Məhkəmə qərarları › İş №3(019)-242/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-242/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-242/2023 01.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1984-cü ildə Balakən rayonu Katex kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Katex kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X22 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 10100 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X22 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21 mart 2012-ci il təvəllüdlü X12 və 19 iyun 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutulub, iddiaçı X7 verilməlidir. Şəxs həmin 10100 manat aliment borcundan 1000 manat ödəmiş və qalan borcu da yaxın vaxtlarda ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan 21 mart 2012-ci il təvəllüdlü X12 və 19 iyun 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutulub, iddiaçı X7 verilməlidir. O, hazırda 10100 manat aliment borcundan 1000 manat ödəmişdir, qalan 9100 alimenti də yaxın vaxtlarda ödəyəcəkdir. Bundan əvvəl məhkəmənin qərarı ilə iki dəfə həbs olunmuşdur. Bundan sonra alimenti tam məbləğdə ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 21 mart 2012-ci il təvəllüdlü X12 və 19 iyun 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutulub, ona verilməlidir. Hal-hazırda Şəxs ona olan aliment borcundan 1000 manat ödəmiş etmiş, qalan borcunu da qısa müdət ərzində ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən heç bir şikayəti yoxdur. İşin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 məhkəməyə ərizə təqdim edərək Şəxs ona olan aliment borcundan hal-hazırda 1000 manat ödəmiş etdiyini, qalan borcunu da qısa müdət ərzində ödəyəcəyinə söz verdiyini göstərmiş, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 21 mart 2012-ci il təvəllüdlü X12 və 19 iyun 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutulub, iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 Zamir Osman oğlundan Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 1000 manat aliment pul vəsaitini qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3 (019)-238/2020 saylı qərarı ilə Osmanov X18 Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 9000 manat alimenti tələbkara ödəməkdən imtina etməsi və bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14, zərərçəkmiş şəxs X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 9000 manat alimenti tələbkara ödəməkdən imtina etməsi və bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokolla inzibati xəta haqqında iş üzrə icraat başlanmış və həmin protokol əsasında işə baxan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə və Avropa Məhkəməsinin presedentlərinə görə X23 inkriminə olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əslində cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Rspublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı belə beynəlxalq müqavilələrdən biri də Avropa Konvensiyasıdır ki, Azərbaycan Respublikası da 15 aprel 2002-ci il tarixdən onu ratifikasiya etmişdir və həmin tarixdən Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Konvensiyanın tətbiqi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentləri Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq müqavilələr haqqında 1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsində də qeyd olunur ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçı dövlətlər üçün məcburidir. Avropa Kovensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı bir-birindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayıla bilər. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X25rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X17rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X4rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək müddətə həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-ci maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində non bis in idem prinsipi formula edilmişdir. Onunla analoji olan formul BMTnin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 14-cü maddəsinin 7-ci bəndində yer almışdır, lakin orada işə yenidən baxılması imkanı qeyd edilməmişdir. Bundan başqa, Avropa Konvensiyasına əsasən, bu müddəa, Paktın 14-cü maddəsinin 7-ci bəndindən fərqli olaraq, məhdudlaşdırıla bilməz. «Təhvil vermə haqqında» Avropa Konvensiyası, «Başqa ölkələrin qəbul etdikləri məhkəmə qərarlarının hüquqi qüvvəsi haqqında» Avropa Konvensiyası və «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası non bis in idem prinsipini beynəlxalq səviyyədə müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə Şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)- 74/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün inzibati həbs tətbiq edilmişdir. Hazırki xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla Balakən rayon İcra Şöbəsinin icra məmuru tərəfindən yenidən Şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarından görünür ki, birinci inzibati xəta haqqında protokolda İXM-nin 528.1-ci maddəsilə başlanmış icraatın əsası kimi Şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 saylı icra sənədi üzrə ödəmədiyi göstərilən 9000 manat aliment borcu xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda İXM-nin 528.1-ci maddəsilə icraatın əsası kimi göstərilən 10100 manat aliment borcunun tərkibinə daxildir. Göründüyü kimi, hər iki işdə inzibati məsuliyyətə cəlb edilmənin əsasını məhkəmənin eyni icra sənədinin eyni məbləğlər üzrə üzrsüz səbəbdən icra edilməməsi faktı təşkil edir, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraq da eynidir. Şəxs inkriminə olunan inzibati xətalar eyni olmaqla, obyektinə və törədilmə yeri və şəratinə görə də eynilik təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının tələbinə görə şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Şəxs törətdiyi əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmənin icra sənədinin icra edilməməsinə görə Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edildikdən və Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs tətbiq edildikdən sonra, onun yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan non bis in idem prinsipinə, yəni eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmamaq, cəzalandırılmamaq və məhkum olunmamaq prinsipinə ziddir. X9rşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının 36-cı bəndində göstərilir ki, non bis in idem prinsipinin müəyyən olunması üçün bir-biri ilə bağlı üç şərt mövcud olmalıdır:1) faktlar eyni olmalı; 2) hüquq pozuntusunu törədən eyni şəxs olmalı və 3) müdafiə edilən hüquqi maraq bir olmalıdır. Avropa Məhkəməsinin həmin qərarda istinad etdiyi Şengen razılaşmasının tətbiqi haqqında Konvensiyanın 54-cü maddəsində qeyd olunur ki, şəxsə istinad olunan əməlin eyni əməl olub-olmamasına aydınlıq gətirmək üçün təkrar cinayət işinə baxan məhkəmə, şəxsə istinad olunan əməlin əvəlləki əməllə eynilik təşkil etməsi, yəni bir-biri ilə vaxta, törədildiyi yerə və obyektə görə bağlı olmasını aydınlaşdırmalıdır. Hazırki iş materiallarından görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (033)-74/2017 saylı icra sənədinin icra edilməməsinə görə İXM-nin 528.1-ci maddəsilə 10 gün inzibati həbsə məruz qaldığı əməl, hazırki xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs inkriminə olunan əməllə (İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta) vaxta, məbləğə, törədildiyi yerə və obyektinə görə bir-biri ilə bağlıdır və eynilik təşkil edir. Yəni Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (033)-74/2017 saylı icra sənədinin həmin vaxtdan hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunduğu xx.xx.2023-cü il tarixədək icra edilməməsini özündə əks etdirir. İşdə həmin icra sənədinin icra edilməməsində ifadə olunan əməlin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərara qədərki dövrü əhatə etməsi, hazırki xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda isə icra sənədinin icra edilməməsi ilə bağlı əməlin həmin xx.xx.2020-ci il tarixli qərardan sonrakı dövrü əhatə etməsi qeyd olunmamışdır və bu hal iş materialları ilə də müəyyən olunmur. Yəni həm birinci, həm də ikinci inzibati xəta haqqında işlər əməllərin baş vermə dövrü və icra edilməli olan aliment borclarının müxtəlif dövrlərə aid borclar olması və bu xüsusda bir-biri ilə bağlı olmamaqla, fərqlənmələri konteksində bir-birindən ayrılmamışdır. xx.xx.2020-ci il tarixli qərarda göstərilən icra edilməli olan 9000 manat aliment borcunun xx.xx.2023-cü il tarixli hazırki inzibati xəta haqqında protokolda göstərilən icra edilməli olan 10100 manat alimenti borcuna daxil olub-olmaması xx.xx.2023-cü il tarixli protokolda göstərilməmişdir. Əksinə iş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının verilməsi əsası kimi göstərilən 9000 manat aliment borcu xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokolda göstərilən icra edilməli olan 10100 manat alimenti borcu məbləğinə daxildir və onunla eyni əməlin tərkib hissəsidir. Bu da bu işlər üzrə Şəxs istinad edilən əməllərin vahid daxili bağlılığını və eyni əməl olmasını göstərir. Bu əmələ görə də Şəxs bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Avropa Konvensiyasının 6-cı maddəsi və Avropa Məhkəməsinin presedentlərinə görə İXM-nin 528.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda məhkəmə onu da vurğulayır ki, cinayət hüququnda uzanan və davam edən cinayətlər anlayışı vardır. Uzanan cinayətlər elə cinayətlərdir ki, bu zaman şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla cinayət təqibi üzrə qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir. Yəni burada fasiləsiz olaraq qanunu pozur və bununla da cinayəti müəyyən zaman kəsiyində edir. Ancaq uzanan cinayətlərdəki daxili bağlılıq onu vahid cinayət edir və cinayətlərin məcmusunu yaratmır. Davam edən cinayətlər isə ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid cinayət olan bir neçə eyni cinayət əməlinin cəmidir. Göründüyü kimi, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində davam edən cinayət vahid məqsədin həyata keçirilməsinə yönəlməklə, bir neçə cinayət əməlinin cəmində ehtiva olunan bir cinayət kimi xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində davam edən və uzanan cinayətlərə görə bir dəfə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində davam edən və uzanan cinayətə görə şəxsin bir dəfə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, cinayətin davam etdiyi və uzandığı təqdirdə onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutumamışdır. Bu da tam qanuni və məntiqlidir. Belə ki, əks hal Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsində və Avropa Konvensiyasını 7 saylı Protokolunun 4-cü maddəsində müəyyən olunmuş şəxsin bir cinayətə görə təkrar məsuliyyətə cəlb edilməməsi, cəzalandırılmaması və məhkum edilməməsi müddəası, yəni non bis in idem prinsipi ilə ziddiyyət təşkil edərdi ki, bu da şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına və pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-də davam edən və uzanan inzibati xətaların anlayışı verilməsə də, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması halında cinayət qanunvericiliyində nəzərdə tutulan davam edən və uzanan cinayətlər standartı davam edən və uzanan inzibati xətalar anlamı üçün də tətbiq edilə bilər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, əslində icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan hüquqpozmadır. Belə ki, bu xətanın törədilməsi zamanı şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir, fasiləsiz olaraq qanunu pozur və bununla da inzibati xətanı müəyyən zaman kəsiyində törədir. Həm də bu uzanan xətadakı daxili bağlılıq onu vahid xəta edir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən isə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, inzibati məsuliyyətə cəlb olunur. Bu xüsusda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il tarixli qərarında müəyyən etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxsin həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilməsi verdikti əslində İXM-nin 9.2-ci maddəsində müəyyən edilən davam edilən inzibati xətalara aid oluna bilər. Belə ki, İXM-nin 9.2-ci maddəsində uzanan xətalara görə deyil, davam edən inzibati xətalara görə məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4 sentyabr 2018-ci il tarixli qərarında da məhz davam edən inzibati xətalara görə yenidən məsuliyyət müəyyən edən İXM-nin 9.2-ci maddəsinin şərhindən söhbət gedir. Qanunda uzanan inzibati xətalara görə təkrar inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmadığından, şəxsin uzanan inzibati xətalara görə yenidən inzibati məsuliyyətə (həmçinin İXM-nin 528.1-ci maddəsilə) cəlb edilməsi birmənalı şəkildə non bis in idem prinsipinin pozuntusudur. Əgər bu əksinə olsaydı, onda şəxs məhkəmə qərarlarının qərəzli olaraq icra edilməsinə görə dəfələrlə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb olunardı. Belə ki, CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsi də uzanan cinayətdir. Nəzəri cəhətdən ehtimal edilə bilər ki, şəxs CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb edildikdən sonra məhkəmə qərarının yenidən qərəzli olaraq icra edilməməsi yenidən onun CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. Lakin nə Cinayət Məcəlləsində uzanan cinayətlərə görə şəxsin təkrar məsuliyyətə cəlb edilə bilinməsi barədə norma yoxdur və nə də Azərbaycan Respublikasının məhkəmə praktikasında belə bir hala rast gəlinməmişdir. Bu da tamamilə əsaslıdır. Belə ki, əks hal Azərbaycan Respublikası Konstitusiyasının 64cü və Azərbaycan Repsublikası CM-nin 8.2-ci maddəsində təsbit edilmiş şəxsin eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməməsi və təkrar məhkum edilə bilməməsi prinsipini kobud şəkildə pozmuş olardı. Bu, həm də Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 2-ci bəndində əks olunmuş non bis in idem prinsipinə də ziddir. Göstərilənlər və 2-ci və 3-cü Engel meyarlarına görə İXM-nin 528-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda həmin qanun normasında nəzərdə tutulmuş uzanan inzibati xətaya görə şəxsin təkrar inzibati məsuliyyətə cəlb edilə bilməsi verdikti, bunun mümkünlüyü və reallıqda belə təkrar məsuliyyətə cəlb edilməsi də şəxsin eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilməsi və cəzaya məruz qalmasıdır, yəni non bis in idem prinsipinin pozulmasıdır. Hətta uzanan inzibati xətaya görə şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilməsi barədə qanun normasının genişləndirici təfsiri şəxsin vəziyyətini pisləşdirdiyindən bu təfsir barədə qərarın tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinin pozuntusuna da yol açardı. İXM-nin 9.2-ci maddəsində göstərilən davam edən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildikdən sonra bu xətanın törədilməsinin davam etdiyi halında şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilə bilməsinə dair əsasın qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunun analogiyası tətbiq edilməklə uzanan inzibati xətalar da aid edilməsi Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə və X27 Haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. X27 Haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Faktiki olaraq uzanan inzibati xətaya görə bir dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenidən məsuliyyətə cəlb edilmə İXM-nin 9.2-ci maddəsinin analogiya üzrə tətbiqidir və yuxarıda istinad edilən qanunlar da bunu qəti şəkildə qadağan edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətə inzibati həbs tətbiq edildikdən sonra, onun haqqında yenidən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsinə və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə birmənalı şəkildə ziddir və həmin qanun normalarının kobud pozuntusudur. Ona görə də Şəxs münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 64 və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddələrinin pozuntusu müəyyən edilməklə, həmin qanun normaları və Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsi tətbiq edilməklə, non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi, həmçinin barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi barədə ləğv edilməmiş məhkəmənin qərarının olması əsası ilə onun haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmaması əsası ilə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Osmanov X18 Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, tələbkara olan alimentdən vaxtaşırı ödənişlər etmiş, onun inzibati xəta haqqında protokol tərtib edilən 01 iyun 2023-cü il tarixə 10100 manat aliment borcu olmuş, həmin borcun 1000 manatını da 01 iyun 2023-cü il tarixdə tələbkara ödəmiş, eyni zamanda qalan aliment borcunu da yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirmiş, bununla bağlı tələbkar X16 ilə razılıq əldə etmişdir. Məhkəmə iclasında tələbkar X16 da bu faktı təsdiq edərək, Şəxs barəsində hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından, həmçinin məhkəməyə təqdim edilmiş icra işindən də görünür ki, icra məmuru tərəfindən müxtəlif orqanlara göndərilən sorğular əsasında Şəxs aylıq hər hansı qazanca malik olmaması, onun bank əmanətlərinin, tələb yönəldilə biləcək daşınar və daşınmaz əşyalarının olmaması, pensiya və digər sosial müavinət almaması, bir sözlə ödəniş qabiliyyətinin olmaması müəyyən edilmişdir. Belə olan halda şübhəsizdir ki, Şəxs sözügedən icra sənədini tam icra etməməsi və bununla bağlı icra məmurunun qanuni tələblərini tam yerinə yetirməməsi üzrlü səbəblərdən baş vermişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Şəxs Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Onu da nəzərə çatdırmaq lazımdır ki, Avropa Konvensiyasına dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi 22 iyul 2021-ci il tarixli Kərimov və başqaları Azərbaycana qarşı şikayəti üzrə qərarında ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramovun borclarını ödəmək iqtidarında olmadıqlarına görə həbs olunmaları ilə bağlı Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozuntusunu müəyyən etmiş və ərizəçilərin hər birinə 3600 avro təzminat ödənilməsini qərara almışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X20, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1. 109.2, 112-113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində təsbit edilmiş non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi, barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi barədə ləğv edilməmiş məhkəmənin qərarının olması və əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsasları ilə xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar