Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-244/2020 10.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1958-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Mahamalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs sürücülük hüququ olmadan xx.xx.2020-ci il tarixdə VAZ-2103 markalı 10 DX676 dövlət nömrə nişanlı avtomaşınla Balakən rayonu Qullar kəndi ərazisində hərəkətdə olarkən avtomaşını manevr edərkən idarə etdiyi avtomaşın qarşı zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi 10NS 383 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncunun idarə etdiyi avtomaşına maddi zərər dəymişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sürücülük vəsiqəsi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-2106 markalı 10DX-676 dövlət nömrə nişanlı avtomaşınla Balakən rayonu Qullar kəndi ərazisində hərəkətdə olarkən manevr edərkən onun idarə etdiyi avtomaşın yolun qarşı zolağında hərəkətdə olan X1 idarə etdiyi avtomaşınla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs məxsus avtomaşına zərər dəymişdir. Zərəri ödəyəcəkdir. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx xxxxxx 2020-i il tarixdə özünə məxsus avtomaşınla Balakən rayonu Qullar kəndi ərazisində hərəkətdə olarkən Şəxs idarə etdiyi VAZ-2106 markalı 10DX676 dövlət nömrə nişanlı avtomaşın onun idarə etdiyi avtomaşınla toqquşmuş, nəticədə onun idarə etdiyi avtomaşına zərər dəymişdir. Ziyanın ödənməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli 301 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşimançılığı məsuliyyətini yüngülləşdirən haldır və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, 62 yaşı olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-244/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-244/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver