Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-246/2020 12.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X4, müdafiəçi- Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Balakən rayonu Qazma kəndində oğlu Aqil Balayevi sillə ilə boynunun arxasından vurması nəticəsində Aqil Babayev sinəsi stolun ayağına dəyib, sinəsindən xəsarət almaqla ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, 0673225№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qazma kəndində yaşayır. 2010-cu ildə Şəhla Həsənova ilə rəsmi ailə qurmuş, münasibətləri alınmadığına görə 2016-cı ildə məhkəmə qaydasında boşanmışdır. Həmin nikahdan olan böyük oğlu Aqil ona, kiçik oğlu Onur isə onunla Şəhlaya verilmişdir. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Aqil onun evinə gəlmiş, üstü çirkli olduğu üçün o, Aqilin boynun arxasına sillə ilə vurmuş, nəticəsdə Aqilin sinəsi stolun ayağına dəyməklə Aqilin sinəsi göyərmişdir. Həyat yoldaşı Aqili hamamda yuyundurduqdan sonra Aqil ağlayaraq, anasının qaldığı babası evinə qaçmış, o da onun arxası ilə qaçıb, onu tutmaq və sakitləşdirmək istəmişdir. Aqil Balayevin 9 yaşı vardır. İlk dəfədir inzibati xəta törədir. Əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində başqa nikahdan 3 yaşında bir azyaşlı qızı vardır. Həyat yoldaşı işləmir. Ailəsinin yeganə qazanc gətirənidir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası X4 iştirakı ilə dindirilmiş zərərçəkmiş azyaşlı Şəxs atası Aydınla yaşadığını, atası Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Balakən rayonu Qazma kəndində üstü çirkli oduğu üçün onu sillə ilə boynunun arxasından vurması nəticəsində sinəsinin stolun ayağına dəyib, sinəsindən xəsarət aldığını, sinəsinin göyərdiyini, sonra anasının yanına qaçdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş azyaşlı Şəxs qanuni nümayəndəsi qismində dindirilmiş X8 izahatında göstərdi ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. O, 2010-cu ildə Şəxs ilə ailə qurmuş, münasibətləri alınmadığına görə 2016-cı ildə məhkəmə qaydasında boşanmışdır. Həmin nikahdan onların iki oğlu vardır. Böyük oğlu Aqil atası Röyalla, kiçik oğlu Onur isə onunla yaşayır. Aqil 1 həftə olardı ki, onun yanında qalırdı. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində Aqil atası evinə getmişdir. Təxminən 15-20 dəqiqə sonra Aqilin qışqıraraq, ağlaya-ağlaya gəlmiş, Röyal da Aqilin arxasınca qaçaraq gəlmişdir. O, həyət girib oğlu Aqildən nə baş verdiyini soruşduqda, Aqil atası Röyalın onu boynunun arxasından sillə ilə bir dəfə vurmasını, nəticədə sinəsinin stolun ayağına dəyməsini və xəsarət almasını bildirmişdir. Aqilin 9 yaşı vardır. Şəxs himayəsində başqa nikahdan 3 yaşında bir azyaşlı qız uşağı vardır. Şəxs şikayətçidir. Röyal barəsində ən sərt tədbirin görülməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Mikayıl Mahmudovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X4 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X6, qərarın surəti Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 344 nömrəli rəyində göstərilmişdir ki, Balayev Aqil Röyal oğlunun bədəni üzərində aşkar edilmiş xəsarət- döş qəfəsində qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci ildə insanın bədəninin hissələrinin (əl və s) təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2011-ci il tarixli, AZ-İİ seriyalı, 747137 №li doğum haqqında şəhadətnamədən görünür ki, Balayev Aqil Röyal oğlu xx xxxx 2011-ci il tarixdə doğulmuş, atası Şəxs, anası isə X9 göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə təktək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, himayəsində azyaşlı uşağın olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İnzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi, himayəsində azyaşlı uşağın olması və ailəsinin yeganə qazanc gətirəni olması kimi məsuliyyətini yüngülləşdirilən halları və inzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törətməsi kimi məsuliyyətini ağırlaşdırılan halı nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X10, hazırki inzibati xəta haqqında iş üzrə Şəxshüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X5 X12 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X5 X12 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-246/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-246/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver