Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-258/2024 24.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 342.2.3 və 342.3-cü maddələrilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 məhkəməyə ərizə təqdim edərək, Şəxs barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrilə Balakən Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokolun icraatdan çıxarılaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə baxaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər icraatdan çıxarılaraq Balakən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanun normalarının məzmunundan görünür ki, inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs X1 ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qanunvericiliyin tələblərinə zidd deyildir və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər icraatdan çıxarılaraq Balakən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 342.3-cü maddələrilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP6306081 №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər icraatdan çıxarılaraq Balakən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-258/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-258/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver