Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-260/2022 17.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1ində qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) xx.xx.2021-ci il tarixdə **********9114 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 112200.00 ABŞ dolları olan 22000.00 kq fındıq ləpəsi yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Rusiya Federasiyasının Moskva şəhəri st.Petrozavodskaya 34 mərtəbə altında pom 2 com 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malların müqabilində 107400.00 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 4800.00 ABŞ dolları məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMCnin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, 2011-ci ildə təsis edilmiş və ünvan 1i ünvanında qeydiyyatda olan “KHAN-EL “ MMC şirkətini təmsil edir. Təmsil etdiyi müəssisənin əsas fəaliyyəti Qəbələ, Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışıdır. Hüquqi ünvanı Rusiya Federasiyasının Moskva şəhəri, Qeroev Panfilovtsev küçəsi, 1-ci mərtəbə, otaq 2A ünvanında qeydiyyatda olan "xxxx" şirkəti ilə “KHAN-EL “ MMC arasında beş milyon ABŞ dolları dəyərində fındıq ləpəsinin satılması üçün 21 oktyabr 2021 –ci il tarixində KH/AZ-001 nömrəli müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən bir kiloqramı 5,10 ABŞ dolları olmaqla 112200 ABŞ dolları dəyərində 22000 kiloqram fındıq ləpəsi yükü xx.xx.2021-ci il tarixində **********9114 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və 99XU805/99ZC557 qeydiyyat nişanlı yük maşını ilə Rusiya Federasiyasının Moskva şəhərinə yola salınmışdır. Göndərdikləri malın dəyərinin böyük hissəsi, yəni 107400 ABŞ dolları şirkətin "xxxx" ASCnin Zaqatala filialındakı hesabına köçürülmüşdür."xxxx" şirkətinin müvəkkil bankı mövcud siyasi vəziyyətlə əlaqədar sanksiya tətbiq olunmuş banklardan biridir. Bu səbəbdən qalan 4800 ABŞ dolları hal-hazıra kimi onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Lakin onlara məlumat verilmişdir ki, həmin məbləğ "xxxx" şirkətinin müvəkkil bankı tərəfindən artıq onlara göndərilmişdir, tezliklə hesablarında olacaqdır. Hüquqi şəxs “KHAN-EL “ MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN:**********) 112200.00 ABŞ dolları olan 22000.00 kq fındıq ləpəsi yükünü Balakən Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə **********9114 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 107400.00 ABŞ dolları məbləğində xarici valyutanı -4800.00 ABŞ dollarını geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMC-nin nümayəndəsinin izahatından aydın olur ki, "xxxx" şirkətinin müvəkkil bankı mövcud siyasi vəziyyətlə əlaqədar sanksiya tətbiq olunmuş banklardan biri olduğundan pul vəsaitinin köçürülməsində çətinliklər yaranmışdır. Bu səbəbdən qalan 4800 ABŞ dolları hal-hazıra kimi onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Lakin həmin məbləğ "xxxx" şirkətinin müvəkkil bankı tərəfindən artıq onlara göndərilmişdir, tezliklə hesablarında olacaqdır. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılrrıaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş "az miqdarda xarici (valyuta vəsaitlərinin xaricdən qayiarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa", bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də qeyd edilməlidir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir, inzibatı xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində Şəxs MMC-nin (VÖEN:**********) təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlirəm ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi "xxxx" şirkətinin müvəkkil bankının mövcud siyasi vəziyyətlə əlaqədar sanksiya tətbiq olunmuş banklardan biri olduğundan pul vəsaitinin köçürülməsində çətinliklər yaranmasıdır. Xaricdən valyutanın geri qaytarılmaması Şəxs MMC-dən asılı deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cu yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dıspozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir kı, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs KHAN-EL” MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərivə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) barəsində inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-260/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-260/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver