Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-243/2024 07.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, orta təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olan, bildirdiyinə görə hazırda işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri, N.Nərimanov küçəsi ev 44, mənzil 9-da qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 iyun 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-751/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1037 manat pulu tələbkar Zərərçəkmiş şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 923 manat əsas borc, 50 manat cərimə borcu və 58,75 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Lakin həmin icra sənədi üzrə borclu Şəxs həmin borcu tələbkara ödəməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)- 751/2023 saylı icra vərəqəsi üzrə 1037 manat borcdan xx.xx.2024-cü il tarixdə 300 manat ödəmiş, qalan 737 manat borcu da yaxın vaxtlarda hissə-hissə tələbkara ödəyəcəyini bildirmişdir. Şəxs Zaqatal şəhərində gözəliik salonunda işləmişdir, lakin bildirdiyinə hazırda həmin gözəllik salonu fəaliyyət göstərmir. Şəxs gözəllik salonunda işləməsi və hər hansı qazanc (gəlir) əldə etməsi onlara məlum deyildir. Bu barədə hər hansı sübutları yoxdur. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra vərəqəsinə əsasən ondan 923 manat əsas borc, 50 manat cərimə borcu və 58,75 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Həmin məhkəmə qətnaməsi ilə razı olmasa da, həmin borcu ödəməkdən yayınmamışdır. Belə ki, həmin icra sənədi üzrə 1037 manat borcdan 300 manatı xx.xx.2024-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxsnə ödəmişdir və qalan 737 manat borcu da yaxın vaxtlarda hissə-hissə tələbkara ödəyəcəkdir. O, Zaqatala şəhərində gözəllik salonunda işləmişdir, lakin hazırda həmin gözəllik salonu fəaliyyət göstərmir, onun fəaliyyəti dayandırılmışdır. Orada hər hansı qazanc (gəlir) əldə etmir. Yaranmış borcu tam ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç yerdə işləmir, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur. Pensiya və hər hansı sosial müavinət almır. Tələb yönəldilə biləcək heç bir əmlakı yoxdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. 03 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 923 manat əsas borc, 50 manat cərimə borcu və 58,75 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. Lakin həmin icra sənədi üzrə borclu Şəxs həmin borcu onlara ödəməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ustayeva X1 şəhərində gözəllik salonu işlədir. Bu barədə verdi orqanından alınmış arayışı məhkəməyə təqdim edir. Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(117)-751/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 923 manat əsas borc, 50 manat cərimə borcu və 58,75 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxsnə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(117)-751/2023 saylı icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-8-0xxxx/2024 nömrəli qərardadından görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs yaşadığı ünvan 1 ünvanda əmlaka baxış keçirilmiş və baxış zamanı üzərinə həbs qoyula biləcək hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 13 saylı Vergilər İdarəsinin məlumatın təqdim edilməsi barədə arayışından görünür ki, araşdırma zamanı müraciətdə qeyd olunan Zaqatala şəhəri Vidadi küçəsində yerli Bazarstore supermarketin yanında fəaliyyət göstərən «AR studio» gözəliik salonunda Şəxs fəaliyyət göstərir. Vergi ödəyicisinin fəaliyyəti vergi orqanında aktivdir, təsərrüfat subyektinin qeydiyyatı (**********-38002) kodu mövcuddur. Vergi ödəyicisinin fəaliyyəti nəzarətə götürülmüş, gələcək dövrlərdə aparılacaq operativ vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinə uyğun olaraq tədbirin görülməsi təmin ediləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra sənədinin icrası ilə bağlı tələbkar Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinə 300 manat pul vəsaiti ödənilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, 03 iyun 2024cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələlərini yeinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, həmin icra sənədi üzrə 1037 manat borcdan xx.xx.2024-cü il tarixdə 300 manat ödəmiş, qalan 737 manat borcu da yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-751/2023 saylı icra sənədinin icra edilməsilə bağlı göstərilən 300 manat məbləğdə pulu tələbkara ödəməsi, həmçinin qalan 737 manat borcu da ödəyəcəyini bildirməsi onun bu icra sənədinin icra edilməsinə yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. İcra işi materiallarından da görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, işləməsi, əmək haqqı, pensiya və ya digər sosial müavinət alması və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Şəxs məhkəmədə verdiyi izahatından görünür ki, onun sözügedən icra sənədi üzrə qalan borcu tam ödəməyə maddi imkanı yoxdur, hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, aylıq hər hansı qazanca, gəlirə malik deyildir. Ona məxsus hər hansı daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya və adında bank əmanəti yoxdur, pensiya və hər hansı sosial müavinət almır. İşdə bu halları təkzib edəcək, yəni Şəxs icra sənədinin birdəfəlik tam icrası ilə bağlı lazımi maddi vəsaitə və əmlaka malik olması, lakin məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə heç bir mötəbər sübut yoxdur. Belə olan halda Şəxs məhkəmənin sözügedən icra sənədini tam icra etməməsinin səbəbləri ilə bağlı bildirdiyi və icra işinin materialları ilə təsdiq olunan həmin hallar; yəni onun icra sənədinin tam icrasıyla bağlı lazımi pul vəsaitinə və tələb yönəldilə biləcək əmlaka malik olmaması əsasları üzrlü səbəb kimi qiymətləndirilməli və qəbul olunmalıdır. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin işləməməsi, tələb yönəldilə biləcək daşınmaz və daşınar əmalakının, banklarda əmanətlərinin və aylıq gəlirinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Balakən rayon İcra və Probasitya Şöbəsinin icra məmuru və zərərçəkmiş şəxsin nümayəndəsi izahatlarında Şəxs Zaqatala şəhərində gözəllik salonu işlətdiyini göstərsələr də, həqiqətən də Şəxs Zaqatala şəhərində yerləşən gözəllik salonunda işləməklə aylıq hansısa məbləğdə qazanca (gəlirə) malik olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhakəməyə təqdim edə bilməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər Zaqatala şəhərində gözəliik salonunda işlədiyini göstərsə də, hazırda həmin gözəllik salonunun fəaliyyət göstərmədiyini və orada hər hansı qazanc (gəlir) əldə etmədiyini bildirmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, Şəxs gözəllik salonunda fəaliyyət göstərməklə hər hansı qazanca (gəlirə) malik olması müəyyən edilmədiyi üçün onun icra sənədini icra etməsi üçün kifayət qədər qazanca (gəlirə) malik olması və icra sənədini icra etməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən tam icra etməməsini, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə3, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 30 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 109.2, 112-113, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 30 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-243/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-243/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver