Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-259/2022 19.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış,ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Osmanov X5 Rayon Məhkəməsinin 2(019)-569/2019 nömrəli 10 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci il tarixdə anadan olmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. O,alimenti ödəməmiş, onun 8320 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Osmanov X5 Rayon Məhkəməsinin 2(019)-569/2019 nömrəli 10 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci il tarixdə anadan olmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. Cavabdeh Şəxs icra sənədinə əsasən Gülnar Osmanovaya olan aliment borcunu ödəməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o borcu qərəzli olaraq ödəmir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-569/2019 nömrəli 10 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci il tarixdə anadan olmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. İşsiz olduğuna və maddi imkanı olmadığına görə alimenti tam ödəyə bilməmişdir. Lakin o uşaqlara pul vermiş,bank vasitəsi ilə ödənişlər etmişdir. O, hissə-hissə borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-569/2019 nömrəli 10 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 30 aprel 2019-cu il tarixdən başlayaraq 02 iyul 2007-ci il tarixdə anadan olmuş X3 və 08 iyun 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay hər bir uşaq üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment alınıb X1 ödənməlidir. İş materiallarından görünür ki, Şəxs aliment borcunun ödənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə, izahatı alınmasına baxmayaraq aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, eyni zamanda onun borcu ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin.Həbs müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən saat 14:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-259/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-259/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver