Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-248/2023 08.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, 01 iyun 1962-ci ildə Türkiyə Respublikasının Qazi Antep şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası,Qazi Antep şəhəri, Şahin Bey rayonu, Barak məhəlləsi, 25 nömrəli küçə, ev 26 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Türkiyə Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin aprel ayında Türkiyə Respublikasının Gürcüstanla sərhəddində yerləşən gömrük sərhəd buraxılış məntəqəsində yerləşən “Duty Free” mağazasından əldə etdiyi az miqdarda-560 (beş yüz altmış) manat dəyərində 80 qutu “Marlboro toush gray” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı, 27AFE692/27P1562 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinanın çöl hissəsində mühərrikxana ilə kabinanın arasındakı boşluqda gizlədərək 19 aprel 2023-cü il tarixdə saat 16 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən Mazımqara Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. Barəsində inzibati xəta haqqında icraat aprılan Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinə verdiyi izahatında göstərmişdir ki, halhazırda Türkiyə Respublikasının Qazi Antep şəhərində yaşayır. Təxminən 40 ildir ki, yük avtomobili ilə xarici ölkələrə müxtəlif təyinatlı yüklər daşımaqla məşğul olur. 14 aprel 2023cü il tarixdə Türkiyə Respublikasının Qazi Antep şəhərindən “2 ədəd traktor” yükü götürüb Rusiya Federasiyasının Moskva şəhərinə aparmaq üçün yola düşmüşdür. Rusiya Federasiyasına getmək üçün Gürcüstan və Azərbaycan Respublikasından tranzit qaydada keçməli olmuşdur.Türkiyə Respublikasından Gürcüstan Respublikasına keçən zaman Türkiyə tərəfdə yerləşən “Duty Free” mağazasından 92 ABŞ dollarına 8 blok (80 qutu) “Malboro Touch gray” markalı siqaretlər almışdır ki, Rusiya Federasiyasına çatan zaman ondan siqaret istəyən yoldaşa versin. Yük nəqliyyat vasitələrinin mühərriki kabinanın alt hissəsində olduğu üçün kabinanın alt hissəsi mühərrikin üstünə düşür və orada bir boşluq yaranır. Siqaretləri aldıqdan sonra onları bir ədəd qara rəngli selofan paketə bükərək həmin boşluğa qoymuşdur. Bundan sonra yoluna davam etmişdir.xx.xx.2023-cü il tarixdə Gürcüstan tərəfdə gömrük postuna çatmış və oradan keçdikdən sonra Azərbaycan Respublikasına gəlmək üçün Mazımqara gömrük postuna daxil olmuşdur. Postun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra nəqliyyat vasitənin qeydiyyat işləri aparılmış və bundan sonra gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan malları bəyan etməsini təklif etmişdir. O, da nəqliyyat vasitəsində 1 blok siqaret olduğunu bildirmişdir. Bundan sonra gömrük əməkdaşı nəqliyyat vasitəsində yoxlama aparmağa başlamışdır.Yoxlama zamanı gömrük əməkdaşı ona kabinanı qaldırmağı bildirmişdir. O, kabinanı bir qədər qaldırdıqdan sonra kabina ilə mühərrikin arasındakı boşluqda gizlətdiyi siqaretlər aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı sellofan paketi açaraq içərisinə baxış keçirmiş və 8 blok (80 qutu) “Malboro Touch gray” markalı siqaretlər olduğu müəyyən edilmişdir. Daha sonra gömrük işçisi tərəfindən müəyyən sənədlər tərtib edilərək aşkar edilmiş siqaretlər götürülmüş və o da həmin sənədlərin müvafiq yerlərində imzalar etmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli 7/656-9/3315 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adı və sayı cədvəl №1-də göstərilmiş tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır.Tədqiqata təqdim edilmiş 80 qutu aksiz markası olmayan “Marlboro toush gray” markalı,ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 560.00 (80 qutu x 7,0) manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, 80 qutu aksiz markası ilə markalanmamış “Marlboro toush gray” markalı siqaretlər Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan, 560 manat dəyərində 80 qutu ““Marlboro toush gray” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-248/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-248/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver