Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-250/2022 21.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə Sahib oğlunun iştirakı ilə, Balakən şəhəri Heydər Əliyev prospektində qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X10 Şöbəsinin baş mütəxəssisi X8 tərəfindən Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs(VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli, 22 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, Şəxsnə məxsus klinikada 22 iyun 2022ci il tarixdə saat 13:30-da aparılan planlı yoxlama zamanı seritfikatsız tibbi fəaliyyət aşkar edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN:**********) nümayəndəsi Nümayəndə Sahib oğlu məhkəmə iclasında hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, hüquqi şəxs Şəxs (VÖEN:**********) direktorudur. 22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Şəxsnə (VÖEN:**********) məxsus klinikada yoxlama aparılmış, yoxlayıcılar klinikada həkim –uroloq işləyən X2 tibbi fəaliyyət göstərməsini qanun pozuntusu kimi qeyd etmişlər və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin protokolla razı deyildir, rəhbərlik etdiyi Şəxs MMC sözügedən inzibati xətanı törətməmişdir. Belə ki, Balakən rayonundan Bakı şəhərinədək olan məsafənin 420 km-dən artıq olmasını, bu səbəbdən rayon sakinlərinin müayinə və müalicə üçün Bakı şəhərindəki tibb müəssisələrinə gedib gəlmələrinin çətin olmasını nəzərə alaraq insanlara yüksək tibbi xidmət göstərilməsi üçün 01 mart 2021-ci il tarixdə Balakən rayonundan olan həkim–uroloq X9 ilə əlavə iş yeri olaraq 0,25 ştat vahidi üzrə əmək müqaviləsi bağlamışdır ki, ehtiyac olduğu vaxtlarda o, Balakən rayonuna gəlib xəstələri müayinə və müalicə etsin. O, vaxtdan da Araz İbrahimov zərurət olduğu halda, bir-iki aydan bir Şəxs MMC-ə gələrək xəstələri müalicə və müayinə etmişdir. Araz İbrahimov 13 sentyabr 2021-ci ildən Bakı şəhərində fəaliyyət göstərən “X20” X16 həkimuroloq vəzifəsində işləməyə başlamış, hazırda da orada eyni vəzifədə işləyir. X9 2011-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetində “Urologiya” ixtisası üzrə rezidenturada təhsil almış, rezidentura təhsili barədə AR 000399 nömrəli diplom ona 06 mart 2017-ci ildə verilmişdir. Qanunvericiliyə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Qanunvericiliyin bu tələbinə görə X9 06 mart 2022-ci il tarixdən sonra sertifikasiyadan keçməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə görə sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətlərinə xitam verilə bilər. Eyni müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydalarının 6-cı maddəsində də təsbit edilmişdir. Araz İbrahimov 06 mart 2022-ci ildən sonra, yəni rezidenturanı qurtardığı vaxtdan beş il keçdikdən sonra Şəxs MMC-də həkimlik fəaliyyəti ilə məşğul olmamış, yoxlama zamanı o, həkimləri təkmilləşdirmə institutunda kursda olmuşdur.Qanunvericiliyin tələbinə əsasən o, Araz İbrahimovu işdən azad edə bilməmişdir. Bütün bu faktlarla da təsdiq olunur ki, rəhbərlik etdiyi Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru tərəfindən Şəxs MMC –yə ünvanlanmış 10 iyun 2022-ci il tarixli plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki, Şəxs MMC 20-24 iyun 2022-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlama keçirilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli 463 nömrəli qərardan görünür ki, həmin qərarla Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Şəxs MMC-in fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə X7 (AEM-nin X14 baş mütəxəssisi), X8 ((AEM-nin X14 baş mütəxəssisi),X12 (AEM-nin X14 mütəxəssisi),X13 (AEM-nin X14 mütəxəssisi) tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İşdə olan 22 iyun 2022-ci il tarixli 289 nömrəli X15 Planlı (növbəti) yoxlama aktında göstərilmişdir ki,Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən hüquqi şəxs Şəxsnə (VÖEN:**********) məxsus klinikada 22 iyun 2022-ci il tarixdə saat 13:30-da aparılan planlı yoxlama zamanı həkim-uroloq X3 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkar edilmişdir. İşdə olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli X5 görünür ki, Şəxs (VÖEN:**********) ilə X9 arasında 01 mart 2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Araz İbrahimov əlavə iş yeri olaraq AYMED” MMC-də həkim-uroloq işinə qəbul edilmişdir. İşdə olan Tibbi Ərazi Bölməsinin X11 hüquqi Şəxsi “X20” X23 tərəfindən 18 iyul 2022-ci il tarixdə verilmiş 855 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2021-ci il tarixdən mərkəzin urologiya şöbəsində həkim-uroloq vəzifəsində işləyir. İşdə olan Şəxs MMC-nin Təsisçilər yığıncağının xx.xx.2020-ci il tarixli 01 nömrəli protokolundan çıxarışdan görünür ki, Nümayəndə Sahib oğlu Şəxs MMC-nin direktoru təyin edilmişdir. İşdə olan, 06 mart 2017-ci il tarixdə verilmiş AR seriyalı 000399 nömrəli Azərbaycan Respublikası Rezidentura Təhsili Diplomundan görünür ki, X9 2011-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetində Urologiya ixtisası üzrə rezidunturada təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş ******* nömrəli şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək urologiya ixtisası üzrə Urologiya (modul 7-8) kursu keçmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X10 Şöbəsinin baş mütəxəssisi X8 tərəfindən Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə MN ******* nömrəli, 22 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, Şəxsnə məxsus klinikada 22 iyun 2022-ci il tarixdə saat 13:30-da aparılan planlı yoxlama zamanı həkim-uroloq X1 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkar olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərinin sertifikasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə görə praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydalarına əsasən 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 1.3. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Həmin Qaydaların 6.1-6.2-ci maddələrinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin),ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən , ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçməyən işçilər 6ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. İşçinin sertifikasiyadan təkrarən keçməməsi onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Şəxs MMC Balakən rayon sakinlərinə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədi ilə həkim -uroloq X9 ilə əlavə iş yeri olaraq 0,25 ştat vahidi üzrə müddətsiz əmək müqaviləsi bağlamışdır. O, vaxtdan da Araz İbrahimov zərurət olduğu hallarda Şəxs MMC-yə gələrək xəstələri müalicə və müayinə etmişdir. Araz İbrahimov 2011-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetində urologiya ixtisası üzrə rezidunturada təhsil aldığına və bu barədə AR seriyalı 000399 nömrəli Azərbaycan Respublikası Rezidentura Təhsili Diplomu ona 06 mart 2017-ci il tarixdə verildiyinə görə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinin və “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydalarının 1-ci maddəsinin tələbinə uyğun olaraq Araz İbrahimov 06 mart 2022-ci il tarixə kimi sertifikasiyadan keçirilməmişdir. 06 mart 2022-ci il tarixdən isə o, Şəxs MMC-yə gəlməmiş,həkimlik fəaliyyətini həyata keçirtməmişdir. Şəxs MMC-də yoxlama keçirildiyi 20-24 iyun 2022-ci il tarixlərdə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) Urologiya (modul 7-8) kursu keçmiş və bu barədə ona ******* nömrəli şəhadətnamə verilmişdir. Qanunvericilikdə Sertifikasiyadan keçməyən işçilərin 6 ay müddətində iş yerinin saxlanılması, yalnız sertifikasiyadan təkrarən keçməyən işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulduğundan Araz İbrahimovla əmək müqaviləsinə xitam verilməmişdir.O da vurğulanmalıdır ki, Araz İbrahimov 13 sentyabr 2021-ci il tarixdən hal-hazıra kimi “X20” X16 həkim-uroloq vəzifəsində işləyir. O, da diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X10 Şöbəsinin baş mütəxəssisi X8 inzibati xəta haqqında protokolda Şəxsnə məxsus klinikada 22 iyun 2022-ci il tarixdə saat 13:30-da aparılan planlı yoxlama zamanı həkim-uroloq X1 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olması faktının aşkar olunmasını göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şəxs direktoru isə Araz İbrahimovun 06 mart 2022-ci il tarixdən sonra cəmiyyətə gəlmədiyini, praktik həkim fəaliyyəti ilə məşğul olmadığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi yoxdur,ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-250/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-250/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver