Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-243/2025 20.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, evli, "xxxx" MMC-də satıcı işləyən, Balakən rayonu Sarıbulaq kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 4776.40 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina etmişdir. Bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X5 izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. Şəxs 4776.40 manat borcdan 300 manatı ödəmişdir. Qalan borcu isə hər ay 400 manat olmaqla ödəcəyinə dair tələbkarla razılaşmışdır. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, törətdiyi əməldən peşmandır, işləmədiyi üçün ödəniş edə bilməmişdir, Bakı şəhərində yaşayır, iş yerinin ünvanı barədə icra şöbəsinin məlumatı var. Yeni işə düzəlmiş, Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər, 4776.40 manatdan 300 manatı ödəmiş, geri qalanı isə hər ay 400 manat olmaqla hissə-hissə ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu ilə razılığa gəlmişlər, hər ay hissə-hissə ödəniş edəcəyinə inanır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2023-cü il tarixdən hesablanmaqla, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli, 2(008)-287/2024-018 nömrəli xəbərdarlıqdan görünür ki, borclu Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.1992-ci il tarixdə Balakən rayonu, Ağkilsə kəndində anadan olmuş, Balakən rayonu, Sarıbulaq kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2024-cü il və 31.01.205-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs tərəfindən 500 və 50 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli aliment borcunun ödənilməsi barədə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ona ödənilməli aliment borcundan 300 manat pul vəsaitini Şəxs götürmüşdür. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ona 300 manat aliment pulunu vermişdir və aliment borcunu hər ay mütəmadi olaraq 400 (dörd yüz) manat ödəyəcəyinə söz vermişdir. O, Sabahaddinə inanır və xahiş etmişdir ki, Şəxs barəsində hər hansı bir həbs inzibati tənbeh tədbiri tədbiq edilməsin. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs razılığa gəlmişlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı dövründə 300 manat ödəniş etmiş, zərərçəkmiş şəxs isə onun aliment borcunu hər ay 400 manat ödəyəcəyinə razı olduğunu bildirmişdir. Göründüyü kimi Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-243/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-243/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver