MN1126273 nömrəli qərarın, onun icrasına dair bildirişin Şəxs MMC-in direktoru X10 tərəfindən alınmasına dair sübutlar materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən materiala əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinə ünvanlanmış 14 may 2025-ci il tarixli 90 nömrəli məktubda 02 may 2025-ci il tarixli 3-44-1/2-2-4116/25 nömrəli məktubun X5 qardaşı X7 14 may 2025-ci il tarixində təqdim edildiyi qeyd edilmişdir.Həmin cavab məktubu X4 Bakı Regional Bölməsində 19 may 2025-ci ildə qeydə alınmışdır. Göründüyü kimi X4 Bakı Regional Bölməsi qərar və bildirişin rəsmi verilməsini müəyyən etmədən 16 may 2025-ci il tarixdə X5 barəsində 16 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. xx.xx.2022-ci il tarixli MN1126273 nömrəli qərarın, onun icrasına dair bildirişin Şəxs MMC-yə rəsmi qaydada verilməsi təsdiq olunmadığından hüquqi şəxs Şəxs MMC inzibati məsuliyyətə cəlb oluna bilməz, onun barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53,105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin, o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-235/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-235/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver