Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-251/2022 01.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil iştirakları ilə, Balakən şəhəri Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 214.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) məxsus klinikada 23 iyun 2022-ci il tarixdə saat 10:20-də aparılan planlı yoxlama zamanı Məhdud Məsuliyyətli Cəmiyyətində tibb bacısı X2 praktiki tibbi fəaliyyəti ilə məşğul olması və lisenziyadan kənar kosmetoloji vəsaitlərlə təmin edilmiş prosedur otağı aşkar edilmişdir. Hüquqi şəxs"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) sözügedən inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) müdiridir. 23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən UĞURMED” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) məxsus klinikada yoxlama aparılmış və müəssisə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 214.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, yoxlayıcıların sertifikatsız fəaliyyət göstərdiyini qeyd etdirdikləri X17 21 dekabr 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək analıq məzuniyyətindədir. Qanunvericiliyin tələbinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ona görə də Fatma Qallacova barəsində yazılmış nöqsan əsassızdır.Tibb bacısı X13 06 dekabr 2016-cı ildə sertifikasiyadan keçmiş, onun sertifikasiya şəhadətnaməsinin müddəti 06 dekabr 2021-ci ildə başa çatmışdır. Arzu Piriyeva kurs keçsə də hələ ki, sertifikasiyaya çağırılmamışdır. O, hazırda da Balakən Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Təcrübəli tibb bacısına ehtiyac olduğundan o, Arzu Piriyevanı işə qəbul etmişdir. “İnci laboratoriyaları “ MMC ilə olan müqavilənin müddətinin başa çatması ilə bağlı qeyd edir ki, Şəxs ilə “İnci laboratoriyaları “ MMC arasında tibbi xidmətlərin göstərilməsi haqqında 26 may 2021-ci il tarixli UM /B-001 nömrəli müqavilə bağlanmış, müqavilənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, əgər tərəflər müqavilənin vaxtının uzadılması haqqında əvvəlcədən bir-birilərini yazılı surətdə xəbərdar edərək razılığa gəlməmişlərsə müqavilə növbəti 1(bir) il müddətinə uzadılmış hesab olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “İNCİ LABARATORİYALARİ“ MMC müqavilənin müddətinin uzadılmaması ilə bağlı birbirini xəbərdar etmədiklərindən müqavilənin bu şərtinə əsasən müqavilənin müddəti 26 may 2023-cü ilə kimi uzadılmışdır Bununla da təsdiq olunur ki, onların “İnci laboratoriyaları “ MMC ilə olan fəaliyyətləri qanuni olmuşdur. Onların fəaliyyət göstərdiyi binanın 2-ci mərtəbəsində olan Lazer epillyasiya otağının isə onlara aidiyyəti yoxdur. Həmin otaqda X14 özünün şəxsi VÖEN-i əsasında fəaliyyət göstərir. Onlar inzibati xəta törətməmişlər. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirişdən görünür ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onların fəaliyyət göstərdiyi Balakən şəhəri,Heydər Əliyev prospektində yerləşən obyektdə 20-24iyun 2022-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlama keçirilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli 460 nömrəli qərardan görünür ki, həmin qərarla Balakən şəhəri,Heydər Əliyev prospekti ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə X9 (AEM-nin X20 baş mütəxəssisi), X12 (AEM-nin X20 baş mütəxəssisi),X18 (AEM-nin X20 mütəxəssisi),X19 (AEM-nin X20 mütəxəssisi) tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İşdə olan 23 iyun 2022-ci il tarixli 290 nömrəli X21 Planlı (növbəti) yoxlama aktında göstərilmişdir ki, Balakən şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) məxsus klinikada 23 iyun 2022ci il tarixdə saat 10:20-də aparılan planlı yoxlama zamanı müəssisədə tibb bacısı X7 və həkim Radioloq X1 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olmaları faktı aşkarlandı.Müəssisənin rəhbəri şifahi olaraq Fatma Qallacovanın analıq məzuniyyətində olmasını bildirsə də bu barədə yoxlayıcılara heç bir sənəd təqdim edilmədi. Müəssisədə lisenziyadan kənar “immunogenetik “ iş üzrə COVİD 19 PCR test yaxma nümunələrinin götürülməsi və “İnci” klinikası ilə müqavilə əsasında Bakı şəhərinə göndərilməsi faktı aşkarlandı. Yoxlama zamanı “İnci” klinikası ilə bağlanmış müqavilə sənədinin etibarlılıq müddətinin bitməsinə baxmayaraq hazırda da işlərin praktiki fəaliyyətinin davam etməsi faktı aşkar edilmişdir. Eyni zamanda da Şəxs MMC-nin X29 İdarəsi ilə bağlanmış sənədə müvafiq olaraq (bank ödəniş sənədi-hesab faktura )müəssisənin 2-ci mərtəbəsində kosmetoloji vəsaitlərlə təmin olunmuş prosedur otağı aşkar edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı X6 görünür ki, Şəxs ilə Nümayəndə arasında xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Nümayəndə direktor vəzifəsinə qəbul olunmuşdur. İşdə olan Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli X6 görünür ki, Şəxs ilə X17 arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Fatma Qallacova əlavə iş yeri olaraq Şəxs MMC-də həkim- Radioloq işinə qəbul edilmişdir. İşdə olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli X6 görünür ki, Şəxs ilə X13 arasında 01 mart 2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Arzu Piriyeva əlavə iş yeri olaraq “UĞUR MED MMC-də tibb bacısı işinə qəbul edilmişdir. İşdə olan 1 noyabr 2016-cı il tarixli İZ/L-2076-2016 nömrəli lisenziyadan görünür ki, həmin lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxsnə özəl tibb fəaliyyətini həyata keçirməyə görə verilmişdir. İşdə olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AT seriyalı 035134 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X13 06 dekabr 2016-cı il tarixində Orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Mama” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Ezamiyyə vərəqəsindən görünür ki, “Balakən RMX” Publik hüquqi şəxsin Ginekologiya və doğum şöbəsində “mama” işləyən X4 Tibbi Kollecində kurs keçməyə ezam olunmuşdur. İşdə olan 17 may 2002-ci ildə verilmiş A seriyalı 004005 nömrəli Diplomun surətindən görünür ki, həmin diplom X11 verilmişdir ondan ötrü ki, o, 1999-cu ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb Məktəbinin Mamalıq işi şöbəsinə daxil olmuş və 2002-ci ildə “mama” ixtisası üzrə tam kursu bitirmişdlir. Müstəqil ixtisas komissiyasının 26 fevral 2002-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X17 həqiqətən “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Radiologiya şöbəsinin Həkim Radioloqu vəzifəsində çalışır və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Qismən ödənilən Sosial Məzuniyyətdədir. İşdə olan 26 may 2021-ci il tarixli Tibbi Xidmətlərin Göstərilməsi haqqında UM/B-001 nömrəli Müqavilədən görünür ki,26 may 2021-ci il tarixdə "xxxx" MMC ilə Şəxs MMC tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 6.1-ci maddəsində qeyd edilmişdir ki. əgər tərəflər müqavilənin vaxtının uzadılması haqqında əvvəlcədən birbirilərini yazılı surətdə xəbərdar edərək razılığa gəlməmişlərsə müqavilə növbəti 1(bir) il müddətinə uzadılmış hesab olunur. İşdə olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, X14 vergi ödəyicisi (VÖEN **********) kimi xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə. həmin Məcəllənin 215.4-cü maddəsində isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. 4.2. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: 4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir; 4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur; 4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər; 4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur. Həmin Qanunun 29-cu maddəsinə əsasən Bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X16 Şöbəsinin baş mütəxəssisi X12 və digərləri tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) məxsus klinikada 23 iyun 2022-ci il tarixdə saat 10:20-də aparılan planlı yoxlama zamanı tərtib edilmiş aktda göstərilmişdir ki, “müəssisədə lisenziyadan kənar “immunogenetik “ iş üzrə COVİD 19PCR test yaxma nümunələrinin götürülməsi və “İnci” klinikası ilə müqavilə əsasında Bakı şəhərinə göndərilməsi faktı aşkarlandı. Yoxlama zamanı “İnci” klinikası ilə bağlanmış müqavilə sənədinin etibarlılıq müddətinin bitməsinə baxmayaraq hazırda da işlərin praktiki fəaliyyətinin davam etməsi faktı aşkar edilmişdir. Eyni zamanda da Şəxs MMC-nin X29 İdarəsi ilə bağlanmış sənədə müvafiq olaraq (bank ödəniş sənədi-hesab faktura) müəssisənin 2-ci mərtəbəsində kosmetoloji vəsaitlərlə təmin olunmuş prosedur otağı aşkar edilmişdir. İş materiallarına baxaraq hesab edirəm ki, “İnci” klinikası ilə bağlanmış müqavilə sənədinin etibarlılıq müddətinin bitməsi barədə aktda qeyd edilənlər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs ilə “İnci laboratoriyaları “ MMC arasında tibbi xidmətlərin göstərilməsi haqqında 26 may 2021-ci il tarixli UM /B-001 nömrəli müqavilə bağlanmış, müqavilənin 6.1-ci maddəsində qeyd edilmişdir ki,əgər tərəflər müqavilənin vaxtının uzadılması haqqında əvvəlcədən bir-birilərini yazılı surətdə xəbərdar edərək razılığa gəlməmişlərsə müqavilə növbəti 1(bir) il müddətinə uzadılmış hesab olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “İnci laboratoriyaları “ MMC müqavilənin müddətinin uzadılmaması ilə bağlı bir-birini xəbərdar etmədiklərindən müqavilənin bu şərtinə əsasən müqavilənin müddəti 26 may 2023-cü ilə kimi uzadılmışdır ŞəxsMMC-nin fəaliyyət göstərdiyi binanın 2-ci mərtəbəsində kosmetoloji vəsaitlərlə təmin olunmuş prosedur otağı ilə bağlı qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in direktoru həmin otağın onlara aid olmaması, həmin otaqda vergi ödəyicisi X8 fəaliyyət göstərməsini bildirsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Həmin kosmetoloji vəsaitlərlə təmin olunmuş prosedur otağının "xxxx" MMC-in icarəyə götürüb fəaliyyət göstərdiyi binanın 2-ci mərtəbəsində yerləşməsini, həmin otaqda "xxxx" MMC-yə aid olmayan kənar başqa şəxsin fəaliyyət göstərməsi barədə heç bir mötəbər sübut olmadığından hesab edirəm ki, "xxxx" MMC lisenziyadan kənar fəaliyyətlə məşğul olmuşdur. Şəxs MMC-də seritfikasiyasız praktiki tibbi fəaliyyəti ilə məşğul olma faktının aşkar edilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərinin sertifikasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsi,“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə görə praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydalarına əsasən 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 1.3. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər. 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Həmin Qaydaların 6.1-6.2-ci maddələrinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin),ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən , ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçməyən işçilər 6ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. İşçinin sertifikasiyadan təkrarən keçməməsi onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X16 Şöbəsinin baş mütəxəssisi X12 və digərləri tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) məxsus klinikada 23 iyun 2022-ci il tarixdə saat 10:20-də aparılan planlı yoxlama zamanı tərtib edilmiş aktda göstərilmişdir ki, “müəssisədə tibb bacısı X7 və həkim- radioloq X1 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olmaları faktı aşkarlandı. “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X17 həqiqətən “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Radiologiya şöbəsinin Həkim Radioloqu vəzifəsində çalışır və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Qismən ödənilən Sosial Məzuniyyətdədir. Qanunvericiliyin tələbinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.Ona görə hesab edirəm ki, aktda həkim-radioloq X1 keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olması barədə qeyd edilənlər əsassızdır. Tibb bacısı X7 isə sertifikasiyadan keçmədən tibbi praktiki fəaliyyət ilə məşğul olması ilə bağlı qeyd edilməlidir ki, Arzu Piriyevanın sertifikasiya müddəti 06 dekabr 2016-cı ildə bitmiş, buna baxmayaraq "xxxx" MMC 01 iyun 2022-ci il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlayaraq onu işə qəbul etmişdir. Bununla da "xxxx" MMC yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbini pozmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, o həmin xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə tənbehi , həmçinin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Hər iki maddənin sanksiyasında eyni inzibati tənbeh nəzərdə tutulsa da işin hallarını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 6000 (altı min ) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-251/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-251/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver