Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-249/2022 05.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1966-ci ildə Balakən şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində Balakən rayonu Tülü kəndində X3 başına bir dəfə əl çantası ilə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Sahil Bayramov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Balakən şəhəri S.Vurğun küçəsi ev 5-də oğlu X12 ilə birlikdə yaşayır. 2020-ci ilin oktyabr ayında Pərişan Əsədovadan 6000 (altı min) manat borca pul götürmüşdür. Hal-hazırda o, Pərişana olan borcunu ödəməmişdir, ona 6000 (altı min) borcu vardır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Pərişan ona zəng vuraraq Balakən rayonu Tülü kəndi üzrə İnzibati Ərazi Dairəsinin yanında olduğunu bildirib, pulu gətirməyini ondan tələb etmişdir. O, Pərişana gələcəyini bildirmişdir. Sonra o, Tülü kəndi İƏD-yə gedib nümayəndəliyin həyətində Pərişan ilə görüşmüşdür. Həmin zaman nümayəndəlik işə başlamamışdır. O, Pərişanın yanına çatanda Pərişan onu təhqir edərək pulunu istəməyə başlamışdır. Sonra o, Pərişana hal-hazırda pulunun olmadığını, ona məxsus torpaq sahəsini satışa qoyduğunu və torpaq sahəsini satdıqdan sonra 2022-ci ilin dekabr ayında pulunu verəcəyini demişdir. Bu zaman Pərişan onu təhqir edərək, ona 2-ci Vətən müharibəsində iştirakçı olmuş veteran oğlunun ünvanına “kaş sağ qayıtmayaydı“ demiş və əlində olan ağac parçası ilə onu vurmaq istədiyində o, həmin ağac parçasını tutmuşdur. Sonra Pərişan yenə onun üzərinə gəldiyindən o, Pərişanı itələmiş və Pərişan yerə yıxılmışdır. Bu zaman o, Pərişanın başına bir dəfə əl çantası ilə vurmuşdur. İnzibati xəta törətməsini etiraf edir və bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. İlk dəfədir ki, inzibati xəta törədir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində tək yaşayır. xx.xx.2021 -ci il tarixdə Balakən şəhər sakini Gülbəniz adlı qadına əlbəəl 6000 (altı min) manat borca pul vermişdir. O, Gülbənizə pulu verdiyindən, Gülbəniz ona borcunu 2021 -ci ilin dekabr ayında qaytaracağını demişdir. Lakin, Gülbəniz hələ də onun borcunu qaytarmamışdır. O, dəfələrlə Gülbənizə zəng vuraraq borcunu qaytarmasını tələb etsə də, Gülbəniz hər dəfəsində bir bəhanə deyərək borcunu qaytarmaqdan boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Balakən rayonu Tülü kəndində “Tülü dairəsi” kimi adlanan yerdə olduğundan Gülbənizə zəng vuraraq, ona Tülü kəndi üzrə İnzibati Ərazi Dairəsinə gəlməsini bildirmişdir. Sonra o, Tülü İƏD-yə getmişdir ki, Gülbənizi gözləsin. Tülü İƏD-yə çatanda idarə hələ işə başlamamış və işçilər də hələ gəlməmişdirlər. O, Gülbənizə zəng vurduqdan təxminən 15-20 dəqiqə sonra Gülbəniz piyada Tülü kəndi İƏD-nə tək gəlmişdir. Gülbəniz onun yanına gəldiyində elə onun yanına çatan kimi “sənə verəcək pulum yoxdur” deyərək, onun üzərinə gəlmişdir. Gülbəniz onun üzərinə gələndə onu təhqir etmiş, onu itələyərək yerə yıxmış və onun başında çanta ilə vurmuşdur. Gülbəniz onu yerə yıxdıqdan sonra dərhal oradan çıxıb getmişdir. O isə orada 102 xidmətinə zəng vuraraq şikayət etmiş, daha sonra ərizə yazmaq üçün Balakən Rayon Polis Şöbəsinə gəlmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 126 nömrəli rəyində göstərilmişdir ki, X3 bədəni üzərində hər-hansı bir xəsarət olmadı. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X8 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan X3 şikayəti əsasında toplanmış HK-1-336 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından material üzrə həmin maddə əsasında cinayət işinin başlanlması rədd edilmiş, qərarın surətinin Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞnin İTB-yə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X5 göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi social müavinət və təqaüd haqqında arayışdan görünür ki, X7 xx.xx.2013-cü il tarixdən yaşa görə 180 manat müavinət alır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xəta törətməsindən şəxsin səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, inzibati xəta törətməsindən şəxsin səmimi peşmançılığı və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən hallları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X4 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-249/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-249/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver