Məhkəmə qərarları › İş №3(019)-243/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-243/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-243/2020 24.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X4 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X5 X1 nümayəndəsi Nümayəndə iştirakı ilə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “işlənmiş ev əşyalarının alqı-satqısı” sahibkarlıq obyektində fəaliyyət göstərən, Zaqatala şəhəri, Azərbaycan prospekti, ev 104, mənzil 7-də yaşayan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət X5 X3 tərəfində tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balayev X2 şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı-satqısı obyektində 0,6 sm x 2,96 sm 1 ədəd 1,78 kv/m, 0,65 sm x 1,45 sm 1 ədəd 0,94 kv/m fasad reklamları, 0,6 mx 1 m x 2 tərəf 1,2 kv/m ölçüdə reklam qurğularını icazəsiz yerləşdirmiş və yaymışdır. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 X1 nümayəndəsinin ifadəsi və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Azərbaycan Respublikası Dövlət X5 X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balayev X2 şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı-satqısı obyektində 06 sm x 2,96 sm 1 ədəd,1,78 kv/m,0,65 sm x 1,45 sm 1 ədəd 0,94 kv/m fasad reklamları, 0,6 m x 1 m x 2 tərəf 1,2 kv/m ölçüdə reklam qurğularını icazəsiz yerləşdirmiş və yaymışdır. O, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan xx xxxx 2020-ci il tarixli İRY 000994 nömrəli müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmişdir ki, Balayev X2 şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı-satqısı obyektində Reklam haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq açıq məkanda 0,6 sm x 2,96 sm 1 ədəd, 1,78 kv/m,0,65 sm x 1,45 sm 1 ədəd 0,94 kv/m fasad reklamları, 0,6 m x 1 m x 2 tərəf 1,2 kv/m ölçüdə reklam qurğularını icazəsiz yerləşdirmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli İMG 000994 nömrəli “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan Göstərişdən görünür ki, Balakən şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı-satqısı obyektindən xx xxxx 2020-ci il tarixli İRY 000994 nömrəli müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmiş qanun pozuntularının 5 gün müddətində aradan qaldırılması tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimənəzərdə tutulmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar