Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-263/2021 12.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, vəsatət vermiş şəxs X3 iştirakı ilə Balakən rayon Polis Şöbəsinin 01 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayət vermə müddətinin bərpa edilməsinə dair inzibati məsuliyyətə cəlb olunmuş X5 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X2 Rayon Polis Şöbəsinin 01 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin protokolun ləğv edilməsi və cərimənin silinməsini xahiş etmişdir.O, eyni zamanda vəsatət verərək qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. X5 vəsatətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş 01.04.2021-ci il tarixli MN-1016299 saylı protokoldan şikayəti vaxtında verməyinə baxmayaraq Balakən Rayon Məhkəməsinin 3(019)-204/2021 nömrəli qərardadına əsasən şikayəti geri qaytarılmışdır. Balakən Rayon Polis Şöbəsinin sözügedən 01.04.2021-ci il tarixli MN ******* saylı protokolunu tələb etdikdən sonra Balakən rayon Polis Şöbəsinin 04.06.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər 2021-ci ilin iyul ayında ona çatmışdır. O da 3-4 gün sonra şikayət vermişdir. Müddəti ötürməmişdir, hesab edir ki, şikayəti protokol ona rəsmi qaydada verildiyi gündən 3-4 gün sonra vermişdir. X5 məhkəmə iclasında vəsatətini müdafiə edərək göstərdi ki, 01 aprel 2021-ci il tarixdə maska taxmış vəziyyətdə olmasına baxmayaraq onun barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və o,100 manat cərimə olunmuşdur. Təxminən 20 gün sonra protokolun surətini almış və bir neçə gün sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, sahə müvəkkilindən Balakən rayon Polis Şöbəsinin rəisinə şikayət etmişdir. Balakən rayon Polis Şöbəsində ona bildirilmişdir ki, narahat olmasın həll olunacaqdır.Lakin məsələ həll edilməmişdir. Sonra inzibati xəta haqqında protokolun surəti yenidən ona göndərilmişdir. Bir neçə gündən sonra isə o həmin inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət etmişdir. O buraxılmış müddətin üzürlü olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Vəsatətin təmin edilməsini xahiş etdi. İşdə olan 01 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 01.04.2021-ci il tarixdə Qullar kəndində saat təxminən 20:30 radələrində küçədə tibbi qoruyucudan istifadə etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozduğuna görə protokol tərtib edilmişdir. İşdə olan 01 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 01.04.2021-ci il tarixdə Qullar kəndində saat təxminən 20:30 radələrində küçədə tibbi qoruyucudan istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Balakən Rayon Polis X1 ünvanlanmış 04.06.2021-ci il tarixli ,109-********** nömrəli məktubundan görünür ki, Balakən Rayon Polis Şöbəsinin 01 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın surəti həmin tarixdə X4 göndərilmişdir. Vəsatət vermiş şəxsin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, X3 şikayət vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Balakən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X8 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, 01 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Balakən rayonu Qullar kəndi ərazisində tibbi qoruyucudan istifadə etməmişdir. Həmin protokol əsasında Balakən rayon Polis Şöbəsinin rəisinin 01 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Teymur Əmrəliyev inzibati protokolun və inzibati tənbehvermə haqqında qərarın surətini təxminən 20 gün sonra almış,qərardan narazı olduğundan Balakən rayon Polis Şöbəsinin rəisinə şikayət etmişdir.04 iyun 2021-ci il tarixdə Balakən rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokolun surəti yenidən ona göndərilmişdir. 09 iyul 2021-ci il tarixdə Teymur Əmrəliyev sözügedən qərarından məhkəməyə şikayət vermişdir. Balakən rayon Məhkəməsinin hakimi Zamin Tahirovun 15 iyul 2021-ci il tarixli qərarı ilə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Teymur Əmrəliyev müddətin ötürülməsinin üzürlü olmasına dair heç bir sübut təqdim etmədən hazırkı vəsatətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 –130.2-ci maddələrinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə işin hallarını, inzibati məsuliyyətə cəlb olunmuş şəxs X3 Balakən Rayon Polis Şöbəsinin MN1016299 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarından şikayət vermə müddətini üzürsüz səbəbdən buraxdığından onun Balakən Rayon Polis Şöbəsinin MN1016299 nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsini rəhbər tutub məhkəmə qərara aldı: X3 Balakən Rayon Polis Şöbəsinin MN1016299 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarından şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-263/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-263/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver