Məhkəmə qərarları › İş №3(019)-242/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-242/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-242/2025 19.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş vəzifəli şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-975/2016 nömrəli xx.xx.2016-cı il tarixli, 2(025)-225/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə yaranmış 8190 manat aliment manat borcunu ödəməkdən imtina etmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahatında bildirmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-975/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və 2(025)-225/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Bu günədək ödənilməmiş aliment borcu 8190 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, ona icra şöbəsi tərəfindən hər hansı xəbərdarlıq edilməmişdir, barəsində axtarış elan olunmasından məlumatı yoxdur. Övladını uzun müddətdir ki, görmür. Tələbkar övladını ona göstərmir. Aliment borcunu ödəyə bilmir. Heç bir iş yeri və ya gəliri yoxdur. Barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-975/2016 nömrəli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Zərərçəkmiş şəxs ilə Şəxs arasında 17 avqust 2011-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində bağlanaraq, 181 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 11 aprel 2012-ci il tarixdə anadan olmuş X4 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Şəxs 20 aprel 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Balakən Rayon Məhkəməsinin 3(019)-171/2018 nömrəli xx.xx.2018-ci il tarixli və 3(019)-159/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(025)- 975/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmişdir. Borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmışdır. Hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan (09 mart 2021-ci il) hesablanmalıdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-225/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli 77520/2016-46-2 nömrəli və xx.xx.2019-cu il tarixli 77520/2016- 46-2 nömrəli xəbərdarlıqlardan görünür ki, borclu Şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş yeri olmadığı və uşağı ona göstərilmədiyi üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakteri daşıyan və məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar