Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-240/2022 01.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, zərərçəkmiş azyaşlı şəxs Zərərçəkmiş şəxs Vüqar oğlunun və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 13.00 radələrində Balakən rayonu Qazma kəndi ərazisində piyadanı vurması əsası ilə Balakən rayonu inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı Şamil Kanayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, 4724093№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək xx.xx.2022-ci il tarixdə baş tutacaq məhkəmə iclasında səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini, başqa tarixə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən hazırki işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şəxs həmin inzibati xətanın törətməsi iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs Vüqar oğlu izahatında Balakən rayonu Qazma kəndində atası Vüqar, anası Aysel və qardaşı Yusif ilə birlikdə yaşadığını, Balakən rayonu Qazma 1 saylı orta məktəbdə 2-ci sinifdə oxuduğunu, onun hər gün məktəbə qardaşı Yusif ilə gedərək və Yusif ilə qayıtdığını, xx.xx.2022-ci ıl tarixdə dərsi bitdiyində günorta saatlarında qardaşı Yusif və qonşu uşaqlarla birlikdə məktəbdən çıxıb evə gəldiyində Qazma kəndində Qıztamanın mağazası mağazas kimi deyilən mağazanın qarşısına çatdıqlarında onun yolu keçmək istədiyini onun yolu keçməzdən əvvəl uşaqlarla gözlədiklərini, sonra onun yolun sağ və sol tərəfinə baxdığında avtomobillərin gəlmədiyini gördüyünü, sonra yeriyərək asfalt yolu keçdiyində yolun tam ortasına çatdığında yolun sağ tərəfindən, yəni Qazma kəndindən Hənifə kəndi istiqamətinə avtomobil gəldiyinə görə cəld qaçaraq yolu keçmək istədiyini lakin həmin avtomobilin onu vurduğunu avtomobil onu vurduqdan sonra onun yerə yıxıldığını, hadisə zamanı avtomobilin ondan başqa heç kimi vurmadığını, onun xəsarəti olduğunu bildirmişdir. Məhkəmə iclaasında şahid qismində dindirilmiş X3 və Qanuni nümayəndə izahatlarında azyaşlı Zərərçəkmiş şəxs Vüqar oğlunun onların oğlu olduğunu, Şəxs tərəfindən avtomaşınla Aminin vurulduğunu, Zərərçəkmiş şəxs xəstəxanya düşdüyünü, lakin Şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın onlara ödənilmədiyini və ödəmək istəmədiyini, onlarla kobud davrandığını, onların Şəxs şikayətçi olduqlarını bildirmişlər. İşdə olan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşadığını, onun istifadəsində etibarnamə əsasında idarə etdiyi Kıa Rıo markalıt **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, 08 06 2022-cı il tarixdə axşam satlarında Balakən rayonu Qazma kəndində yaşayan qaynının evinə arvadı X4 və iki az yaşlı qız övladları ilə birlikdə idarə etdiyi avtomobil İlə getdiyim, həmin gün ailəsi ilə bilrikdə qaynının evində gecələdiyini, 09.06 2022-cı il tarixdə saat 13 radələrində ailəsi ilə bilrikdə qaynının evindən öz evinə ayıtmaq üçun idarə etdiyi avtomobil ilə yola çıxdığını, onun Balakən rayonu Qazma kəndindən Balakən rayonu Hənifə kəndi istiqamətində hərəkətdə olduğu zaman, qarşıdan gələn nəqliyyat vasitələrinin arxa tərəfindən, yolun onun getdiyi istiqamətində sol tərəfdən sağ tərəfə 3- 4 uşağın onun yoluna çıxdığını, onun həmin uşaqları gördüyündə onları vurmamaq üçun avtomobilim sağ tərəfə sürdüyünü, lakin, onun həmin uşaqlara çatdığında uşaqlardan bırını avtomobilinin sol güzgüsü ilə vurduğunu, uşağı vurduqda həmin uşağın asfaltın üzərinə yıxıldığını, uşağı vurduqdan sonra dərhal avtomobilim saxladığını və arvadı Mesed ilə birlikdə avtomobildən düşərək həmin vurduğu uşağı yerdən götürdüklərini və daha sonra həmin uşağı idarə etdiyi avtomobilə qoyaraq Balakən rayon mərkəzi xəstəxanasına apardığını, onun xəstəxanda olduğunda oraya polis əməkdaşlarının gəldiklərini, daha sonra onun idarə etdiyi avtomobillə polis əməkdaşları ilə birlikdə Balakən rayonu Qazma kəndində piyadanı vurduğu yerə getdiklərini, onlar Qazma kəndinə çatdıqda onun hədisə yerində piyadanı vurduğu yeri polis əməkdaşlarına təqdim etdiyini və polis əməkdaşlarının da onun və hal-şahıdlərinın iştirakı ilə hadisə yerinə baxış keçirərək hadisə yerim oiçduklərıni və fotoşəkillər çəkdiklərini, onun B, B1, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi, avtomobilə aid texniki passport və etibarnamə sənədləri olduğunu, onun spirtli içki, narkotik vasitə və ya psıxotrop maddə qəbul etmədiyini, yol nəqliyyat hadisəsi zamanı avtomobilində ancaq onun ailə üzvləri olduğunu və onlardan da heç kimin xəsarət almadığını, hadisə baş verməzdən əvvəl avtomobili 55-60 km/saat surətlə idarə etdiyini, həmin uşaqları gördüyündə onlarla onun arasında olan məsafənin 1 metr olduğunu, qarşısına piyadalar çıxdığında əyləcə basdığını və avtomobili sağa çəkdiyini, lakin piyadanı vurmaqdan yayına bilmədiyini qeyd etmişdir. İşdə olan Balakən RPŞ-nin təhqiqatçısı Vasif Əliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Zərərçəkmiş şəxs Vüqar oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-yə müraciət eməsi əsasında toplanmış materialda cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Balakən DYPB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs və X2 göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 136 nömrəli rəyindən görünür ki, azyaşlı Məmmədovda müəyyən edilmiş xəsarətlər-- çənə altı nahiyədə qançır, boyunun ön aşağı səthində qançırlar, sol ayaqüstündə sıyrıq, sağ bazunun yuxarı 1 3-də bayır səthdə, qançır, baş beyin silkələnməsi — bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə sol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobili qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş etibarnamənin surətindən görünür ki, X1 Elmar Elman oğluna mülkiyyətində olan KİO RİO minik markalı, 90XY339 dövlət qeydiyyat nişanlı avtomobilindən istifadə edilməsinə dair etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 75 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-240/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-240/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver