Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-239/2020 03.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi, polis baş leytenantı Göylərov Elnur Elxan oğlunun, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Qax rayonunun Şotavar kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Fizuli rayonu Horadiz kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 10, mənzil 26 ünvanında yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə qonaq getdiyi X3 şəhərində yerləşən evində qanunsuz olaraq 1,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis polis baş leytenantı Göylərov Elnur Elxan oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, 0476715№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 10, mənzil 26 ünvanında tək yaşayır. xx.xx.2020-ci il tarixdə dostları Elçin, Elvin,Əli ilə birlikdə Qax rayonundan Balakənə istirahət etmək və tanışları Nicatla görüşmək qərarına gəlmişlər. Bu məqsədlə saat 02 radələrində Balakənə getmiş, fikirləri orada ev tutub bir neçə gün qalıb istirahət etmək olmuşdur. Lakin həmin vaxt ev tapa bilməmişlər. Nicat da onlara onun evində qalmasını, səhər onlara ev tapacağını demişdir. Onlar da razılaşmışlar. Evdə olan zaman o, üzərində olan 1 ədəd kağız bükümdə olan marixuananı çəkmək üçün stolun üstünə qoymuşdur. 1 ədəd siqaret götürüb onu boşaltmış və onun içinə marixuananı doldurmağa başlamışdır. Həmin vaxt Nicat ona evdə çəkməyin lazım olmadığını demişdir. O da siqaretə doldurduğu marixuananı götürüb həyətə çıxmaq istəyərkən evin qapısı döyülmüş və Nicat qapını açmışdır. Polis əməkdaşlarının gəldiyini eşitmişdir. Polis əməkdaşları Nicata Balakən Rayon Polis Şöbəsinə onun narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olduğunu bildirmişlər. Daha sonar Nicatın razılığı və iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı stolun üstündə olan 1 ədəd kağız bükümdə olan marixuana və 1 ədəd siqaretə doldurduğu marixuana aşkar edilmişdir. Polis əməkdaşları həmin bitki kütləsinin nə olduğunu, kimə məxsus olduğunu soruşmuşlar. Həmin vaxt həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onu Qax rayonundan Balakənə gələn zaman Qax rayon ərazisində yol kənarında təsadüfən tapdığını və özü üçün istifadə etmək məqsədilə götürdüyünü və saxladığını bildirmişdir. Narkotik vasitə 1 ədəd zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. O, x xxxxxx 2020-ci il tarixdə, saat 18.30-da polis şöbəsindən inzibati həbsdən azad edilmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17/472 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs üzərində saxladığı 1 ədəd bükümdə ... olan narkotik ....“ sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ağ rəngli kağız bükümdə, təmiz çəkisi-1,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs üzərində saxladığı 1 ədəd siqaretə doldurduğu.... narkotik ....“ sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi-0,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki təmiz çəkisi-0,12 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Qeyd. a) marixuananın təmiz çəkisi-1,21 qr, tədqiqata sərf edildi-0,02 qr edildi, qalıq-1,19 qr. b) marixuananın təmiz çəkisi-0,14 qr, tədqiqata sərf edildi-0,02 qr, qalıq-0,12 qr. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, HK- 1-485 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs və Şəxs barəsində inzibati tədbir görülməsi üçün Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmış, həmçinin 3 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış maddi sübutun Balakən RPŞ-nin maddi sübut otağında saxlanılması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Şəxs 5 qramdan az miqdarda, yəni 1,35 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı üstündə gəzdirmiş və daşımışdır. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəisndə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən əxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin qanunun tələblərinə istinad edərək, hesab edirəm ki, iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 1,35 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,31 qramı (qalıq 1,19 qram və qalıq 0,12 qram) və bir ədəd papirosun içərisindəki təmiz çəkisi 0,12 qram olan digər bitki mənşəli kütlə hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll edilərkən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ11AİİB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qə r a r a a l d ı m : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 1,35 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,31 qramı (qalıq 1,19 qram və qalıq 0,12 qram) və bir ədəd papirosun içərisindəki təmiz çəkisi 0,12 qram olan digər bitki mənşəli kütlə hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********,kod 200695,Müxbir hesab AZ11AİİB********************, BİK AİİBAZ2x. hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-239/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-239/2020
03.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver