Məhkəmə qərarları › İş №3(019)-253/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-253/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-253/2025 23.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 may 2025-ci il tarixdə saat 20:00 radələrində Balakən rayonu Qazma kəndində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə sillə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TBnin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun xx.xx.2025-ci il tarixli raportu və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və Balakən rayonu Qazma kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun özünə məxsus “Niva Legend” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxıb balığa yem vermək üçün gölə getmək üzrə yola düşmüşdür. Yolda, arxasından qardaşı oğlu Zərərçəkmiş şəxs VAZ-2106 markalı avtomaşını ilə gəlib onun avtomaşınına sanki vurmaq istədiyini görüb avtomaşınını saxlamışdır. İlkinə yaxınlaşıb nəyə görə normal şəkildə avtomaşını idarə etməməsi barədə sual vermiş, İlkin ona kobud şəkildə cavab vermişdir.Bu vaxt aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı İlkinin sifət nahiyyəsinə 1 dəfə sillə vurmuşdur. İlkin onu sözlə öldürəcəyi ilə hədələmiş, bundan sonra avtomaşınına əyləşib DİN-in 102 xidmətinə zəng etmişdir. İlkin, onun avtomaşınına vurmamış, İlkin ilə aralarında mübahisə yarandığı zaman ətrafda kənar şəxs olmamışdır.Əməlindən peşimandır.Qeyd etdikləri nəzərə alınmaqla barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əmisidir.Orxanın digər əmisi Azər ilə atasına məxsus olan kombaynı özününküləşdirməklə istifadə etdikləri üçün hazırda münasibətləri yaxşı deyildir. Atası bu barədə məhkəməyə müraciət etmiş və hal-hazırda bu barədə araşdırma aparılır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı evdən özünə məxsus VAZ-2106 markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə çıxıb Balakən şəhəri istiqamətinə gəlmək üzrə yola düşmüşdür. Qazma kəndi ərazisində hərəkətdə olarkən, arxasınca gələn Niva markalı 77-YF- 807 dövlət qeydiyyat nişanlı avtomaşın ona saxla işarəsi vermişdir.Yolun sağ tərəfinə avtomobilini sürüb getdikdə, həmin avtomaşını idarə edən əmisi Orxan qəfildən gəlib onun qarşısını kəsmişdir. Orxan avtomaşından düşüb ona yaxınlaşıb “Tik-Tok" sosial şəbəkəsində sözügedən kombaynın videogörüntülərini paylaşıb-paylaşmaması barədə sual vermiş, ona bundan xəbərinin olmadığını demiş, bu vaxt əmisi onun ünvanına nalayiq ifadələr işlədib onu öldürməklə hədələmiş və sifətinə 1 dəfə sillə vurmuşdur. Bundan sonra Orxan oradan çıxıb getmiş, bir qədər sonra Orxan onun yanına qayıdıb ünvanına nalayiq ifadələr işlətmişdir. Orxan ilə aralarında mübahisə yaranan zaman ətrafda kənar şəxs olmamışdır.Orxanın avtomaşınına vurmamış, həmçinin onu hədələməmişdir. Şəxs şikayətçidir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki,Balakən rayonu Qazma kənd sakinləri Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı şikayətləri əsasında toplanılmış HK-1- 354/355 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 may 2025-ci il tarixli 100 nömrəli ekspert rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, işdə olan sənədləri və hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar