Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-239/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2A, mənzil 27 olan (VÖEN **********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 08 iyun 2022-ci il tarixində Almanıya Federasiyasında qeydiyyatda olan “Stoppıtenbrr KFZ şirkətindən Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan 'MODERN TRADİNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına idxal olunan yükü gətirən Gürcüstan vətəndaşı Kapanadze Alexanderın idarə etdiyi “DAF" markalı, DT700GK/MM310N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımçay” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra “FİCVG vizual SMİTFİ detection" rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayət sənədi olan invoysda göstərilən malların siyahısı ilə monıtordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşayət sənədlərində göstərilən mallara uyğun olmayan predmetlərin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də, "Mazımçay” gömrük postunun terminalında ‘‘DAF” markalı, DT700GK/MM31 ON dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə baxış keçirilmişdir. Baxış zamanı müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan plastik qablarda qablaşdırılmış 4 ədəd üzərində “VİNCENT®; profi aussenfarbe; 101 markalanma yazıları olan boya aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-1811/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 08 iyun 2022-ci il tarixində Almanıya Federasiyasında qeydiyyatda olan “Stoppıtenbrr KFZ şirkətindən Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan 'MODERN TRADİNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Gürcüstan vətəndaşı Kapanadze Alexanderın idarə etdiyi “DAF" markalı, DT700GK/MM310N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan plastik qablarda qablaşdırılmış 4 ədəd üzərində “VİNCENT®; profi aussenfarbe; 101 markalanma yazıları olan boyanın aşkar edilməsi iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunun rəisinin xx.xx.2022-ci il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 13 iyun 2022-ci il tarixli qərardad, 16 iyun 2022-ci il tarixli, 04-Ş №-li Ekspertiza Aktı və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımçay» Gömrük postunun rəisi X1 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Azər Leysanova yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 08 iyun 2022-ci il tarixində Almanıya Federasiyasında qeydiyyatda olan “Stoppıtenbrr KFZ şirkətindən Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan 'MODERN TRADİNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Gürcüstan vətəndaşı Kapanadze Alexanderın idarə etdiyi “DAF" markalı, DT700GK/MM310N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımçay” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra “FİCVG vizual SMİTFİ detection" rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşayət sənədi olan invoysda göstərilən malların siyahısı ilə monıtordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman monitorda yük müşayət sənədlərində göstərilən mallara uyğun olmayan predmetlərin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də "Mazımçay” gömrük postunun terminalında ‘‘DAF” markalı, DT700GK/MM31 ON dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə baxış keçirildi. Baxış zamanı müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan plastik qablarda qablaşdırılmış 4 ədəd üzərində “VİNCENT®; profi aussenfarbe; 101 markalanma yazıları olan boya aşkar olunaraq götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli yoxlama və götürmə haqqında haqqında protokoldan görünür ki, 08 iyun 2022-ci il tarixində Almanıya Federasiyasında qeydiyyatda olan “Stoppıtenbrr KFZ şirkətindən Azərbaycan Respublikası, ünvan 5 ünvanında qeydiyyatda olan 'MODERN TRADİNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin ünvanına idxal olunan yükü gətirən Gürcüstan vətəndaşı Kapanadze Alexanderın idarə etdiyi “DAF" markalı, DT700GK/MM310N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində müşayiət sənədlərində göstərilməyən və gömrük orqanına bəyan olunmayan plastik qablarda qablaşdırılmış 4 ədəd üzərində “VİNCENT®; profi aussenfarbe; 101 markalanma yazıları olan boya aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş 04-Ş nömrəli ekspertiza aktından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “VİNCENT®: profi aussenfarbe; 101” vazıları olan plastik qabda qablaşdırılmış boyanın 1 (bir) qutusunun 08:06.2022-ci il tarixə olan orta bazar qiyməti 72,00 (vetmis iki) manat, ümumilikdə 4 (dörd) gutusunun isə 288,00 (iki yüz səksən səkkiz) manatdır. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 16 iyun 2022-ci il tarixdə verilmiş 04-Ş nömrəli №-li ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1.zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik qablarda qablaşdırılmış 4 ədəd üzərində “VİNCENT®; profi aussenfarbe; 101 markalanma yazıları olan boya müsadirə edilsin; iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-239/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-239/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver