Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-251/2023 21.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, xx.xx.1990-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Bakı şəhəri, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 21 aprel 2023-cü il tarixdə Gürcüstan vətəndaşı Gakhramanov Eldanizin idarə etdiyi “SCANİA” markalı, MC173MC/WW173N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal etdiyi “OPEL ASTRA” markalı, 2006-cı il buraxılışlı, W0L0AHL********** sassi nömrəli minik nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarının arxasındakı boşluqda (obsivka) gömrük nəzarətindən gizlədilmiş 4 (dörd) ədəd minik nəqliyyat vasitələri üçün qapı dəstəyi, 3 (üç) ədəd termo sensor (farsunkanın reka datçiki), 1 (bir) ədəd dizel mühərrikli nəqliyyat vasitələrinin yanacaq nasosu, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün mühərrik beyni, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün beyin, 1 (bir) ədəd hava ölçən sensoru (vozduxomer) gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İşdə olan 21 aprel 2023-cü il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, 21 aprel 2023-cü il tarixdə, Gürcüstan vətəndaşı Gakhramanov Eldanizin idarə etdiyi “SCANİA” markalı, MC173MC/WW173N dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra, nəqliyyat vasitəsinə Qərb Ərazi Baş Gömrük İdarəsinin texniki balansına aid olan HCVG vizual SMİTH detection stasionar rentgen qurğusunda vizual baxış keçirilərkən qurğunun monitorunda MC173MC dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin VWV173N dövlət nömrə nişanlı qoşqusunun aşağı mərtəbəsinin son hissəsində daşınan və yük qismində ölkəyə Gürcüstanda qeydiyyatda olan “AWAD AUTOHANDEL” şirkətindən Azərbaycan Respublikası, Laçın rayonu, Çıraqlı kəndində anadan olan, 01,07.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında daimi yaşayan və qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı Şəxs adına idxal olunan “OPEL ASTRA” markalı, 2006-cı il buraxılışlı, W0L0AHL********** sassi nömrəli minik nəqliyyat vasitəsinin yük yerində (baqaj) şübhəli məqamlar müşahidə olunduğundan “Mazımqara” gömrük postunun terminalında “OPEL ASTRA” markalı, 2006-cı il buraxılışlı, W0L0AHL********** sassi nömrəli minik nəqliyyat vasitəsinin yük yerinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, minik nəqliyyat vasitəsinin yük yerinin sağ və sol divarlarının arxasındakı boşluqdan (obsivka) gömrük nəzarətindən gizlədilmiş 4 (dörd) ədəd minik nəqliyyat vasitələri üçün qapı dəstəyi, 3 (üç) ədəd termo sensor (farsunkanın reka datçiki), 1 (bir) ədəd dizel mühərrikli nəqliyyat vasitələrinin yanacaq nasosu, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün mühərrik beyni, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün beyin, 1 (bir) ədəd hava ölçən sensor (vozduxomer) aşkar edilmişdir. İşdə olan Şəxs izahatında göstərilmişdir ki, 11 aprel 2023-cü il tarixdə Almaniyadan 1400 Avro dəyərində Opel Astra markalı nəqliyyat vasitəsini almış,ödənişini orada yaşayan Ceyhun adlı qohumuna əvvəlcədən çatdırmışdır.Həmin nəqliyyat vasitəsini almaqda kömək etmiş Ceyhunla əlaqə saxlayaraq bir neçə avtomobil ehtiyat hissəsi alıb göndərməyini xahiş etmişdir. Ehtiyat hissələri Mersedes E-Class 2000-ci il buraxılışlı model üçün 4 (dörd) ədəd qapı dəstəyi, 3 (üç) ədəd termo sensor (farsunkanın reka datçiki), 1 (bir) ədəd yanacaq nasosu, 1 (bir) ədəd mühərrik beyni, 1 (bir) ədəd hava ölçən sensor (vozduxomer) cihazı olmuşdur. Nəqliyyat vasitəsi bir neçə gömrük buraxılış məntəqəsi keçdiyindən o,ehtiyat hissələrinin itməsindən, oğurlanmasından və ya gömrük işçiləri tərəfindən saxlanacağından narahat olduğu üçün Ceyhuna həmin hissələri maşının hansı isə hissəsində gizlətməsini demişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus nəqliyyat vasitəsini ölkəyə gətirən yük maşınının sürücüsü onunla əlaqə saxlamış, bildirmişdir ki, gömrük əməkdaşları tərəfindən həmin ehtiyat hissələri aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 may 2023-cü il tarixdə verilmiş 9/3281 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda istifadə olunmuş avtomobil hissələrinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1100,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsində saxlanılan, 1100,00 manat dəyərində 4 (dörd) ədəd minik nəqliyyat vasitələri üçün qapı dəstəyi, 3 (üç) ədəd termo sensor (farsunkanın reka datçiki), 1 (bir) ədəd dizel mühərrikli nəqliyyat vasitələrinin yanacaq nasosu, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün mühərrik beyni, 1 (bir) ədəd üzərində “bosch” markalanma yazısı olan minik nəqliyyat vasitələri üçün beyin, 1 (bir) ədəd hava ölçən sensor (vozduxomer) müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-251/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-251/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver